Huşə
14 «Allahın Yehovaya sarı dön, ey İsrail!+
Axı sən günahlarına görə büdrədin.
2 Bu sözlərlə Yehovaya sarı dönün,
Ona belə deyin: “Günahlarımızı bağışla,+ savablarımızı qəbul et,
Əvəzində Sənə dilimizin mədhlərini + buğa qurbanları kimi təqdim edəcəyik.
3 Aşşur bizi xilas etməyəcək,+
Atları çapmayacağıq,+
Daha əllərimizin işinə: “Ey Allahımız!” — deməyəcəyik.
Çünki Sən yetimə mərhəmət göstərirsən”.+
4 Mən onları xəyanət azarından sağaldacağam.+
5 Mən İsrail üçün bir şəbnəm olacağam,
O, zanbaq kimi çiçək açacaq,
Livan ağaclarıtək kök salacaq,
6 Qol-budaq atacaq,
Calalı zeytun ağacının calalıtək olacaq,
Livan kimi ətir saçacaq.
7 Onlar yenə də onun kölgəsində məskən salacaqlar,
Buğda yetişdirəcək, meynə kimi tumurcuqlayacaqlar.+
Onun şöhrəti Livan şərabı kimi olacaq.
8 Əfraim deyəcək: “Daha bu bütlər nəyimə gərəkdir?”+
Mən ona cavab verəcəyəm, gözüm üstündə olacaq.+
Sıx yarpaqlı ardıc ağacıtək olacağam,
Sizin üçün bar gətirəcəyəm».
9 Hikmətli kimdir? Qoy bunları başa düşsün.
Ağıllı kimdir? Qoy bunları bilsin.