Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 1 Korinflilərə 14
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

1 Korinflilərə məktubun məzmunu

      • Peyğəmbərlik etmək və başqa dillərdə danışmaq ənamları (1—25)

      • Yığıncaqda nizam-intizam (26—40)

        • Yığıncaqda qadınların yeri (34, 35)

1 Korinflilərə 14:1

Çarpaz istinadlar

  • +1Sk 5:20

1 Korinflilərə 14:2

Çarpaz istinadlar

  • +1Kr 14:5
  • +1Kr 13:2

1 Korinflilərə 14:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/10/2010 s. 24—25

1 Korinflilərə 14:5

Çarpaz istinadlar

  • +1Kr 12:30
  • +Yl 2:28; Hv 2:17; 21:8, 9

1 Korinflilərə 14:6

Çarpaz istinadlar

  • +Qt 1:11, 12; 2:2
  • +1Kr 12:8

1 Korinflilərə 14:8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/12/2015 s. 21

1 Korinflilərə 14:9

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/12/2015 s. 21

1 Korinflilərə 14:12

Çarpaz istinadlar

  • +1Kr 12:7; 14:4, 26

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/5/2007 s. 12

1 Korinflilərə 14:13

Çarpaz istinadlar

  • +1Kr 12:8, 10; 14:5

1 Korinflilərə 14:19

Haşiyələr

  • *

    Yaxud başa düşülən.

Çarpaz istinadlar

  • +1Kr 14:4

1 Korinflilərə 14:20

Çarpaz istinadlar

  • +Ef 4:14
  • +İb 5:13, 14
  • +Rm 16:19

1 Korinflilərə 14:21

Haşiyələr

  • *

    Lüğətə bax.

Çarpaz istinadlar

  • +Əş 28:11, 12

1 Korinflilərə 14:22

Çarpaz istinadlar

  • +Hv 2:4, 13

1 Korinflilərə 14:25

Çarpaz istinadlar

  • +Əş 45:14; Zk 8:23

1 Korinflilərə 14:26

Çarpaz istinadlar

  • +1Kr 12:8, 10

1 Korinflilərə 14:27

Çarpaz istinadlar

  • +1Kr 14:5

1 Korinflilərə 14:29

Çarpaz istinadlar

  • +Hv 13:1

1 Korinflilərə 14:31

Çarpaz istinadlar

  • +İb 10:24, 25

1 Korinflilərə 14:33

Çarpaz istinadlar

  • +1Kr 14:40; Kl 2:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 20

    «Allahın Padşahlığı», s. 120

1 Korinflilərə 14:34

Çarpaz istinadlar

  • +1Tm 2:11, 12
  • +1Kr 11:3; Ef 5:22; Kl 3:18; Tt 2:5; 1Bt 3:1

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (broşürlər),

    1/9/2012

1 Korinflilərə 14:38

Haşiyələr

  • *

    Digər variant: bunları başa düşməyən başa düşməyəcək.

1 Korinflilərə 14:39

Çarpaz istinadlar

  • +1Sk 5:20
  • +1Kr 14:27

1 Korinflilərə 14:40

Çarpaz istinadlar

  • +1Kr 14:33; Kl 2:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 54

    «Oyanın!»,

    № 1, 2020 s. 10

    «Allahın məhəbbətindən ayrılmayın», s. 49

Digər

1 Kor. 14:11Sk 5:20
1 Kor. 14:21Kr 14:5
1 Kor. 14:21Kr 13:2
1 Kor. 14:51Kr 12:30
1 Kor. 14:5Yl 2:28; Hv 2:17; 21:8, 9
1 Kor. 14:6Qt 1:11, 12; 2:2
1 Kor. 14:61Kr 12:8
1 Kor. 14:121Kr 12:7; 14:4, 26
1 Kor. 14:131Kr 12:8, 10; 14:5
1 Kor. 14:191Kr 14:4
1 Kor. 14:20Ef 4:14
1 Kor. 14:20İb 5:13, 14
1 Kor. 14:20Rm 16:19
1 Kor. 14:21Əş 28:11, 12
1 Kor. 14:22Hv 2:4, 13
1 Kor. 14:25Əş 45:14; Zk 8:23
1 Kor. 14:261Kr 12:8, 10
1 Kor. 14:271Kr 14:5
1 Kor. 14:29Hv 13:1
1 Kor. 14:31İb 10:24, 25
1 Kor. 14:331Kr 14:40; Kl 2:5
1 Kor. 14:341Tm 2:11, 12
1 Kor. 14:341Kr 11:3; Ef 5:22; Kl 3:18; Tt 2:5; 1Bt 3:1
1 Kor. 14:391Sk 5:20
1 Kor. 14:391Kr 14:27
1 Kor. 14:401Kr 14:33; Kl 2:5
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
Müqəddəs Kitab
1 Korinflilərə 14:1—40

Korinflilərə birinci məktub

14 Var gücünüzlə məhəbbətə can atın. Ruhani ənamlara da can atın, xüsusən də peyğəmbərlik ənamına.+ 2 Müxtəlif dillərdə danışmaq ənamı+ olan adam insanlarla yox, Allahla danışır, çünki o, müqəddəs ruh vasitəsilə müqəddəs sirləri+ bəyan edir, amma dediyini heç kəs başa düşmür. 3 Peyğəmbərlik edən isə öz sözləri ilə başqalarının imanını möhkəmləndirir, ruhlandırır və onlara təsəlli verir. 4 Başqa dildə danışan təkcə özünün, peyğəmbərlik edən isə yığıncağın imanını möhkəmləndirir. 5 Çox istərdim ki, siz hamınız müxtəlif dillərdə danışasınız,+ ancaq peyğəmbərlik etsəniz,+ daha yaxşı olar. Bəli, başqa dildə danışan yığıncağın imanının möhkəmlənməsi üçün dediklərini tərcümə etmirsə, peyğəmbərlik edən ondan üstündür. 6 Qardaşlar, mən gəlib sizinlə başqa dildə danışsam, amma vəhy +, bilik, peyğəmbərliklə danışmasam, yaxud sizə bir şey öyrətməsəm,+ bunun sizə bir faydası dəyər?

7 Cansız əşyalar da, misal üçün, ney də, çəng də səs çıxarır. Ancaq ney, çəng fərqli səsləri aydın çıxarmasa, onlarda hansı havanın çalındığını kim biləcək? 8 Doğrudan da, kərənay aydın səs çıxarmasa, kim döyüşə hazırlaşacaq? 9 Eynilə də, sizin sözləriniz aydın deyilsə, dediklərinizi kim başa düşəcək? Onda boş-boşuna danışacaqsınız. 10 Dünyada fərqli-fərqli dillər var, hamısı da başa düşülür. 11 Əgər mən deyilən sözün mənasını başa düşmürəmsə, onda mən də, danışan da bir-birimiz üçün əcnəbi oluruq. 12 Eləcə də siz. Madam ki siz ruhun ənamlarını almağa can atırsınız, onda çalışın yığıncağın imanını möhkəmləndirən ənamlar sizdə bol olsun.+

13 Buna görə də başqa dildə danışan adam qoy dua etsin ki, öz dediklərini tərcümə edə bilsin.+ 14 Əgər mən başqa dildə dua edirəmsə, əslində, bunu müqəddəs ruhun verdiyi ənam vasitəsilə edirəm, ağlım isə bikar qalır. 15 Bəs onda nə edim? Həm müqəddəs ruhun ənamı ilə, həm də öz ağlımla dua edəcəyəm. Həm ruhun ənamı ilə, həm də öz ağlımla mədh nəğmələri oxuyacağam. 16 Ancaq sən Allahı ruhun ənamı ilə tərif edirsənsə, aranızda olan adi adam sənin etdiyin şükrə necə «amin» desin, axı o, sənin dediyini başa düşmür? 17 Düzdür, Allaha yaxşı şükür edirsən, di gəl bunun o adama xeyri dəymir. 18 Allaha şükür olsun, mən sizin hamınızdan çox dildə danışıram. 19 Ancaq yığıncaq arasında başqa dildə min söz deməkdənsə, öz ağlımla* iki kəlmə söz deyərəm ki, insanlar bir şey öyrənsin.+

20 Qardaşlar, əqlən uşaq olmayın,+ yetkin olun.+ Pisliyə qarşı isə körpə olun.+ 21 Tövratda* yazılıb: «Yehova belə deyir: “Mən bu adamlarla yadellilərin dili ilə, yadların ağzı ilə danışacağam, ancaq onda da bu xalq Məni eşitmək istəməyəcək”».+ 22 Buna görə də müxtəlif dillərdə danışmaq ənamı imanlılar üçün yox, imansızlar üçün rəmzdir,+ peyğəmbərliklər isə imansızlar üçün yox, imanlılar üçündür. 23 Beləliklə, bütün yığıncaq bir yerə yığışan vaxt hamı müxtəlif dillərdə danışsa və bu zaman adi adamlar, yaxud imansız adamlar gəlsə, onlar nə fikirləşər? Deməzlər ki, bunların başına hava gəlib? 24 Ancaq hamınız peyğəmbərlik etsəniz və bu zaman imansız, yaxud adi adam gəlsə, sizin dedikləriniz sayəsində o, öz səhvini görəcək və özünü yoxlamağa təşviq olunacaq. 25 Ürəyindəki bütün sirlər özünə bəlli olacaq və o, üzüstə düşüb Allaha səcdə qılaraq: «Həqiqətən də, Allah sizinlədir»,+ — deyəcək.

26 Qardaşlar, bəs onda nə edək? Siz bir yerə yığışanda kimsə məzmur deyir, kimsə öyrədir, kimsə aldığı vəhyi söyləyir, kimsə başqa dildə danışır, kimsə də tərcümə edir.+ Elə edin ki, hər şey yığıncağın imanının möhkəmlənməsinə xidmət etsin. 27 Başqa dildə danışanların sayı iki, uzaqbaşı üç olsun. Qoy onlar növbə ilə danışsınlar və kimsə deyilənləri tərcümə etsin.+ 28 Əgər tərcüməçi yoxdursa, qoy başqa dildə danışan adam yığıncaqda sussun, ürəyində Allahla danışsın. 29 Həmçinin qoy peyğəmbərlərdən+ ikisi və ya üçü danışsın, qalanları isə deyilənlərin məğzinə varsın. 30 Amma oturanlardan birinə vəhy gəlsə, qoy həmin vaxt danışan sussun. 31 Siz hamınız peyğəmbərlik edə bilərsiniz, amma bir-bir danışın ki, hamı ruhlansın+ və nə isə öyrənə bilsin. 32 Peyğəmbərlər ruhun ənamlarından necə istifadə etdiklərinə nəzarət etsinlər. 33 Çünki Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir.+

Müqəddəslərin bütün yığıncaqlarında olduğu kimi, 34 qoy qadınlar yığıncaqda sussun, onlara danışmağa icazə verilmir.+ Tövratda deyildiyi kimi, qoy qadınlar kişilərin itaəti altında olsunlar.+ 35 Bir şey öyrənmək istəsələr, qoy evdə ərlərindən soruşsunlar, çünki qadına yığıncaqda danışmaq ayıbdır.

36 Məgər Allahın sözü sizdən çıxıb, yoxsa yalnız sizə çatıb?

37 Əgər kimsə özünü peyğəmbər, yaxud müqəddəs ruhun ənamına sahib olmuş adam sanırsa, onda qoy sizə yazdıqlarımın Ağanın əmri olduğunu qəbul etsin. 38 Bunlara məhəl qoymayana məhəl qoyulmayacaq*. 39 Beləliklə, qardaşlar, peyğəmbərlik etməyə can atın,+ eyni zamanda müxtəlif dillərdə danışmağı qadağan etməyin.+ 40 Ancaq qoy hər şey ədəb-ərkanla və nizamla olsun.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş