Məsəllər
9 Həqiqi hikmət evini tikib,
Yeddi sütununu yonub.
2 Heyvanlarını kəsib,
Şərabına ədva qatıb,
Süfrəsini açıb.
3 Kənizlərini göndərib.
Şəhərin hündür yerlərində car çəkirlər:+
4 «Cahillər bura gəlsin».
O, ağılsıza belə deyir:
5 «Gəlin çörəyimdən yeyin,
Tünd şərabımdan için.
7 Rişxəndçiyə öyüd-nəsihət verən hörmətdən düşər,+
Şər adamı danlayan yaralanar.
9 Ağıllı adama öyüd-nəsihət versən, hikməti artar.+
Salehə bilik versən, elmi çoxalar.
11 Çünki mənim sayəmdə ömrün uzanar,+
İllərinin üstünə illər gələr.
12 Hikmətli olsan, xeyir taparsan,
Rişxəndçilik etsən, zərərini özün çəkərsən.
13 Axmaq qadın hay-küy salar.+
O, cahildir, heç nə qanmır.
14 O, şəhərin hündür yerində,
Evinin qapısında kətil qoyub oturur.+
15 Yoldan keçənləri çağırır,
Öz yolu ilə gedənləri haylayır:
16 «Cahillər bura gəlsin».
Ağılsızlara deyir:+
18 Amma onların xəbəri yoxdur ki, ölümün dustaqları oradadır.