Həmd məzmuru.
100 Ey dünya, Yehovaya şadlıq sədaları yüksəlt!+
 2 Yehovaya sevinclə  ibadət et,+
Şadyanalıqla Onun hüzuruna gəl.
 3 Bil ki, Yehovadır Allah,+
Bizi O yaradıb, biz Ona məxsusuq,+
Biz Onun xalqıyıq, otlağının sürüsüyük.+
 4 Darvazalarından şükranla keçin,+
Həyətlərinə mədhlərlə girin.+
Allaha şükür edin, adına tərif deyin,+
 5 Çünki Yehova kəramətlidir,+
Məhəbbəti əbədidir,
Sədaqəti nəsildən-nəslə qalar.+