Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 14
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • Bütpərəstlərin mühakiməsi (1—11)

      • Yerusəlimin hökmü qaçılmazdır (12—23)

        • Nuh, Dənyal və Əyyub (14, 20)

Hizqiyal 14:1

Çarpaz istinadlar

  • +Hz 33:30, 31

Hizqiyal 14:3

Çarpaz istinadlar

  • +2Pd 3:13; Əş 1:15; Ər 11:11

Hizqiyal 14:5

Çarpaz istinadlar

  • +Ər 2:5

Hizqiyal 14:6

Çarpaz istinadlar

  • +Əş 55:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 105

Hizqiyal 14:7

Çarpaz istinadlar

  • +Ər 21:1, 2; Hz 33:31

Hizqiyal 14:8

Çarpaz istinadlar

  • +Lav 20:2, 3

Hizqiyal 14:9

Çarpaz istinadlar

  • +1Pd 22:21, 22; Ər 4:10; 2Sk 2:10, 11

Hizqiyal 14:11

Çarpaz istinadlar

  • +Ər 24:7; Hz 11:19, 20

Hizqiyal 14:13

Çarpaz istinadlar

  • +Lav 26:26
  • +Əş 3:1; Ər 15:2
  • +Ər 7:20

Hizqiyal 14:14

Çarpaz istinadlar

  • +Yr 6:8, 9; İb 11:7
  • +Dn 10:11
  • +Əy 1:8; 42:8
  • +Ms 11:4; Ər 15:1; 2Bt 2:9

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    2/2018 s. 3—7

    «Gözətçi qülləsi» (təlim),

    5/2016 s. 26

Hizqiyal 14:15

Çarpaz istinadlar

  • +Lav 26:22; Ər 15:3

Hizqiyal 14:17

Çarpaz istinadlar

  • +Lav 26:25; Ər 25:9; Hz 21:3
  • +Sf 1:3

Hizqiyal 14:19

Çarpaz istinadlar

  • +Qn 28:21, 22

Hizqiyal 14:20

Çarpaz istinadlar

  • +Yr 7:1
  • +Dn 10:11
  • +Əy 1:8; 42:8
  • +Hz 18:20; Sf 2:3

Hizqiyal 14:21

Çarpaz istinadlar

  • +Ər 32:43
  • +Ər 15:2
  • +Hz 5:17; 33:27

Hizqiyal 14:22

Çarpaz istinadlar

  • +Qn 4:31; 2Sm 36:20; Hz 6:8; Mi 5:7

Hizqiyal 14:23

Çarpaz istinadlar

  • +Nə 9:33; Ər 22:8, 9; Hz 9:9; Dn 9:7

Digər

Hizq. 14:1Hz 33:30, 31
Hizq. 14:32Pd 3:13; Əş 1:15; Ər 11:11
Hizq. 14:5Ər 2:5
Hizq. 14:6Əş 55:7
Hizq. 14:7Ər 21:1, 2; Hz 33:31
Hizq. 14:8Lav 20:2, 3
Hizq. 14:91Pd 22:21, 22; Ər 4:10; 2Sk 2:10, 11
Hizq. 14:11Ər 24:7; Hz 11:19, 20
Hizq. 14:13Lav 26:26
Hizq. 14:13Əş 3:1; Ər 15:2
Hizq. 14:13Ər 7:20
Hizq. 14:14Yr 6:8, 9; İb 11:7
Hizq. 14:14Dn 10:11
Hizq. 14:14Əy 1:8; 42:8
Hizq. 14:14Ms 11:4; Ər 15:1; 2Bt 2:9
Hizq. 14:15Lav 26:22; Ər 15:3
Hizq. 14:17Lav 26:25; Ər 25:9; Hz 21:3
Hizq. 14:17Sf 1:3
Hizq. 14:19Qn 28:21, 22
Hizq. 14:20Yr 7:1
Hizq. 14:20Dn 10:11
Hizq. 14:20Əy 1:8; 42:8
Hizq. 14:20Hz 18:20; Sf 2:3
Hizq. 14:21Ər 32:43
Hizq. 14:21Ər 15:2
Hizq. 14:21Hz 5:17; 33:27
Hizq. 14:22Qn 4:31; 2Sm 36:20; Hz 6:8; Mi 5:7
Hizq. 14:23Nə 9:33; Ər 22:8, 9; Hz 9:9; Dn 9:7
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
Müqəddəs Kitab
Hizqiyal 14:1—23

Hizqiyal

14 İsrail ağsaqqallarından bir neçəsi gəlib qarşımda oturdu.+ 2 Bu vaxt mənə Yehovanın sözü nazil oldu: 3 «Ey bəni-adəm, bu adamlar öz iyrənc bütlərindən əl çəkən deyillər. Onlar camaatı günaha batıran, büdrədən daş qoyublar. Nəyə görə onlara cavab verim?+ 4 Onlara de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Öz iyrənc bütlərindən əl çəkmək istəməyən və büdrədən daş qoyub camaatı günaha sürükləyən israilli gəlib peyğəmbərə sual etsə, Mən Yehova ona iyrənc bütlərinin çoxluğuna müvafiq cavab verəcəyəm. 5 İsrail əhlinin ürəyinə qorxu salacağam, çünki hamısı Məndən üz döndərib iyrənc bütlərinin dalınca gediblər”.+

6 Buna görə İsrail evinə de ki, Külli-İxtiyar Yehova belə deyir: “İyrənc bütlərinizi atıb geri dönün, murdar əməllərinizdən əl çəkin.+ 7 Əgər hansısa israilli, yaxud İsraildə yaşayan yadelli Məndən uzaqlaşıb iyrənc bütlərə bağlansa və camaatı günaha batıran, büdrədən daş qoysa, sonra da gəlib Mənim peyğəmbərimə müraciət etsə,+ onun cavabını Mən Yehova verəcəyəm, şəxsən Özüm. 8 Həmin adamdan üzüm dönəcək. Onu hamıya ibrət dərsi edəcəyəm, dillərdə zərbi-məsəl olacaq, xalqımın içindən yox edəcəyəm.+ Onda biləcəklər ki, Mən Yehovayam”.

9 “Ancaq peyğəmbər aldanıb cavab verərsə, deməli, həmin peyğəmbəri azdıran Mən Yehovayam.+ Əlimi ona qarşı qaldırıb onu xalqım İsrailin arasından yox edəcəyəm. 10 Onlar öz günahlarının altını çəkəcəklər. Peyğəmbərin yanına gələn də, peyğəmbər də eyni dərəcədə günahkar sayılacaq. 11 Bu, ondan ötrüdür ki, İsrail əhli bir də Mənim yolumdan sapmasın və günah işlərlə özünü ləkələməsin. O zaman onlar Mənim xalqım olacaq, Mən də onların Allahı”.+ Külli-İxtiyar Yehova belə bəyan edir».

12 Mənə yenə Yehovanın sözü nazil oldu: 13 «Ey bəni-adəm, əgər hansısa ölkə xəyanət edib Mənə qarşı günah etsə, əlimi ona qarşı qaldırıb ərzaq ehtiyatını məhv edəcəyəm,+ üstünə aclıq göndərəcəyəm.+ Ölkədə nə bir adam qalacaq, nə də bir heyvan.+ 14 “Hətta bu üç nəfər — Nuh+, Dənyal+ və Əyyub+ da orada olsaydı, onlar salehlikləri sayəsində yalnız öz canlarını qurtara bilərdilər”,+ — Külli-İxtiyar Yehova belə bəyan edir.

15 “Yaxud ölkəyə yırtıcı heyvanlar göndərsəydim, onlar ölkənin adamlarını qırsaydılar və ölkə heyvanların qorxusundan insanların ayaq basmadığı xarabalığa çevrilsəydi,+ — 16 Külli-İxtiyar Yehova bəyan edir, — varlığıma and olsun, hətta o üç nəfər belə, orada olsaydı, onlar nə oğullarını, nə də qızlarını xilas edə bilməzdilər. Yalnız öz canlarını qurtarardılar. Ölkə isə boş qalardı”.

17 “Yaxud ölkənin üstünə qılınc göndərib+ “qoy qılınc ölkəni tar-mar etsin” desəydim, oradan adamların da, heyvanların da kökünü kəssəydim,+ — 18 Külli-İxtiyar Yehova bəyan edir, — varlığıma and olsun, hətta bu üç nəfər belə, orada olsaydı, onlar nə oğullarını, nə də qızlarını xilas edə bilməzdilər. Yalnız öz canlarını qurtarardılar”.

19 “Yaxud həmin ölkəyə xəstəlik göndərsəydim,+ qəzəbimi üstlərinə töküb onları qanlarına qəltan eləsəydim, oradan insanların da, heyvanların da kökünü kəssəydim, — 20 Külli-İxtiyar Yehova bəyan edir, — varlığıma and olsun, hətta Nuh+, Dənyal+ və Əyyub+ da orada olsaydı, onlar nə oğullarını, nə də qızlarını xilas edə bilməzdilər. Salehlikləri sayəsində yalnız öz canlarını qurtarardılar”.+

21 Külli-İxtiyar Yehova belə bəyan edir: “Adamların və heyvanların kökünü kəsmək üçün+ Yerusəlimə bu dörd cəzanı+ — qılıncı, aclığı, yırtıcı heyvanları və xəstəlikləri+ göndərəndə məhz belə olacaq. 22 Lakin oğul-qızlarınızdan bəziləri sağ qalacaq və oradan çıxarılacaq.+ Onlar yanınıza gələcəklər. Siz onların hərəkətlərini, əməllərini görəndə Yerusəlimin müsibətinə, onun başına gətirdiyim bəlalara görə toxtaqlıq tapacaqsınız”.

23 “Onların hərəkətlərini, əməllərini görəndə toxtaqlıq tapacaqsınız və biləcəksiniz ki, Mən bu şeyləri onun başına səbəbsiz yerə gətirməmişəm”.+ Külli-İxtiyar Yehova belə bəyan edir».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş