Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yaradılış 16
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Yaradılışın məzmunu

      • Həcər və İsmayıl (1—16)

Yaradılış 16:1

Çarpaz istinadlar

  • +Yr 15:2, 3
  • +Qt 4:25

Yaradılış 16:2

Çarpaz istinadlar

  • +Yr 30:1, 3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (kütləvi),

    № 5, 2017 s. 12—13

    «Gözətçi qülləsi»,

    1/5/2004 s. 29

Yaradılış 16:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (kütləvi),

    № 5, 2017 s. 13—14

Yaradılış 16:6

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (kütləvi),

    № 5, 2017 s. 13—14

Yaradılış 16:7

Çarpaz istinadlar

  • +Yr 25:17, 18; Çx 15:22

Yaradılış 16:10

Çarpaz istinadlar

  • +Yr 17:20; 25:13—16; 1Sm 1:29—31

Yaradılış 16:11

Haşiyələr

  • *

    Mənası: Allah eşidir.

Yaradılış 16:12

Haşiyələr

  • *

    Digər variant: bütün qardaşları ilə ədavətdə yaşayacaq.

Yaradılış 16:13

Çarpaz istinadlar

  • +Ms 15:3

Yaradılış 16:14

Haşiyələr

  • *

    Mənası: məni görən Var Olanın bulağı.

Yaradılış 16:15

Çarpaz istinadlar

  • +Yr 21:9; Qt 4:22, 24

Digər

Yar. 16:1Yr 15:2, 3
Yar. 16:1Qt 4:25
Yar. 16:2Yr 30:1, 3
Yar. 16:7Yr 25:17, 18; Çx 15:22
Yar. 16:10Yr 17:20; 25:13—16; 1Sm 1:29—31
Yar. 16:13Ms 15:3
Yar. 16:15Yr 21:9; Qt 4:22, 24
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
Müqəddəs Kitab
Yaradılış 16:1—16

Yaradılış

16 İbramın arvadı Sarayın uşağı olmurdu.+ Onun Həcər+ adında misirli bir kənizi var idi. 2 Saray İbrama dedi: «Yehova məni övlad üzünə həsrət qoyub. Gəl sən mənim kənizimlə yaxınlıq et. Bəlkə, heç olmasa bu yolla uşağım olar».+ İbram Sarayla razılaşdı. 3 Beləcə, Saray kənizi misirli Həcəri İbrama verdi ki, ona arvad olsun. Bu hadisə baş verəndə İbram artıq on il idi ki, Kənan torpağında yaşayırdı. 4 İbram Həcərlə yaxınlıq etdi və o hamilə qaldı. Həcər hamilə olduğunu biləndə öz xanımına həqarətlə baxmağa başladı.

5 Saray İbrama dedi: «Gör mən nələr çəkirəm, hamısı da sənin üstündə. Öz əlimlə kənizimi sənin qoynuna verdim, o isə hamilə olduğunu bilib mənə həqarətlə baxır. Qoy Yehova səninlə mənim aramda hakim olsun, kimin haqq, kimin nahaq olduğunu Özü göstərsin». 6 Belə olanda İbram dedi: «Kənizin sənin ixtiyarındadır, necə bilirsən, elə də et». Onda Saray Həcərlə sərt davranmağa başladı, Həcər də evdən qaçdı.

7 Bir qədər sonra Yehovanın mələyi onu səhrada, Şur+ yolundakı bulağın başında tapdı. 8 Mələk onu çağırıb dedi: «Ey Həcər, Sarayın kənizi, haradan gəlib, hara gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın əlindən qaçıram». 9 Onda Yehovanın mələyi ona dedi: «Qayıt xanımının yanına və ona tabe ol». 10 Sonra Yehovanın mələyi dedi: «Sənin övladlarını o qədər çoxaldacağam ki, sayıb qurtarmaq olmayacaq».+ 11 Yehovanın mələyi sözünə əlavə etdi: «Bax, sən hamiləsən. Bir oğlun olacaq. Adını İsmayıl* qoyarsan, çünki Yehova fəryadını eşitdi. 12 O, vəhşi eşşək kimi, ipə-sapa yatmayan adam olacaq. O, hamıya, hamı da ona qarşı olacaq. Bütün qardaşları ilə üzbəüz yaşayacaq*».

13 Həcər onunla danışan Yehovanın adını çağırıb dedi: «Sən hər şeyi görən Allahsan!»+ O, öz-özünə fikirləşirdi: «Doğrudanmı, məni Görəni görmüşəm?» 14 Buna görə də həmin bulağa Biir-Lahay-Roy* adı verildi. (O, Qədislə Bərəd arasında yerləşir.) 15 Bir müddət sonra Həcər İbrama oğul doğdu. İbram oğlunun adını İsmayıl qoydu.+ 16 Həcər İsmayılı dünyaya gətirəndə İbramın səksən altı yaşı var idi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş