Zəbur
Dirijora. Yaditun* üçün. Asəfin məzmuru.+
77 Allahı səslərəm, Ona fəryad edərəm,
Onu çağıraram, O, məni eşidər.+
4 Gözümü yummağa qoymursan,
Narahatam, danışa bilmirəm.
5 Keçmiş günləri,
Arxada qalmış illəri düşünürəm.+
7 Görəsən, Yehova bizdən həmişəlik üz döndərib?+
Məgər O, bir də bizə rəğbət göstərməyəcək?+
8 Olmaya, xeyirxahlığı əbədilik tükənib?
Olmaya, vədi heç vaxt yerinə yetməyəcək?
9 Bəlkə, Allah lütfünü unudub?+
Yaxud qəzəbi rəhminin qabağını kəsib? (Selah)
10 Niyə axı elə hey:
«Bu dərd içimi göynədir,+
Haqq-Taala bizdən üz döndərib», — deməliyəm?
11 Mən Yahın gördüyü işləri xatırlayaram,
Qədimdəki möcüzələrini yada salaram.
12 Əməllərin barədə düşüncələrə dalaram,
Bütün işlərini dərin-dərin düşünərəm.+
13 Pərvərdigara, yolların müqəddəsdir.
Ey Allah! Sənintək böyük allah varmı?+
15 Xalqını qolunun qüvvəti ilə qurtardın,+
Yaqubun, Yusifin oğullarını. (Selah)
16 Sular Səni gördü, ey Allah,
Sular Səni gördü, həyəcana gəldi.+
Ümmanın canına vəlvələ düşdü.