İkinci Padşahlar
14 İsrail padşahı Yəhəz oğlu Yuəsin hakimiyyətinin ikinci ilində+ Yuəs oğlu Amisay Yəhudanın padşahı oldu. 2 O, iyirmi beş yaşında taxta çıxdı və iyirmi doqquz il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası yerusəlimli Yəhuəddin idi.+ 3 Amisay Yehovanın bəyəndiyi işləri görürdü, amma əcdadı Davud kimi deyildi.+ O, atası Yuəsin yolu ilə getdi.+ 4 Səcdəgahlar yox edilməmişdi,+ xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi.+ 5 Hakimiyyət əlində möhkəmlənən kimi Amisay atası padşahı qətlə yetirən əyanları öldürdü.+ 6 Amma qatillərin oğullarını öldürmədi. Çünki Musanın Tövratında* Yehova buyurmuşdu: «Ata övladına görə, övlad da atasına görə öldürülməməlidir. Hər kəs öz günahına görə öldürülməlidir».+ 7 Amisay Duz vadisindəki döyüşdə 10 000 ədumini qırdı+ və Selanı alıb adını Yuqtil qoydu.+ Oranın adı bu günədək belədir.
8 Amisay İsrail padşahı Yəhu oğlu Yəhəzin oğlu Yuəsə qasidlər göndərib dedi: «Çıx meydana, döyüşək!»+ 9 İsrail padşahı Yuəs Yəhuda padşahı Amisaya cavab verdi: «Livanda qanqal sidr ağacına xəbər göndərdi: “Qızını oğluma ver”. Amma bir çöl heyvanı qanqalı tapdalayıb keçdi. 10 Düzdür, sən Ədumu darmadağın etmisən.+ Ona görə də ürəyin qürurlanıb. Get otur evində qələbənə sevin. Sənə lazımdır ki, başına bəla açıb Yəhudanı da özünlə bərabər uçuruma sürükləyəsən?» 11 Amma Amisay qulaq asmadı.+
İsrail padşahı Yuəs gəldi və Yəhuda padşahı Amisayla Yəhudanın Beyt-Şəms+ şəhərində qarşılaşdı.+ 12 Yəhudalılar İsrailə məğlub oldular. Hər kəs öz evinə qaçdı. 13 İsrail padşahı Yuəs Beyt-Şəmsdə Yəhuda padşahı Əhəzya oğlu Yuəsin oğlu Amisayı əsir götürüb Yerusəlimə gəldi. Yuəs Əfraim darvazasından+ Künc darvazaya+ qədər Yerusəlim divarının 400 qulacını* uçurtdu. 14 O, Yehovanın məbədində və sarayın xəzinəsində olan bütün qızıl-gümüşü və əşyaları yığıb əsirlərlə birlikdə Səməriyyəyə apardı.
15 Yuəsin qalan işləri, bütün etdikləri, qüdrəti və Yəhuda padşahı Amisayla döyüşü İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 16 Yuəs ata-babalarına qovuşdu və Səməriyyədə İsrail padşahlarının yanında dəfn edildi.+ Oğlu Ərubam*+ onun yerinə taxta çıxdı.
17 Yəhuda padşahı Yuəs oğlu Amisay+ İsrail padşahı Yəhəz oğlu Yuəsin ölümündən sonra on beş il yaşadı.+ 18 Amisayın qalan işləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 19 Axırda Yerusəlimdə ona qarşı sui-qəsd qurdular.+ O, Lahişə qaçdı. Amma dalınca adamlar göndərib onu orada öldürdülər. 20 Cəsədini atların üstündə gətirib Yerusəlimdə, Davud şəhərində ata-babalarının yanında dəfn etdilər.+ 21 Yəhuda xalqı on altı yaşlı Əzriyanı*+ atası Amisayın yerinə taxta çıxartdı.+ 22 Padşah ata-babalarına qovuşandan sonra Əzriya Elatı+ Yəhudaya qaytardı və bərpa etdi.+
23 Yəhuda padşahı Yuəs oğlu Amisayın hakimiyyətinin on beşinci ilində İsrail padşahı Yuəs oğlu Ərubam+ Səməriyyədə taxta çıxdı və qırx bir il hakimiyyət sürdü. 24 O, Yehovanın bəyənmədiyi pis işlər görür, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan+ dönmürdü. 25 O, İsrailin Allahı Yehovanın öz qulu cat-həfərli+ Amitay oğlu Yunus peyğəmbər+ vasitəsilə dediyi kimi, Ləbu-Həməsdən+ Ərəbə dənizinədək*+ İsrailin sərhədlərini bərpa etdi. 26 Çünki Yehova İsrailin çəkdiyi ağır zülmü görmüşdü.+ İsrailin dadına yetişmək üçün bir kimsə, bir biçarə, bir zavallı belə, qalmamışdı. 27 Amma Yehova vəd etmişdi ki, İsrailin adı göylər altından silinməyəcək.+ Ona görə də O, Yuəs oğlu Ərubamın əli ilə İsraili qurtardı.+
28 Ərubamın qalan işləri, bütün etdikləri, qüdrəti, necə döyüşməsi, Dəməşqi+ və Həməsi+ Yəhuda ilə İsrailin tabeliyinə salması İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 29 Ərubam ata-babalarına, İsrail padşahlarına qovuşdu. Oğlu Zəkəriyyə+ onun yerinə taxta çıxdı.