Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 33
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əyyub özünü Allahdan haqlı saydığı üçün Əlihu onu qınayır (1—33)

        • Allah fidyə tapır (24)

        • Cavanlıqdakı gümrahlığa qayıdış (25)

Əyyub 33:3

Çarpaz istinadlar

  • +Mt 12:34; Lk 6:45

Əyyub 33:4

Çarpaz istinadlar

  • +Zb 119:73
  • +Yr 2:7; Vz 12:7; Hv 17:25

Əyyub 33:6

Çarpaz istinadlar

  • +Yr 2:7

Əyyub 33:9

Çarpaz istinadlar

  • +Əy 10:7; 16:16, 17; 23:11
  • +Əy 29:14

Əyyub 33:10

Çarpaz istinadlar

  • +Əy 13:24; 16:9; 19:11

Əyyub 33:11

Çarpaz istinadlar

  • +Əy 13:27; 14:16; 31:4

Əyyub 33:12

Çarpaz istinadlar

  • +Əy 12:13; Zb 8:4; Əş 40:25; 55:9

Əyyub 33:13

Çarpaz istinadlar

  • +Əş 45:9; Rm 9:20
  • +Əy 13:24

Əyyub 33:15

Çarpaz istinadlar

  • +Sy 12:6; Dn 4:5

Əyyub 33:16

Çarpaz istinadlar

  • +Əy 36:10

Əyyub 33:17

Çarpaz istinadlar

  • +Yr 20:6, 7; Mt 27:19
  • +Dn 4:24, 25

Əyyub 33:18

Haşiyələr

  • *

    Yaxud çuxurdan.

Çarpaz istinadlar

  • +Yr 31:24

Əyyub 33:20

Çarpaz istinadlar

  • +Zb 107:17, 18

Əyyub 33:23

Haşiyələr

  • *

    Yaxud mələk.

Əyyub 33:24

Çarpaz istinadlar

  • +Əy 14:13
  • +Əy 19:25; Mt 20:28

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/8/2009 s. 5—6

Əyyub 33:25

Haşiyələr

  • *

    Yaxud sağlam.

Çarpaz istinadlar

  • +2Pd 5:14
  • +Qn 34:7; Əy 42:16; Zb 103:3—5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/8/2009 s. 5—6

Əyyub 33:26

Çarpaz istinadlar

  • +Zb 30:8

Əyyub 33:27

Haşiyələr

  • *

    Digər variant: bu, mənə xeyir gətirmədi.

Çarpaz istinadlar

  • +2İş 12:13; Zb 32:5; Ms 28:13; Lk 15:21; 1Yh 1:9

Əyyub 33:28

Çarpaz istinadlar

  • +Zb 19:14; Əş 38:17

Əyyub 33:30

Çarpaz istinadlar

  • +Zb 56:13

Digər

Əyy. 33:3Mt 12:34; Lk 6:45
Əyy. 33:4Zb 119:73
Əyy. 33:4Yr 2:7; Vz 12:7; Hv 17:25
Əyy. 33:6Yr 2:7
Əyy. 33:9Əy 10:7; 16:16, 17; 23:11
Əyy. 33:9Əy 29:14
Əyy. 33:10Əy 13:24; 16:9; 19:11
Əyy. 33:11Əy 13:27; 14:16; 31:4
Əyy. 33:12Əy 12:13; Zb 8:4; Əş 40:25; 55:9
Əyy. 33:13Əş 45:9; Rm 9:20
Əyy. 33:13Əy 13:24
Əyy. 33:15Sy 12:6; Dn 4:5
Əyy. 33:16Əy 36:10
Əyy. 33:17Yr 20:6, 7; Mt 27:19
Əyy. 33:17Dn 4:24, 25
Əyy. 33:18Yr 31:24
Əyy. 33:20Zb 107:17, 18
Əyy. 33:24Əy 14:13
Əyy. 33:24Əy 19:25; Mt 20:28
Əyy. 33:252Pd 5:14
Əyy. 33:25Qn 34:7; Əy 42:16; Zb 103:3—5
Əyy. 33:26Zb 30:8
Əyy. 33:272İş 12:13; Zb 32:5; Ms 28:13; Lk 15:21; 1Yh 1:9
Əyy. 33:28Zb 19:14; Əş 38:17
Əyy. 33:30Zb 56:13
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
Müqəddəs Kitab
Əyyub 33:1—33

Əyyub

33 İndi isə, Əyyub, məni dinlə,

Sözlərimə qulaq as.

 2 Ağzımı açacağam,

Dilim danışacaq.

 3 Sözlərim ürəyimin düzlüyündən xəbər verir,+

Dilim bildiklərimi düz danışacaq.

 4 Məni yaradan Allahın ruhudur,+

Mənə həyat verən Qüdrət Sahibinin nəfəsidir.+

 5 Bacarırsansa, mənə cavab ver,

Dəlillərini gətir, çıx qarşıma.

 6 Bax, Allahın önündə mən də, sən də eyniyik,

Mən də gildən düzəldilmişəm.+

 7 Buna görə məndən qorxma,

Sözlərim ağır olub səni əzməsin.

 8 Ancaq dediklərin qulağımdadır,

Sözlərini indi də eşidirəm.

 9 Deyirsən: “Mən pakam, təqsirsizəm,+

Təmizəm, qəbahətim yoxdur.+

10 Lakin Allah mənə qarşı bəhanə axtarır,

Məni Özünə düşmən sanır.+

11 Ayaqlarıma buxov vurur,

Hər addımımı izləyir”.+

12 Bu yerdə sən haqsızsan, budur sənə cavabım:

Allah fani insandan qat-qat üstündür!+

13 Niyə Ondan şikayətlənirsən?+

Sənin heç bir sözünə cavab vermədiyi üçün?+

14 Heç kim məhəl qoymasa da,

Allah bir kərə deyir, iki kərə deyir

15 Gecə yuxuda, röyada,+

İnsan dərin yuxuya gedəndə,

Yatağında uyuyanda.

16 O vaxt onun qulağını açır,+

Ona nəsihətini aşılayır ki,

17 İnsanı pis əməldən döndərsin,+

Təkəbbürdən uzaq saxlasın.+

18 Allah insanın canını qəbirdən*,+

Həyatını qılıncdan qoruyur.

19 Həm də yatağında çəkdiyi ağrılar,

Sümüklərində kəsilməyən sızıltılar insana nəsə öyrədir.

20 Bütün varlığı ilə çörəkdən ikrah edir,

Ləziz təamı belə, rədd edir.+

21 Əti əriyib yox olur,

Sümükləri üzə çıxır.

22 Canı qəbrə,

Həyatı ölüm gətirənlərə yaxınlaşır.

23 Bir qasid*,

Mininin içindən bir havadar

İnsana əməlisalehliyi öyrədərsə,

24 Allah ona lütf göstərib deyər:

“Onu qəbirdən qurtar!+

Mən fidyə tapmışam!+

25 Qoy bədəni gənclik çağındakından da təravətli* olsun,+

Cavanlıqdakı gümrahlığına qayıtsın”.+

26 O yalvarar,+ Allah onu qəbul edər.

O, sevinc hayqırtısı ilə Allahın camalına baxar,

Allah da fani insanı yenidən Öz doğruluğuna qovuşdurar.

27 Onda insan başqalarına car çəkər:

“Günah etdim,+ düzü əyri etdim,

Lakin layiqli cəzamı almadım*.

28 O, canımı qurtardı, qəbrə düşməyə qoymadı,+

Həyat nuru görəcəyəm”.

29 Bəli, Allah bütün bunları

İnsan üçün iki dəfə, üç dəfə edir ki,

30 Onu qəbirdən qaytarsın,

Həyat nuru ilə işıqlandırsın.+

31 Diqqət ver, Əyyub, bir qulaq as!

Sükut eylə, qoy sözümə davam edim.

32 Gəl ki deməyə sözün varsa, de mənə.

Danış, səni haqlı çıxarmaq istəyirəm.

33 Amma sözün yoxdursa, məni dinlə,

Sükut eylə, qoy sənə hikmət aşılayım».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş