Zəbur
Davudun məzmuru.
108 Ürəyim mətindir, ey Allah,
Bütün varlığım şəninə nəğmə deyəcək.+
2 Dillənin, ey telli alətlər, ey çənglər!+
Mən sübh şəfəqini oyadaram.
3 Səni ellər içində ucaldaram, ey Yehova,
Xalqlar arasında şəninə nəğmə deyərəm.
4 Çünki məhəbbətin böyükdür, göylərə çatır,+
Vəfadarlığın asimana ucalır.
5 Xudaya, göylər üzərində ucal,
Qoy calalın bütün cahanı bürüsün.+
6 Sağ əlinlə bizə qurtuluş ver, mənə hay ver,
Qoy istəkli bəndələrin nicat tapsın.+
7 Müqəddəs Allah* dedi:
9 Muab yuyunmaq üçün teştimdir,+
Səndəlimi Əduma tullayacağam,+
Filiştin üstünə zəfər harayı çəkəcəyəm».+
10 Kim məni istehkamlı şəhərə aparar?
Kim məni Əduma qədər aparar?+
11 Səndən başqa kim bunu edər, ey Allah?
Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız.+