Hakimlər
5 O gün Dəburə+ Əbnamın oğlu Bərəqlə+ birgə bu nəğməni oxudu:+
2 «İsraillilər saçlarını açıb tökdü, cəngə hazır oldu,
Xalq şövqlə döyüşə atıldı,+
Yehovaya alqış edin!
3 Siz, ey padşahlar, eşidin, ey hakimlər, qulaq verin!
Yehovanı nəğmələrdə tərənnüm edəcəyəm,
İsrailin Allahı Yehovanı+ mədh edəcəyəm.+
4 Yehova, Sən Sairdən çıxanda,+
Ədum torpağından gələndə
Yer titrədi, göylər sularını boşaltdı,
Buludlar şırhaşır leysan tökdü.
6 Ənat oğlu Şamqarın+ günlərində,
Yailin+ dövründə yollar bomboş qalmışdı,
Yolçular ara yollarla gedirdi.
7 İsrail kəndləri kimsəsiz qalmışdı.
Mən Dəburə+ ayağa qalxmazdan,
İsraildə bir anatək meydana çıxmazdan əvvəl bir kəndli yox idi.+
Qırx min israilli arasında
Bir qalxan, bir nizə gözə dəymirdi.
Alqış edin Yehovaya!
11 Quyu başından mal-qara suvaranların səsi eşidilirdi.
Onlar Yehovanın haqq işlərini nəql edirdilər,
Kəndlilərinin İsraildəki haqq işlərindən danışırdılar.
Onda Yehovanın xalqı darvazalara axışdı.
12 Oyan, ey Dəburə+, oyan!
Oyan, oyan, nəğmə oxu!+
Qalx, ey Bərəq!+ Əsirlərini apar, ey Əbnam oğlu!
13 Onda sağ qalanlar əsilzadələrin yanına gəldi,
Yehovanın xalqı qoluzorlulara qarşı çıxmaq üçün yanıma gəldi.
14 Dərədə olanların kökü Əfraimə gedib çıxır.
Ey Binyamin, onlar səninlədir, döyüşçülərinin arasındadır.
15 Yəsakir bəyləri Dəburənin yanında idi,
Bərəq+ də Yəsakir kimi onunla idi.
Onu pay-piyada dərəyə göndərdilər.+
Rubən bölükləri qərarsızlıq içində idi.
16 Nə üçün belində xurcun oturub
Sürülər üçün çalınan tütək səsinə qulaq asırdın?+
Rubən bölükləri qərarsızlıq içində idi.
Aşir dəniz sahilində boş-bikar oturdu,
Öz limanlarından tərpənmədi.+
Onlara qənimət gümüş düşmədi.+
20 Ulduzlar asimandan döyüşdü,
Öz yerlərindən Sisara qarşı vuruşdu.
Ey canım, sən qüdrətlini əzib tapdaladın!
22 Ayğırları dördnala çapanda
Atlar dırnağı ilə yeri döyəclədi.+
23 Yehovanın mələyi dedi: “Məruza lənət olsun!
Qoy onun sakinlərinə lənət olsun!
Çünki Yehovaya köməyə gəlmədilər,
Yehovanın igidlərinə qoşulub köməyə gəlmədilər”.
24 Qadınlar arasında Yail+,
Qəni Habirin+ arvadı ən bəxtəvərdir.
O, çadırda yaşayan qadınların ən xoşbəxtidir!
25 Sisar su istədi, o, süd verdi,
Nəfis bayram kasasında ona qaymaq verdi.+
26 Əlini uzadıb çadır mıxını götürdü,
Sağ əlinə toxmaq aldı.
Toxmaqla Sisarın başını əzdi,
Mıxla gicgahlarını dəlib dağıtdı.+
27 O, Yailin ayaqları altına yıxıldı, sərilib yerdə qaldı,
Qadının ayaqları altına yıxıldı, yerə döşəndi;
Yıxıldığı yerdə də yenildi.
28 Pəncərədən qadın boylanırdı,
Sisarın anası şəbəkədən baxırdı:
“Görəsən, oğlumun arabası harada qaldı?
Niyə atlarının ayaq tappıltısı gəlmir?”+
29 Kübar xanımlardan ən ağıllısı cavab verdi,
O özü də öz-özünə deyirdi:
30 “Yəqin qəniməti bölüşdürürlər,
Hər cəngavərə bir qız, iki qız verirlər,
Qənimətdən Sisara əlvan libaslar düşür.
Qarətçilərin boynuna bəzək kimi,
Naxışlı, al-əlvan paltar, naxışlı iki paltar düşür”.
31 Ey Yehova, qoy bütün düşmənlərin məhv olsun,+
Səni sevənlər isə əzəmətlə doğan günəş kimi parlasın!»
Bundan sonra ölkə qırx il dinc yaşadı.+