Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Mark 3
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Markın məzmunu

      • Əli qurumuş adam sağalır (1—6)

      • Dəniz sahilində toplaşmış camaat (7—12)

      • 12 həvari (13—19)

      • Müqəddəs ruha qarşı küfr (20—30)

      • İsanın anası və qardaşları (31—35)

Mark 3:1

Çarpaz istinadlar

  • +Mt 12:9—14; Lk 6:6—11

Mark 3:2

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 78

    «İsa Məsih», fəs. 32

Mark 3:4

Çarpaz istinadlar

  • +Lk 14:1—3

Mark 3:5

Çarpaz istinadlar

  • +Yh 12:39, 40

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Məsihi həyatı və ibadəti. İş dəftəri»,

    4/2018 s. 5

Mark 3:6

Çarpaz istinadlar

  • +Mt 22:16; Mr 12:13

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 78

    «İsa Məsih», fəs. 32

Mark 3:7

Çarpaz istinadlar

  • +Mt 12:15

Mark 3:9

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 80

    «İsa Məsih», fəs. 33

Mark 3:10

Çarpaz istinadlar

  • +Mt 9:20, 21; Mr 5:27, 28; 6:56

Mark 3:11

Çarpaz istinadlar

  • +Mt 8:31
  • +Mr 1:23, 24; 5:7; Lk 4:41

Mark 3:12

Çarpaz istinadlar

  • +Mt 12:15, 16; Mr 1:25

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2008 s. 28

Mark 3:13

Çarpaz istinadlar

  • +Yh 15:16
  • +Lk 6:12, 13

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 82

    «İsa Məsih», fəs. 34

Mark 3:14

Haşiyələr

  • *

    Yun. apostolos. Mənası: göndərilmiş; elçi.

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa Məsih», fəs. 34

Mark 3:15

Çarpaz istinadlar

  • +Mt 10:1

Mark 3:16

Çarpaz istinadlar

  • +Mt 10:2—4; Lk 6:14—16; Hv 1:13
  • +Yh 1:42

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 82

    «İsa Məsih», fəs. 34

Mark 3:17

Haşiyələr

  • *

    Yun. Boanerges.

Çarpaz istinadlar

  • +Lk 9:54

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 82, 228—229

    «İsa Məsih», fəs. 34, 98

Mark 3:18

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 82

    «İsa Məsih», fəs. 34

Mark 3:19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 82

    «İsa Məsih», fəs. 34

Mark 3:21

Çarpaz istinadlar

  • +Yh 7:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 102

    «İsa Məsih», fəs. 41

Mark 3:22

Haşiyələr

  • *

    Bu ad Şeytana aid işlənir.

Çarpaz istinadlar

  • +Mt 9:34; 10:25; 12:24—29; Lk 11:15; Yh 8:48

Mark 3:24

Çarpaz istinadlar

  • +Lk 11:17, 18

Mark 3:29

Çarpaz istinadlar

  • +Mt 12:31, 32; Lk 12:10
  • +İb 6:4, 6; 10:26

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 103

    «Gözətçi qülləsi»,

    1/8/2007 s. 7

    «İsa Məsih», fəs. 41

Mark 3:30

Çarpaz istinadlar

  • +Yh 7:20; 10:20

Mark 3:31

Çarpaz istinadlar

  • +Mt 13:55; Yh 2:12; Hv 1:14
  • +Mt 12:46—50; Lk 8:19—21

Mark 3:32

Çarpaz istinadlar

  • +Mr 6:3

Mark 3:34

Çarpaz istinadlar

  • +Mt 12:49; İb 2:11

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İsa peyğəmbər», s. 105

    «İsa Məsih», fəs. 42

Mark 3:35

Çarpaz istinadlar

  • +Mt 12:50; Lk 8:21; Yh 15:14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 19

    «İsa peyğəmbər», s. 105

    «İsa Məsih», fəs. 42

Digər

Mark 3:1Mt 12:9—14; Lk 6:6—11
Mark 3:4Lk 14:1—3
Mark 3:5Yh 12:39, 40
Mark 3:6Mt 22:16; Mr 12:13
Mark 3:7Mt 12:15
Mark 3:10Mt 9:20, 21; Mr 5:27, 28; 6:56
Mark 3:11Mt 8:31
Mark 3:11Mr 1:23, 24; 5:7; Lk 4:41
Mark 3:12Mt 12:15, 16; Mr 1:25
Mark 3:13Yh 15:16
Mark 3:13Lk 6:12, 13
Mark 3:15Mt 10:1
Mark 3:16Mt 10:2—4; Lk 6:14—16; Hv 1:13
Mark 3:16Yh 1:42
Mark 3:17Lk 9:54
Mark 3:21Yh 7:5
Mark 3:22Mt 9:34; 10:25; 12:24—29; Lk 11:15; Yh 8:48
Mark 3:24Lk 11:17, 18
Mark 3:29Mt 12:31, 32; Lk 12:10
Mark 3:29İb 6:4, 6; 10:26
Mark 3:30Yh 7:20; 10:20
Mark 3:31Mt 13:55; Yh 2:12; Hv 1:14
Mark 3:31Mt 12:46—50; Lk 8:19—21
Mark 3:32Mr 6:3
Mark 3:34Mt 12:49; İb 2:11
Mark 3:35Mt 12:50; Lk 8:21; Yh 15:14
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
Müqəddəs Kitab
Mark 3:1—35

Markın yazdığı müjdə

3 İsa yenə də sinaqoqa gəldi. Orada əli qurumuş bir adam var idi.+ 2 Fərisilər İsanı ittiham etmək istəyirdilər. Buna görə də diqqətlə baxırdılar ki, görsünlər İsa şənbə günü o adamı sağaldacaq, ya yox. 3 İsa əli qurumuş adama dedi: «Dur, ortaya keç». 4 Sonra onlardan soruşdu: «Şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?»+ Onlar susub dinmədilər. 5 İsa onların ürəyinin nə qədər küt olduğunu görüb bərk kədərləndi.+ Qəzəblə onlara göz gəzdirdi, sonra o adama dedi: «Əlini uzat». O, əlini uzatdı və əli sağaldı. 6 Onda fərisilər çölə çıxdılar və İsanı öldürmək barədə Hirodun ardıcılları+ ilə yubanmadan məşvərət etdilər.

7 İsa öz şagirdləri ilə bərabər oradan çıxıb dəniz kənarına getdi. Cəlilə və Yəhudiyyədən çoxlu adam da onun dalınca gedirdi.+ 8 Hətta Yerusəlimdən, İdumiyyədən, İordanın o biri tayından, Sur və Sidon bölgələrindən böyük bir izdiham İsanın işləri haqda eşidib onun yanına gəldi. 9 Camaat onu sıxışdırmasın deyə, İsa şagirdlərinə balaca bir qayığı hazır vəziyyətdə saxlamağı tapşırdı. 10 İsa bir çox adamı sağaltmışdı. Buna görə də ağır xəstəliyi olanlar İsaya toxunmaq üçün onun ətrafına toplaşırdılar.+ 11 Hətta murdar ruhlar+ da İsanı görəndə onun qarşısında yerə yıxılır və qışqırırdılar: «Sən Allahın Oğlusan».+ 12 Ancaq İsa cinlərə dəfələrlə qadağan edirdi ki, onun kim olduğunu deməsinlər.+

13 İsa dağa çıxdı və şagirdlərindən bəzilərini+ yanına çağırdı. Onlar İsanın yanına gəldilər.+ 14 İsa onu müşayiət etmək üçün on iki şagird seçdi və onları həvari* adlandırdı. İsa bu şagirdlərə müxtəlif yerlərə gedib təbliğ etmək tapşırığı 15 və cinləri qovmaq səlahiyyəti verəcəkdi.+

16 Həmin on iki şagird+ bunlardır: Şimon (İsa ona həmçinin Butrus+ ləqəbi vermişdi), 17 Zəbədinin oğlu Yaqub və Yaqubun qardaşı Yəhya (İsa həmçinin onlara Bənirəqiş*, yəni İldırım oğulları ləqəbini vermişdi),+ 18 Andreas, Filip, Bartolmay, Mətta, Tomas, Alfay oğlu Yaqub, Taday, Qeyrətli Şimon 19 və sonradan İsanı satan Yəhuda İskəryut.

İsa bir evə girdi. 20 Yenə camaat yığıldığından onlar çörək yeməyə də imkan tapmadılar. 21 İsanın qohumları bu barədə eşidəndə: «O, ağlını itirib», — deyərək onu tutub aparmağa gəldilər.+ 22 Yerusəlimdən mirzələr də gəlib dedilər: «Onda Beelzebub* var. Bu adam cinləri elə cinlərin hökmdarının əli ilə qovur».+ 23 İsa mirzələri yanına çağırdı və məsəl çəkərək sözə başladı: «Şeytan Şeytanı necə qova bilər? 24 Əgər padşahlıq daxildən parçalanarsa, o, davam gətirə bilməz.+ 25 Daxildən parçalanan ev də davam gətirə bilməz. 26 Əgər Şeytan özünə qarşı çıxıb daxildən parçalanıbsa, o davam gətirə bilməz, onun axırı yaxındır. 27 Güclü adamın evinə girən onun əl-qolunu bağlamamış var-dövlətini qarət edə bilməz. Yalnız bundan sonra evi qarət edə bilər. 28 Bunu bilin ki, insan nə günah iş tutsa, nə cür küfr danışsa, hamısı bağışlanacaq. 29 Lakin müqəddəs ruha qarşı küfr danışan heç vaxt bağışlanmayacaq,+ bu günah əbədiyyən onun boynunda qalacaq».+ 30 İsa bu sözləri mirzələrin «onda cin var» dedikləri üçün söylədi.+

31 İsanın anası və qardaşları+ gəlib bayırda durdular və adam göndərib onu çağırtdırdılar.+ 32 İsanın ətrafında çoxlu adam oturmuşdu. Ona xəbər verdilər: «Anan və qardaşların bayırdadırlar, səni istəyirlər».+ 33 İsa onlara dedi: «Mənim anam və qardaşlarım kimdir?» 34 Sonra ətrafında oturanlara göz gəzdirib dedi: «Budur mənim anam və qardaşlarım!+ 35 Allahın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş