Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 1 Padşahlar 17
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

1 Padşahların məzmunu

      • İlyas peyğəmbər quraqlıq olacağını deyir (1)

      • Quzğunlar İlyası yedirirlər (2—7)

      • İlyas Sarfatda dul qadının evinə gəlir (8—16)

      • Dul qadının oğlunun ölüb-dirilməsi (17—24)

1 Padşahlar 17:1

Haşiyələr

  • *

    Mənası: Allahım Yehovadır.

Çarpaz istinadlar

  • +Yş 22:9
  • +1Pd 17:15, 16, 22, 24; 18:36, 38, 46; 2Pd 2:8, 11; Lk 1:17; Yh 1:19, 21
  • +Qn 28:15, 23; Ər 14:22; Lk 4:25; Yq 5:17

1 Padşahlar 17:4

Çarpaz istinadlar

  • +Zb 37:25; Mt 6:11

1 Padşahlar 17:6

Çarpaz istinadlar

  • +Sy 11:23; Hk 15:19

1 Padşahlar 17:7

Çarpaz istinadlar

  • +1Pd 18:5

1 Padşahlar 17:9

Çarpaz istinadlar

  • +Lk 4:25, 26

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 13—14

1 Padşahlar 17:10

Çarpaz istinadlar

  • +İb 11:32, 37

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 13

1 Padşahlar 17:11

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 13

1 Padşahlar 17:12

Çarpaz istinadlar

  • +2Pd 4:2

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 13—14

1 Padşahlar 17:13

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 14

1 Padşahlar 17:14

Çarpaz istinadlar

  • +Zb 34:10; 37:17, 19; Fp 4:19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 14

1 Padşahlar 17:15

Çarpaz istinadlar

  • +Mt 10:41, 42; Lk 4:25, 26

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 14—15

1 Padşahlar 17:16

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 14—15

1 Padşahlar 17:17

Çarpaz istinadlar

  • +2Pd 4:19, 20

1 Padşahlar 17:18

Çarpaz istinadlar

  • +Əy 13:26

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 15

1 Padşahlar 17:19

Çarpaz istinadlar

  • +2Pd 4:21, 32

1 Padşahlar 17:20

Çarpaz istinadlar

  • +Zb 99:6

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2014 s. 15

1 Padşahlar 17:22

Çarpaz istinadlar

  • +Yq 5:16
  • +Qn 32:39; 1İş 2:6; 2Pd 4:32, 34; 13:21; Lk 7:15; 8:54, 55; Yh 5:28, 29; 11:44; Hv 9:40, 41; 20:9, 10; Rm 14:9; İb 11:17, 19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İnsan öləndə», s. 23

1 Padşahlar 17:23

Çarpaz istinadlar

  • +İb 11:35

1 Padşahlar 17:24

Çarpaz istinadlar

  • +Yh 3:2

Digər

1 Pad. 17:1Yş 22:9
1 Pad. 17:11Pd 17:15, 16, 22, 24; 18:36, 38, 46; 2Pd 2:8, 11; Lk 1:17; Yh 1:19, 21
1 Pad. 17:1Qn 28:15, 23; Ər 14:22; Lk 4:25; Yq 5:17
1 Pad. 17:4Zb 37:25; Mt 6:11
1 Pad. 17:6Sy 11:23; Hk 15:19
1 Pad. 17:71Pd 18:5
1 Pad. 17:9Lk 4:25, 26
1 Pad. 17:10İb 11:32, 37
1 Pad. 17:122Pd 4:2
1 Pad. 17:14Zb 34:10; 37:17, 19; Fp 4:19
1 Pad. 17:15Mt 10:41, 42; Lk 4:25, 26
1 Pad. 17:172Pd 4:19, 20
1 Pad. 17:18Əy 13:26
1 Pad. 17:192Pd 4:21, 32
1 Pad. 17:20Zb 99:6
1 Pad. 17:22Yq 5:16
1 Pad. 17:22Qn 32:39; 1İş 2:6; 2Pd 4:32, 34; 13:21; Lk 7:15; 8:54, 55; Yh 5:28, 29; 11:44; Hv 9:40, 41; 20:9, 10; Rm 14:9; İb 11:17, 19
1 Pad. 17:23İb 11:35
1 Pad. 17:24Yh 3:2
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
Müqəddəs Kitab
1 Padşahlar 17:1—24

Birinci Padşahlar

17 Gilad+ sakini, tişbehli İlyas*+ Əhəbə dedi: «Qulluq etdiyim İsrailin Allahı Yehovaya and olsun ki, mən deməyincə bu illər ərzində nə şeh olacaq, nə də yağış yağacaq!»+

2 Ona Yehovanın sözü nazil oldu: 3 «Dur şərqə get, İordanın şərqindəki Kərit vadisində gizlən. 4 Çayın suyundan iç. Mən quzğunlara buyuracağam sənə yemək gətirsinlər».+ 5 O, dərhal durub getdi və Yehovanın dediyi kimi etdi. O gedib İordanın şərqindəki Kərit vadisində qaldı. 6 Quzğunlar səhər-axşam ona çörək və ət gətirirdilər, suyu isə çaydan içirdi.+ 7 Amma ölkəyə yağış yağmadığından bir neçə gün sonra çay qurudu.+

8 Ona Yehovanın sözü nazil oldu: 9 «Dur, Sidonda olan Sarfata get və orada qal. Mən orada bir dul qadına buyuracağam ki, sənə yemək versin».+ 10 İlyas qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda gördü ki, orada bir dul qadın odun yığır. İlyas qadını çağırıb dedi: «Mənə bir parç su ver içim».+ 11 Qadın su gətirməyə gedəndə İlyas arxadan onu səsləyib dedi: «Bir parça çörək də gətir». 12 Qadın dedi: «Allahın Yehovaya and olsun, çörəyim yoxdur. Küpdə bir ovuc un qalıb, küpçədə də bir az yağ.+ İndi bir-iki parça odun yığıb özüm və oğlumçün bir şey bişirəcəyəm. Onu yeyəcəyik, sonra da öləcəyik».

13 İlyas ona dedi: «Qorxma. Get, dediyin kimi elə. Amma əvvəlcə onlardan mənim üçün balaca kömbə bişirib gətir. Özünlə oğlun üçün sonra bişirərsən. 14 İsrailin Allahı Yehova belə deyir: “Yehova yerə yağış yağdıranacan nə küpdə un qurtaracaq, nə də balaca küpdə yağ tükənəcək”».+ 15 O gedib İlyas deyəni etdi. Qadının, ailəsinin və İlyasın uzun müddət çörəyi oldu.+ 16 Yehovanın İlyas vasitəsilə dediyi kimi, nə küpdə un qurtardı, nə də küpçədə yağ tükəndi.

17 Bundan bir müddət sonra ev sahibəsinin oğlu xəstələndi. Onun xəstəliyi elə şiddətləndi ki, nəfəsi dayandı.+ 18 Qadın İlyasa dedi: «Ey Allah adamı, məndən nə istəyirsən? Sən günahlarımı yadıma salmağa, oğlumu öldürməyə gəlmisən?»+ 19 İlyas dedi: «Oğlunu mənə ver». Sonra uşağı onun qucağından alıb qaldığı yuxarı otağa apardı və öz yatağına uzatdı.+ 20 O, Yehovanı çağırıb dedi: «Ey Allahım Yehova,+ sən evində qaldığım bu qadının da başına bəla gətirirsən? Onun oğlunu öldürürsən?» 21 Sonra o, üç dəfə uşağın üstünə uzandı və Yehovanı çağırıb dedi: «Ey Allahım Yehova, yalvarıram, uşağın canını özünə qaytar». 22 Yehova İlyasın xahişini eşitdi.+ Uşağın nəfəsi özünə qayıtdı və o canlandı.+ 23 İlyas uşağı götürüb yuxarı otaqdan aşağı endirdi və anasına verib dedi: «Bax, oğlun sağdır».+ 24 Qadın İlyasa dedi: «İndi bildim ki, sən, doğrudan da, Allah adamısan+ və Yehovanın sənin vasitənlə dediyi sözlər haqdır».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş