Əyyub
26 Əyyub belə cavab verdi:
2 «Gücsüz adama əcəb kömək etdin!
Taqətsiz qolu əcəb xilas etdin!+
3 Hikmətsiz adama necə gözəl məsləhət verdin!+
Ağıl-kamalını ortaya qoydun!
4 Bu sözləri kimə deyirsən?
Kimdən təb alıb bunları deyirsən?
5 Ölümün dustaqları tir-tir titrəyir.
Onlar dənizdən, dənizdəki məxluqlardan aşağıdadır.
8 Suları buludlarına bükür ki,+
Buludlar ağırlıqdan yırtılmasın.
9 Buludları taxtının üzərinə yayaraq+
Onu gözdən gizlədir.
10 Suların səthində üfüq cızır,+
İşıqla qaranlıq arasında sərhəd qoyur.
11 Göyün sütunları silkələnir,
Onun səsindən donub qalır.
13 Nəfəsilə* göyü aydın edir,
Onun əli sürünən ilanı əzir.
14 Bütün bunlar Onun işlərinin bir zərrəsidir,+
Onun haqqında eşitdiyimiz zəif bir pıçıltıdır!
Bəs onda möhtəşəm gurultusunu kim anlaya bilər?»+