Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Lavililər 3
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Lavililərin məzmunu

      • Ünsiyyət qurbanı (1—17)

        • Piy və qan yemək qadağan olunur (17)

Lavililər 3:1

Çarpaz istinadlar

  • +Lav 22:21; Sy 6:13, 14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2000 s. 9—10

Lavililər 3:3

Çarpaz istinadlar

  • +Lav 7:29—31
  • +Çx 29:13; Lav 7:23—25; 1Pd 8:64

Lavililər 3:4

Çarpaz istinadlar

  • +Lav 7:1—4

Lavililər 3:5

Çarpaz istinadlar

  • +Lav 6:12
  • +Lav 4:29, 31

Lavililər 3:6

Çarpaz istinadlar

  • +Sy 6:13, 14

Lavililər 3:9

Çarpaz istinadlar

  • +Çx 29:22; Lav 9:18—20; 2Sm 7:7

Lavililər 3:10

Çarpaz istinadlar

  • +Lav 4:8, 9; 9:10

Lavililər 3:11

Çarpaz istinadlar

  • +Lav 4:31

Lavililər 3:14

Çarpaz istinadlar

  • +Lav 4:24, 26

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    11/2019 s. 23

Lavililər 3:15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    11/2019 s. 23

Lavililər 3:16

Çarpaz istinadlar

  • +Lav 7:23; 1İş 2:15—17

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    11/2019 s. 23

Lavililər 3:17

Çarpaz istinadlar

  • +Yr 9:4; Lav 17:10, 13; Qn 12:23; Hv 15:20, 29

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/12/2008 s. 32

    1/8/2004 s. 30

Digər

Lav. 3:1Lav 22:21; Sy 6:13, 14
Lav. 3:3Lav 7:29—31
Lav. 3:3Çx 29:13; Lav 7:23—25; 1Pd 8:64
Lav. 3:4Lav 7:1—4
Lav. 3:5Lav 6:12
Lav. 3:5Lav 4:29, 31
Lav. 3:6Sy 6:13, 14
Lav. 3:9Çx 29:22; Lav 9:18—20; 2Sm 7:7
Lav. 3:10Lav 4:8, 9; 9:10
Lav. 3:11Lav 4:31
Lav. 3:14Lav 4:24, 26
Lav. 3:16Lav 7:23; 1İş 2:15—17
Lav. 3:17Yr 9:4; Lav 17:10, 13; Qn 12:23; Hv 15:20, 29
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
Müqəddəs Kitab
Lavililər 3:1—17

Lavililər

3 Qaramalın erkəyindən və ya dişisindən ünsiyyət qurbanı+ təqdim etmək istəyən adam Yehovanın hüzuruna sağlam heyvan gətirməlidir. 2 O, əlini heyvanın başına qoymalıdır. Heyvan Hüzur çadırının girişində kəsilməli, kahinlər, Harun oğulları qanı hər tərəfdən qurbangahın üstünə çiləməlidirlər. 3 Həmin adam ünsiyyət qurbanının bu hissəsini Yehovaya odda yandırılaraq gətirilən təqdimə kimi təqdim etməlidir:+ iç piyini, bağırsaqları örtən bütün piyi,+ 4 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi. O həmçinin böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi də təqdim etməlidir.+ 5 Harun oğulları bunları qurbangahda, yanan odunların üstündəki yandırma qurbanı ilə birlikdə yandırmalıdır.+ Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.+

6 Yehovaya təqdim edilən ünsiyyət qurbanı qoyun-keçidən olarsa, gətirilən erkək və ya dişi heyvan sağlam olmalıdır.+ 7 Cavan qoç təqdim edən onu Yehovanın önünə gətirməli 8 və əlini heyvanın başına qoymalıdır. Heyvan Hüzur çadırının girişində kəsilməli, Harun oğulları qanı hər tərəfdən qurbangahın üstünə çiləməlidir. 9 Həmin adam ünsiyyət qurbanının piyini Yehovaya odda yandırılaraq gətirilən təqdimə kimi təqdim etsin.+ O, düz bel sümüyünün yanından bütün quyruğu kəsməli, həmçinin iç piyini, bağırsaqları örtən bütün piyi, 10 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi və böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi çıxarmalıdır.+ 11 Kahinlər bunları qurbangahda yemək təqdiməsi kimi yandırsınlar. Bu, Yehova üçün odda yandırılan təqdimədir.+

12 Keçi təqdim edən onu Yehovanın önünə gətirməli 13 və əlini heyvanın başına qoymalıdır. Heyvan Hüzur çadırının girişində kəsilməli, Harun oğulları qanı hər tərəfdən qurbangahın üstünə çiləməlidirlər. 14 Həmin adam Yehova üçün odda yandırılan təqdimə kimi heyvanın bu hissəsini: iç piyini, bağırsaqları örtən bütün piyi,+ 15 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi, habelə böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi təqdim etməlidir. 16 Kahinlər bunları qurbangahda xoş ətir üçün odda yandırılan yemək təqdiməsi kimi yandırsınlar. Piyin hamısı Yehovanındır.+

17 Piy və qan+ yeməməlisiniz. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanundur”».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş