Nəğmələr Nəğməsi
6 «Ey gözəllər gözəli,
Məhbubun ha yana getdi,
Ha yana üz tutdu?
Gəl gedək onu axtaraq».
3 Mən məhbubumun yarıyam,
Məhbubum mənim.+
O, zanbaqlar içində sürüsünü otarır».+
4 «Sən Tirzə+ kimi gözəlsən, mənim cananım,+
Yerusəlimtək qəşəngsən,+
Bayraqlar altında toplaşan qoşunlartək əzəmətlisən.+
Zülfün Gilad dağlarından enən
Keçi sürüsünə bənzər».+
6 «Dişlərin yenicə qırxılmış,
Yuyunub ağarmış qoyun sürüsünə bənzər.
Hamısı əkiz balalı,
Heç biri balasını itirməyib.
7 Örpək altda yanaqların,
Sanki, nar dilimidir.
9 Göyərçinim+, eyibsiz gözəlim yeganədir.
Anasının bir danəsidir,
Onu doğan qadının gözünün qarəsidir.
Qızlar görəndə ona bəxtəvərlik oxuyur,
Məlikələr, cariyələr alqış söyləyir:
10 “Dan yeritək şəfəq saçan kimdir belə?
Bədir aytək gözəl,
Günəş işığıtək saf,
Bayraqlar altında toplaşan qoşunlartək əzəmətli kimdir belə?”»+
12 Heç özüm də bilmədən
Həvəsim məni apardı,
Alicanab xalqımın arabaları üstünə çıxdım».
13 «Qayıt, qayıt, ey Şulam qızı!
Qayıt, qayıt,
Qoy sənə tamaşa edək!»
«Bu Şulam qızının nəyinə tamaşa edirsiniz?»+
«O, Mahanayim* rəqsinə bənzəyir!»