Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Nahum 3
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Nahumun məzmunu

      • Qanlar şəhərinin vay halına! (1—19)

        • Neynəvaya qarşı hökmün səbəbi (1—7)

        • Neynəva No-Amun kimi yıxılacaq (8—12)

        • Neynəvanın süqutu labüddür (13—19)

Nahum 3:1

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Hər Müqəddəs Yazı» (2007), s. 21

Nahum 3:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/12/2007 s. 9

Nahum 3:5

Haşiyələr

  • *

    Yəni Neynəvanın.

Çarpaz istinadlar

  • +Na 2:13

Nahum 3:6

Çarpaz istinadlar

  • +Sf 2:15

Nahum 3:7

Çarpaz istinadlar

  • +Na 2:8

Nahum 3:8

Haşiyələr

  • *

    Yəni Fiva.

Çarpaz istinadlar

  • +Əş 19:6
  • +Ər 46:25; Hz 30:14

Nahum 3:9

Çarpaz istinadlar

  • +Yr 10:6
  • +2Sm 16:8; Ər 46:8, 9

Nahum 3:10

Çarpaz istinadlar

  • +Əş 20:4

Nahum 3:11

Çarpaz istinadlar

  • +Zb 75:8; Ər 25:15

Nahum 3:14

Çarpaz istinadlar

  • +2Sm 32:3, 4

Nahum 3:15

Çarpaz istinadlar

  • +Sf 2:13
  • +Çx 10:14, 15

Nahum 3:18

Çarpaz istinadlar

  • +Na 2:8

Nahum 3:19

Çarpaz istinadlar

  • +Sf 2:15
  • +Əş 10:5, 6; 37:18

Digər

Nah. 3:5Na 2:13
Nah. 3:6Sf 2:15
Nah. 3:7Na 2:8
Nah. 3:8Əş 19:6
Nah. 3:8Ər 46:25; Hz 30:14
Nah. 3:9Yr 10:6
Nah. 3:92Sm 16:8; Ər 46:8, 9
Nah. 3:10Əş 20:4
Nah. 3:11Zb 75:8; Ər 25:15
Nah. 3:142Sm 32:3, 4
Nah. 3:15Sf 2:13
Nah. 3:15Çx 10:14, 15
Nah. 3:18Na 2:8
Nah. 3:19Sf 2:15
Nah. 3:19Əş 10:5, 6; 37:18
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
Müqəddəs Kitab
Nahum 3:1—19

Nahum

3 Qanlar şəhərinin vay halına!

O, fırıldaq və soyğunçuluqla dopdoludur.

Heç vaxt şikarsız qalmayıb.

 2 Qamçı səsi, çarxların gurultusu gəlir.

Atlar dördnala çapır, cəng arabaları sıçrayır.

 3 At belində süvarilər, parlayan qılınclar, şimşək kimi nizələr;

Həlak olanların sayı çox, cəsədlər qalaq-qalaq,

Ölülərin sayı yox,

Meyitlər ayağa dolaşır.

 4 Bütün bunlar xalqları fahişəliyi ilə,

Tayfaları cadugərliyi ilə tora salan o cazibədar, o işvəli cadugərin,

O fahişənin hədd bilməyən əxlaqsızlığına görədir.

 5 Ordular Allahı Yehova bəyan edir: «Budur, sənin* üstünə gəlirəm!+

Ətəyini üzünə qaldıracağam,

Eyib yerlərini xalqlara,

Biabırçılığını səltənətlərə göstərəcəyəm.

 6 Üstünə çirkab atacağam,

Səni alçaldacağam,

Səni tamaşaya qoyacağam.+

 7 Səni görən səndən qaçıb+ deyəcək:

“Neynəva tar-mar oldu!

Onun halına kim acıyar?”

Sənə bir təsəlli verən haradan tapım?

 8 Axı sənin Nil arxları+ kənarında oturan No-Amundan*+ nəyin artıqdır?

Sularla əhatə olunmuşdu,

Dəniz onun sərvəti idi, dəniz onun üçün sədd idi.

 9 Həbəş və Misir onun tükənməz güc mənbəyi idi.

Put+ və liviyalılar onun yardımçısı idi.+

10 Lakin o da əsir düşdü,

Sürgünə aparıldı.+

Uşaqları küçələrin başında qana qəltan edildi.

Əsilzadələri üçün püşk atıldı,

Nüfuzlu adamları buxovlandı.

11 Sən də sərxoş olacaqsan,+

Gizlənəcəksən.

Düşməndən qorunmaq üçün sığınacaq axtaracaqsan.

12 Bütün istehkamların erkən meyvəsi dəymiş əncir ağacı kimidir,

Silkələyəndə meyvələri yeyənin ağzına düşür.

13 Bax, qoşunların arvad kimidir.

Ölkənin qapıları düşmən üzünə taybatay açılacaq.

Alov rəzələri yeyəcək.

14 Mühasirə vaxtı üçün özünə su yığ.+

Qalalarını bərkit.

Palçığa gir, palçığı tapdala.

Kərpic kəsmək üçün qəlib götür.

15 Hətta orada da alov səni udacaq,

Qılınc səni qırıb-tökəcək,+

Bala çəyirtkə kimi səni yeyəcək.+

Sən isə çoxalmaqda ol, bala çəyirtkə kimi,

Çəyirtkə kimi çoxsaylı ol!

16 Tacirlərinin sayını çoxaltdın, göydəki ulduzlardan da çoxdurlar.

Bala çəyirtkə qabığını atır və uçub gedir.

17 Sənin keşikçilərin çəyirtkə kimidir,

Məmurların çəyirtkə sürüsü kimidir.

Soyuq gündə daş ağıllarda düşərgə salırlar.

Gün çıxınca uçub gedirlər,

Harada olduqları bilinməz.

18 Ey Aşşur padşahı, sənin çobanların mürgüləyir.

Əsilzadələrin evdən çölə çıxmır.

Xalqın dağlara səpələnib,

Onları bir yerə toplayan yoxdur.+

19 Bəlana çarə yoxdur.

Yaran sağalmazdır.

Sorağını eşidənlər çəpik çalacaq,+

Axı elə adam yoxdur ki, zülmünün, qəddarlığının qurbanı olmasın».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş