Yuşə
5 İordanın qərbindəki amori+ padşahları və dəniz sahilindəki kənani+ padşahları eşitdilər ki, Yehova İordanın sularını qurudaraq israilliləri çaydan keçirib. Bu xəbər onların canına qorxu saldı, israillilərin vəhmindən onlarda ürək qalmadı.+
2 Həmin vaxt Yehova Yuşəyə dedi: «Çaxmaqdaşından bıçaq düzəlt, İsrail kişilərini yenə də, ikinci dəfə sünnət+ elə». 3 Yuşə də çaxmaqdaşından bıçaq düzəldib Gibat-Harlutda*+ İsrail kişilərini sünnət etdi. 4 Yuşənin kişiləri sünnət etməsinin səbəbi budur: Misirdən çıxan döyüşə qabil bütün kişilər səhrada — yolda ölmüşdülər.+ 5 Həmin kişilər sünnət olunmuşdular, amma Misirdən çıxandan sonra səhrada doğulanlardan heç biri sünnət olunmamışdı. 6 Misirdən çıxandan sonra Yehovanın sözünə qulaq asmayan+ döyüşə qabil kişilərin hamısı ölənəcən israillilər qırx il+ səhrada dolaşdılar. Yehova and içmişdi ki, onlar süd-bal axan diyarı görməyəcəklər.+ Yehova bu diyarı bizə verməyi ata-babalarımıza vəd etmişdi.+ 7 Odur ki, Allah onların əvəzinə övladlarını həmin diyara gətirdi.+ Yuşə məhz onları sünnət elədi, çünki səhrada dolaşarkən sünnət edilməmişdilər.
8 Bütün kişilər sünnət edilib qurtardı və hamısı sağalana qədər xalq düşərgədə qaldı.
9 Yehova Yuşəyə dedi: «Bu gün Misirin rüsvayçılığını sizin üstünüzdən götürdüm*». Buna görə də həmin yer bu günə qədər Gilqal*+ adlanır.
10 İsraillilər Gilqalda saldıqları düşərgədə qaldılar. Ayın on dördüncü günü axşam Əriha çöllüyündə Pasxanı qeyd etdilər.+ 11 Pasxanın ertəsi günü — həmin o gün torpağın məhsulunu yeməyə başladılar. Onlar mayasız çörək+ və qovurğa yedilər. 12 Torpağın bəhərini yedikləri günün sǝhǝrisi günü manna kəsildi. Artıq israillilərin mannası yox idi.+ Həmin il onlar Kənan torpağının bəhrəsini yedilər.+
13 Ərihanın yaxınlığında olanda Yuşə başını qaldırıb gördü ki, bir nəfər+ əlində siyirmə qılınc+ onun qarşısında durub. Yuşə ona yaxınlaşıb soruşdu: «Sən bizdənsən, yoxsa düşmən tərəfdən?» 14 «Xeyr, mən Yehovanın ordusunun əmiri+ kimi gəlmişəm». Bunu eşitcək Yuşə üzüstə yerə döşənib dedi: «Ağamın quluna nə buyruğu var?» 15 Yehovanın ordusunun əmiri Yuşəyə dedi: «Səndəllərini çıxart, çünki durduğun yer müqəddəsdir». Yuşə dərhal səndəllərini çıxartdı.+