Zəbur
Dirijora. Davudun məzmuru. Nehilot* üçün.
5 Ey Yehova, eşit sözlərimi,+
Ah-zarıma diqqət ver.
2 Sənə yalvarıram, ya Padşahım, Allahım,
Fəryadıma qulaq as.
5 Dikbaş adamlar hüzurunda dayana bilməz.
Zorakı, hiyləgər adamdan ikrah edirsən,+ ey Yehova.
7 Mən isə böyük məhəbbətin sayəsində+
Sənin evinə+ gələrəm,
Müqəddəs məbədinə sarı dönüb ehtiramla səcdə qılaram.+
8 Ey Yehova, məni haqq yolunda apar,
Düşmənlərimə görə önümdə yolunu hamar et.+
9 Onların ağzından düz söz çıxmır,
Ürəkləri pislik yuvası,
Boğazları açıq qəbirdir,
Yağlı dillərini işə salırlar.+
10 Ey Allahım, onları təqsirkar çıxararsan,
Qazdıqları quyuya özləri düşərlər.+
Qoy hədsiz günahlarına görə uzaqlara atılsınlar,
Çünki onlar Sənə qarşı qalxıblar.
11 Sənə pənah gətirənlər isə sevinər,+
Hey sevinc sədaları ucaldar.
Qanadını onların üzərinə gərərsən,
Adını əziz tutanların hədsiz sevinci Sən olarsan.
12 Çünki Sən, saleh adamı mübarək edərsən, ey Yehova,
Lütfün onun ətrafında qalxan olar.+