Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əstər 4
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əstərin məzmunu

      • Mərdəhay dərd içində (1—5)

      • Mərdəhay Əstərə şahın yanına getməyi tapşırır (6—17)

Əstər 4:1

Çarpaz istinadlar

  • +Əs 2:5
  • +Əs 3:8—11

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 132

Əstər 4:3

Çarpaz istinadlar

  • +Əs 1:1
  • +2Sm 20:3; Üz 8:21
  • +Dn 9:3

Əstər 4:7

Çarpaz istinadlar

  • +Əs 3:9
  • +Əs 3:8, 13

Əstər 4:8

Çarpaz istinadlar

  • +Əs 3:14, 15
  • +Əs 2:20

Əstər 4:10

Çarpaz istinadlar

  • +Əs 2:5, 7

Əstər 4:11

Çarpaz istinadlar

  • +Əs 5:1
  • +Əs 5:2; 8:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 133

Əstər 4:14

Çarpaz istinadlar

  • +1İş 12:22; Əş 54:17
  • +Əs 2:17

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 133—134

Əstər 4:16

Çarpaz istinadlar

  • +2Sm 20:3; Üz 8:21
  • +Əs 5:1

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/3/2006 s. 10

Digər

Əst. 4:1Əs 2:5
Əst. 4:1Əs 3:8—11
Əst. 4:3Əs 1:1
Əst. 4:32Sm 20:3; Üz 8:21
Əst. 4:3Dn 9:3
Əst. 4:7Əs 3:9
Əst. 4:7Əs 3:8, 13
Əst. 4:8Əs 3:14, 15
Əst. 4:8Əs 2:20
Əst. 4:10Əs 2:5, 7
Əst. 4:11Əs 5:1
Əst. 4:11Əs 5:2; 8:4
Əst. 4:141İş 12:22; Əş 54:17
Əst. 4:14Əs 2:17
Əst. 4:162Sm 20:3; Üz 8:21
Əst. 4:16Əs 5:1
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
Müqəddəs Kitab
Əstər 4:1—17

Əstər

4 Mərdəhay+ bu işdən xəbər tutanda+ yaxasını cırdı, çula bürünüb başına kül tökdü. O, ucadan nalə çəkib fəryad edə-edə şəhərin ortasına getdi. 2 O, şah darvazasına kimi getdi, amma içəri girmədi, çünki çula bürünmüş adam şah darvazasından içəri girə bilməzdi. 3 Bütün əyalətlərdə,+ şahın əmri və fərmanı yetişən hər yerdə yəhudilər böyük yas qurmuşdular, oruc tutub+ ahu-fəğan edirdilər. Çoxları çul içində, kül içində oturmuşdu.+ 4 Əstərin kənizləri və xacələri gəlib bu barədə ona xəbər verdilər. Məlikə çox pis oldu. Mərdəhaya paltar göndərdi ki, çulu çıxarıb onları geysin. Lakin Mərdəhay qəbul etmədi. 5 Onda Əstər şah xacələrindən onun qulluğuna verilmiş Hətaqı çağırıb tapşırdı ki, Mərdəhayın yanına getsin və nə baş verdiyini öyrənsin.

6 Hətaq Mərdəhayın yanına, şah darvazasının qarşısındakı meydana çıxdı. 7 Mərdəhay başına gələn hal-qəziyyəni, Həmanın yəhudiləri məhv etmək üçün şah xəzinəsinə nə qədər pul boyun olduğunu+ ona danışdı.+ 8 Sonra Mərdəhay bu qırğın haqda Şuşda+ verilmiş qanunun surətini ona verdi ki, Əstərə göstərib izah etsin. Həmçinin Əstərə desin ki,+ şahın hüzuruna getsin, ondan aman diləyib xalqı üçün yalvarsın.

9 Hətaq gəlib Mərdəhayın sözlərini Əstərə çatdırdı. 10 Əstər də Hətaqa tapşırıb dedi ki, Mərdəhaya+ bunları yetirsin: 11 «Şahın bütün qulluqçuları və onun əyalətlərində yaşayan camaat bilir ki, kim çağırılmadan şahın içəri həyətinə girərsə,+ istər kişi olsun, istər qadın, qanun birdir: həmin adam ölməlidir. Yalnız şah qızıl əsasını ona uzadarsa,+ sağ qala bilər. Mən isə otuz gündür ki, şahın yanına çağırılmıram».

12 Əstərin sözlərini Mərdəhaya çatdırdılar. 13 Mərdəhay Əstərə belə cavab göndərdi: «Elə düşünmə ki, şah evində olduğun üçün yəhudilərin arasından sən sağ qala biləcəksən. 14 Əgər belə bir vaxtda sussan, yəhudilərə qurtuluş və nicat başqa yerdən gələr,+ sən və atanın nəsli isə yox olarsınız. Kim bilir, bəlkə, sən elə bu gün üçün məlikə olmusan».+

15 Əstər Mərdəhaya belə cavab göndərdi: 16 «Get Şuşda olan bütün yəhudiləri topla. Məndən ötrü oruc tutun,+ üç gün-üç gecə nə yeməyin, nə içməyin.+ Mən də kənizlərimlə oruc tutaram, sonra isə şahın yanına gedərəm, hərçənd bu, qanuna ziddir. Ölməliyəmsə, qoy ölüm». 17 Mərdəhay gedib Əstərin tapşırdığı kimi etdi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş