Əyyub
19 Əyyub belə cavab verdi:
4 Tutalım, mən səhv etmişəm,
Babalı öz boynuma.
5 İndi ki özünüzü üstün tutursunuz,
Aldığım tənbehə layiq olduğumu deyirsiniz,
6 Bilin ki, məni Allah çaşqınlığa salıb,
O, torunu üstümə atıb, məni ovlayıb.
8 O, yoluma sədd çəkib, aşa bilmirəm,
Yollarımı zülmətə bürüyüb.+
9 O, şərəfimi əlimdən alıb,
Tacı başımdan götürüb.
10 O, məni hər tərəfdən yıxır ki, məhv olum,
Ümidimi ağactək kökündən qoparır.
11 Mənə qarşı qəzəbi alışır,
Məni özünə düşmən sanır.+
12 Orduları birləşib məni mühasirəyə alır,
Çadırımın ətrafında düşərgə salır.
13 O, qardaşlarımı məndən uzaqlaşdırıb.
Tanış-biliş məndən üz döndərib.+
14 Dostlarım* yoxa çıxıb,
Yoldaşlarım məni unudub,+
15 Evimdəki qonaqlar+ da, qarabaşlarım da məni yad sanır,
Onların gözündə yadelli olmuşam.
16 Nökərimi çağırıram, hay vermir,
Dil açıb yalvarıram ki, mənə ürəyi yansın.
17 Arvadım nəfəsimdən iyrənir,+
Qardaşlarım üçün üfunət olmuşam.
18 Uşaqlar da mənə xor baxır,
Elə ki ayağa qalxıram, məni ələ salırlar.
21 İnsafınız olsun, ay dostlarım, mənə rəhm edin,
Axı mənə Allahın əli dəyib.+
23 Kaş sözlərim qələmə alınaydı,
Kaş onlar kitaba yazılaydı!
24 Dəmir qələmlə, qurğuşunla
Qayaya həkk olunub əbədi qalaydı!
25 Mən bilirəm ki, xilaskarım+ yaşayır,
O, sonra gələcək, gəlib yerin üzərinə qalxacaq.
26 Dərim beləcə yox olandan sonra,
Hələ sağ ikən Allahı görəcəyəm,
27 Onu görəcəyəm,
Onu mənim gözlərim görəcək, başqasının yox!+
Ruhum təlatüm içindədir.
28 Çünki siz: “Biz ona zülm edirik?” — deyirsiniz,+
Sanki, bu zillətə bais özüməm.