Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 1 Salnamələr 21
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

1 Salnamələrin məzmunu

      • Davud xalqı siyahıya alır (1—6)

      • Yehovadan gələn cəza (7—17)

      • Davud qurbangah tikir (18—30)

1 Salnamələr 21:1

Haşiyələr

  • *

    Digər variant: əleyhdar.

Çarpaz istinadlar

  • +2İş 24:1—3

1 Salnamələr 21:2

Çarpaz istinadlar

  • +2İş 8:16
  • +Hk 18:29; 2İş 17:11

1 Salnamələr 21:4

Çarpaz istinadlar

  • +2İş 24:4, 8

1 Salnamələr 21:5

Çarpaz istinadlar

  • +2İş 24:9

1 Salnamələr 21:6

Çarpaz istinadlar

  • +Sy 1:47
  • +1Sm 27:23, 24

1 Salnamələr 21:8

Çarpaz istinadlar

  • +2İş 12:13
  • +2İş 24:10—14; Zb 25:11; 51:1

1 Salnamələr 21:9

Çarpaz istinadlar

  • +1Sm 29:29

1 Salnamələr 21:12

Çarpaz istinadlar

  • +Lav 26:26
  • +Lav 26:14, 17
  • +Lav 26:25
  • +2Pd 19:35

1 Salnamələr 21:13

Çarpaz istinadlar

  • +2Sm 28:9
  • +Çx 34:6; Zb 51:1; Əş 55:7; Mrs 3:22

1 Salnamələr 21:14

Çarpaz istinadlar

  • +Sy 16:46
  • +2İş 24:15, 16

1 Salnamələr 21:15

Haşiyələr

  • *

    2İş 24:16 ayəsində Arunah.

Çarpaz istinadlar

  • +Çx 32:14; Qn 32:36
  • +Zb 90:13
  • +2İş 5:6
  • +2Sm 3:1

1 Salnamələr 21:16

Çarpaz istinadlar

  • +Sy 22:31; Yş 5:13
  • +2Pd 19:1
  • +2İş 24:17

1 Salnamələr 21:17

Çarpaz istinadlar

  • +Zb 51:4
  • +Çx 32:12; Sy 16:22

1 Salnamələr 21:18

Çarpaz istinadlar

  • +2İş 24:11
  • +2İş 24:18—23; 2Sm 3:1

1 Salnamələr 21:22

Çarpaz istinadlar

  • +Sy 25:8

1 Salnamələr 21:23

Çarpaz istinadlar

  • +Əş 28:27

1 Salnamələr 21:24

Çarpaz istinadlar

  • +2İş 24:24, 25

1 Salnamələr 21:25

Haşiyələr

  • *

    Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.

1 Salnamələr 21:26

Çarpaz istinadlar

  • +Çx 20:25
  • +Lav 9:23, 24; 1Pd 18:38; 2Sm 7:1

1 Salnamələr 21:27

Çarpaz istinadlar

  • +2İş 24:16; Zb 103:20

1 Salnamələr 21:29

Çarpaz istinadlar

  • +1Pd 3:4; 1Sm 16:39; 2Sm 1:3

Digər

1 Saln. 21:12İş 24:1—3
1 Saln. 21:22İş 8:16
1 Saln. 21:2Hk 18:29; 2İş 17:11
1 Saln. 21:42İş 24:4, 8
1 Saln. 21:52İş 24:9
1 Saln. 21:6Sy 1:47
1 Saln. 21:61Sm 27:23, 24
1 Saln. 21:82İş 12:13
1 Saln. 21:82İş 24:10—14; Zb 25:11; 51:1
1 Saln. 21:91Sm 29:29
1 Saln. 21:12Lav 26:26
1 Saln. 21:12Lav 26:14, 17
1 Saln. 21:12Lav 26:25
1 Saln. 21:122Pd 19:35
1 Saln. 21:132Sm 28:9
1 Saln. 21:13Çx 34:6; Zb 51:1; Əş 55:7; Mrs 3:22
1 Saln. 21:14Sy 16:46
1 Saln. 21:142İş 24:15, 16
1 Saln. 21:15Çx 32:14; Qn 32:36
1 Saln. 21:15Zb 90:13
1 Saln. 21:152İş 5:6
1 Saln. 21:152Sm 3:1
1 Saln. 21:16Sy 22:31; Yş 5:13
1 Saln. 21:162Pd 19:1
1 Saln. 21:162İş 24:17
1 Saln. 21:17Zb 51:4
1 Saln. 21:17Çx 32:12; Sy 16:22
1 Saln. 21:182İş 24:11
1 Saln. 21:182İş 24:18—23; 2Sm 3:1
1 Saln. 21:22Sy 25:8
1 Saln. 21:23Əş 28:27
1 Saln. 21:242İş 24:24, 25
1 Saln. 21:26Çx 20:25
1 Saln. 21:26Lav 9:23, 24; 1Pd 18:38; 2Sm 7:1
1 Saln. 21:272İş 24:16; Zb 103:20
1 Saln. 21:291Pd 3:4; 1Sm 16:39; 2Sm 1:3
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
Müqəddəs Kitab
1 Salnamələr 21:1—30

Birinci Salnamələr

21 Şeytan* İsrailə qarşı çıxıb Davudu israilliləri saymağa təhrik etdi.+ 2 Davud Yuaba+ və xalqın başçılarına dedi: «Gedin, Biir-Səbadan Dana+ qədər israilliləri sayın, sonra mənə onların sayını bildirin». 3 Amma Yuab dedi: «Qoy Yehova xalqını yüz qat artırsın! Məgər onların hamısı ağam padşahın qulları deyil? Nə üçün hökmdarım belə şey etmək istəyir? Axı nəyə görə İsraili günaha batırır?»

4 Amma padşahın sözü Yuabın sözündən kəsərli oldu. Yuab bütün İsraili gəzib-dolaşdı, sonra Yerusəlimə qayıtdı.+ 5 Yuab siyahıya alınan xalqın sayını Davuda təqdim etdi. Bütün İsraildə əli qılınclı 1 100 000 nəfər, Yəhudada 470 000 nəfər var idi.+ 6 Lakin Lavi və Binyamin onlarla birgə siyahıya alınmadı,+ çünki Yuabın padşahın əmrindən acığı gəlmişdi.+

7 Bu iş Allaha çox ağır getdi, odur ki, O, İsrailə bəla göndərdi. 8 Onda Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etmişəm.+ Axmaqlıq eləmişəm, yalvarıram, qulunu bağışla».+ 9 Davudun görücüsü Cada+ Yehovanın sözü nazil oldu: 10 «Get Davuda söylə ki, Yehova belə deyir: “Qarşına üç seçim qoyuram. Birini seç. Səni o cür cəzalandıracağam”». 11 Cad da Davudun yanına gəlib dedi: «Yehova belə deyir: “Seç: 12 ya ölkədə üç il aclıq olsun,+ ya üç ay düşmən qılıncı səni yaxalayıb məğlub etsin,+ ya da üç gün Yehovanın qılıncı — xəstəlik ölkəyə hakim kəsilsin,+ Yehovanın mələyi bütün İsrail məmləkətinə bəla gətirsin”.+ İndi fikirləş, söylə, məni göndərənə nə cavab verim». 13 Davud Cada dedi: «Mənə çox çətindir. Qoyma insan əlinə düşüm.+ Qoy biz Yehovanın əlinə düşək, Onun mərhəməti böyükdür».+

14 Yehova İsrailə xəstəlik göndərdi+ və İsraildə 70 000 adam öldü.+ 15 Üstəlik, Allah Yerusəlimi tar-mar etmək üçün mələk göndərdi. Yehova görəndə ki, mələk şəhəri tar-mar etmək üzrədir, xalqa yazığı gəldi+ və xalqı qıran mələyə dedi: «Bəsdir!+ Əl saxla!» Yehovanın mələyi yəbusi+ Ornanın* xırmanının+ yanında durmuşdu.

16 Davud başını qaldırıb gördü ki, Yehovanın mələyi əlindəki siyrilmiş qılıncı Yerusəlimə tərəf uzadıb yerlə göy arasında durub.+ Çula bürünmüş+ Davud və ağsaqqallar üzüstə yerə döşəndilər.+ 17 Davud Allaha dedi: «Məgər xalqı mən saymadım? Günah edən mənəm, mən xəta etmişəm.+ Axı bu yazıq qoyunlar nə ediblər? Ey Allahım Yehova, qoy əlin mənə, atamın evinə qarşı qalxsın. Xalqının başına bu bəlanı gətirmə».+

18 Yehovanın mələyi Cad vasitəsilə+ Davuda bildirdi ki, o gedib yəbusi Ornanın xırmanında Yehovaya qurbangah tiksin.+ 19 Davud Yehovanın adı ilə danışan Cadın dediyi kimi, durub getdi. 20 Bu arada Ornan çevrilib mələyi gördü. Yanında olan dörd oğlu gizləndi. Ornan buğda döyürdü. 21 Davud ona tərəf gələndə Ornan onu gördü və tez xırmandan çıxıb Davudun qarşısında yerədək təzim etdi. 22 Davud Ornana dedi: «Xırman yerini mənə sat, orada Yehovaya qurbangah tikim. Tam qiymətinə sat. Qoy xalqın üzərinə gələn bəla dayansın».+ 23 Ornan Davuda dedi: «Buyur, elə bil ki, öz mülkündür. Qoy ağam padşah istədiyini eləsin. Lap yandırma qurbanı üçün heyvan, odun əvəzi vəl+, taxıl təqdiməsi kimi buğda da verirəm. Hər şeyi verirəm».

24 Davud padşah isə Ornana dedi: «Yox, bunu səndən öz qiymətinə alacağam. Sənin malını havayı götürüb Yehovaya vermərəm, yandırma qurbanı təqdim etmərəm».+ 25 Beləcə, Davud həmin yer üçün Ornana 600 şekel* ağırlığında qızıl verdi. 26 Davud orada Yehovaya qurbangah tikdi,+ yandırma və ünsiyyət qurbanları təqdim etdi. O, Yehovanı çağırdı, Allah da yandırma qurbanı üçün olan qurbangahın üstünə göydən od göndərib ona cavab verdi.+ 27 Onda Yehova mələyə qılıncını qınına qaytarmağı buyurdu.+ 28 Davud Yehovanın yəbusi Ornanın xırmanında ona cavab verdiyini görəndə Ona orada qurban gətirməyə başladı. 29 Amma o vaxt Musanın səhrada Yehova üçün düzəltdiyi çadır və yandırma qurbanı üçün olan qurbangah Gibyondakı səcdəgahda idi.+ 30 Lakin Davud Allaha müraciət etmək üçün ora gedə bilmirdi, çünki Yehovanın mələyinin qılıncından qorxurdu.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş