Əşiya
37 Hizqiyyə padşah bunu eşidəndə yaxasını cırdı, çula bürünüb Yehovanın məbədinə getdi.+ 2 Sonra eşikağası Əlyakimi, katib Səbnanı, kahinlərin ağsaqqallarını Amuz oğlu Əşiya peyğəmbərin+ yanına göndərdi. Onlar da çula bürünmüşdülər. 3 Onlar gəlib Əşiya peyğəmbərə dedilər: «Hizqiyyə belə deyir: “Bu gün dərd, tənə, rüsvayçılıq günüdür. Bətndəki uşaqlar gəlir, amma anaların doğmağa gücü yoxdur.+ 4 Bəlkə, Allahın Yehova Aşşur padşahının var olan Allaha meydan oxumağa göndərdiyi rəbsaqın sözlərini eşidər.+ Dediyi sözlərə görə Allahın Yehova onunla haqq-hesab çəkər. Ona görə sağ qalanlar+ üçün Allaha dua et+”».
5 Deməli Hizqiyyə padşahın əyanları Əşiyanın yanına gəldilər.+ 6 Əşiya da onlara belə cavab verdi: «Hökmdarınıza çatdırın ki, Yehova belə deyir: “Eşitdiyin sözlər, Aşşur padşahının əyanlarının+ Mənə qarşı dediyi küfrlər səni qorxuya salmasın.+ 7 Mən onun ağlına bir fikir salacağam. O, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq.+ Mən onu öz ölkəsində qılınc ağzına verəcəyəm”».+
8 Rəbsaq Aşşur padşahının Lahişdən çıxdığını eşidəndə onun yanına qayıtdı və gördü ki, o, Libna ilə vuruşur.+ 9 Padşaha Həbəş padşahı Tirhaqanın onunla döyüşməyə gəldiyi xəbəri çatmışdı. O, bu xəbəri eşidəndə yenidən Hizqiyyəyə qasidlər+ göndərib dedi: 10 «Yəhuda padşahı Hizqiyyəyə söyləyin: “Qoy güvəndiyin Allah “Aşşur padşahı Yerusəlimi almayacaq” deyib səni aldatmasın.+ 11 Aşşur padşahlarının bütün məmləkətləri viran qoyduğu sənə məlumdur.+ Elə bilirsən, sən xilas olacaqsan? 12 Atalarımın məhv etdiyi xalqların allahları onları qurtara bildi?+ Hanı Qozan, Harran+, Rəsəf? Hanı Təl-Əssarda olan Ədən camaatı? 13 Hanı Həməs padşahı, Arpad padşahı, Səfarvaim+ şəhərlərinin, Hinanın, İvvahın padşahları?”»
14 Hizqiyyə qasidlərdən məktubları alıb oxudu. Sonra Yehovanın məbədinə getdi, onları Yehovanın önündə açıb yerə sərdi.+ 15 Hizqiyyə Yehovaya dua etdi:+ 16 «Ey kərrublar üzərində* oturan ordular Allahı+, İsrailin Allahı Yehova! Dünyadakı bütün səltənətlərin Allahı tək Sənsən. Göyləri, yeri Sən xəlq etmisən. 17 Qulaq ver, Yehova, eşit!+ Nəzər sal, ya Yehova, gör!+ Ey var olan Allah, Sənə meydan oxuyan Sinaxeribin sözlərini eşit.+ 18 Yehova, düzdür, Aşşur padşahları bütün məmləkətləri, elə öz məmləkətlərini də darmadağın ediblər.+ 19 Onların allahlarını oda atıb yandırıblar,+ çünki onlar allah deyil, insan əlinin işidir, taxtadır, daşdır.+ Elə ona görə onları məhv edə biliblər. 20 Ey Allahımız Yehova, bizi onun əlindən qurtar. Qoy bu cahandakı bütün səltənətlər bilsin ki, tək Sən Allahsan, ey Yehova».+
21 Amuz oğlu Əşiya Hizqiyyəyə xəbər göndərib dedi: «İsrailin Allahı Yehova belə deyir: “Sən Aşşur padşahı Sinaxeriblə bağlı Mənə dua etdiyin+ üçün 22 Yehova onun haqqında belə deyir:
“Bakirə Sion qızı həqarət edib səni lağa qoyur.
Yerusəlim qızı sənə baxıb başını bulayır.
23 Sən kimə meydan oxuyurdun?+
Kimə küfr edirdin?
Kimə səsini qaldırırdın?+
Kimə məğrur gözlərlə baxırdın?
İsrailin Müqəddəsinə?!+
24 Qullarını göndərib Yehovaya meydan oxudun:+
Onun əzəmətli sidrlərini, seçmə ardıclarını kəsəcəyəm.
Ən hündür yerlərinə, sıx meşələrinə girəcəyəm.
25 Quyular qazıb sularını içəcəyəm,
Dabanımla Misirin çaylarını qurudacağam”.
26 Eşitməmisən ki, bineyi-qədimdən bu qərara alınmışdır?
Sən qalalı şəhərləri xarabazara çevirəcəksən.+
27 Onların sakinləri çarəsiz qalacaq.
Onları dəhşət bürüyəcək, rüsvay olacaqlar.
Onlar çöllərin ot-ələfi olacaqlar,
Damlarda bitən, səmum yelinin qarsadığı ot olacaqlar.
Qarmağımı burnuna keçirəcəyəm, yüyənimi+ ağzına salacağam,
Gəldiyin yolla səni geri qaytaracağam”.
30 Ey Hizqiyyə, sənin üçün əlamət bu olacaq: bu il öz-özünə bitən* məhsulu, ikinci il ondan cücərən taxılı yeyəcəksiniz. Üçüncü il toxum səpib əkin biçəcəksiniz, üzümlüklər salıb barını yeyəcəksiniz.+ 31 Yəhuda evindən qurtulanlar, sağ qalanlar+ aşağı kök atıb yuxarı bəhrə gətirəcəklər. 32 Qalanlar Yerusəlimdən, qurtulanlar Sion dağından çıxacaq.+ Ordular Allahı Yehova bunu Öz qeyrəti ilə edəcək.+
33 Yehova Aşşur padşahı haqda belə deyir:+
“O, bu şəhərə girməyəcək,+
Buraya ox atmayacaq,
Qarşısına qalxanla gəlməyəcək,
Ətrafında mühasirə bəndi qurmayacaq.+
34 Gəldiyi yolla geri qayıdacaq.
Bu şəhərə ayaq basmayacaq”, — bəyan edir Yehova.
35 “Öz adım naminə,
Qulum Davudun xatirinə bu şəhəri qoruyacağam, xilas edəcəyəm”».+
36 Yehovanın mələyi gəlib aşşurluların ordugahında 185 000 nəfəri qırdı. Camaat səhər qalxanda gördü ki, hər tərəf meyitlə doludur.+ 37 Aşşur padşahı Sinaxerib geri çəkilib Neynəvaya*+ getdi və orada qaldı.+ 38 Allahı Nəsruhun məbədində səcdə qılanda oğulları Ədraməliklə Şarasar onu qılıncla öldürdülər+ və Urartu+ ölkəsinə qaçdılar. Oğlu Asarxaddon+ Sinaxeribin yerinə taxta çıxdı.