Zəbur
114 İsrail Misirdən çıxanda,+
Yaqub evi yad dildə danışan xalqdan ayrılanda
2 Allahın müqəddəs məkanı Yəhuda,
Səltənəti İsrail oldu.+
4 Dağlar qoç kimi,+
Təpələr quzu kimi atılıb-düşdü.
5 Ey dəniz, sənə nə oldu, niyə qaçdın?+
Ey İordan, niyə geri çəkildin?+
6 Ey dağlar, niyə qoç kimi atılıb-düşürdünüz?
Ey təpələr, niyə quzu kimi atılıb-düşürdünüz?
7 Ey yer üzü, Rəbbin önündə,
Yaqubun Allahının önündə lərzəyə gəl.+
8 O, qayanı gölə çevirir,
Sərt qayadan bulaq çıxarır.+