Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Saylar 5
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Sayların məzmunu

      • Murdar adam təcrid olunmalıdır (1—4)

      • Günahın etirafı və əvəzinin ödənməsi (5—10)

      • Zinada şübhəli bilinən qadının su ilə yoxlanması (11—31)

Saylar 5:2

Çarpaz istinadlar

  • +Lav 13:45, 46
  • +Lav 15:2
  • +Lav 22:4; Sy 19:11

Saylar 5:3

Çarpaz istinadlar

  • +Çx 25:8; Lav 26:11; Sy 19:22

Saylar 5:6

Çarpaz istinadlar

  • +Lav 5:1, 17

Saylar 5:7

Çarpaz istinadlar

  • +Lav 5:5; Yş 7:19; Yq 5:16
  • +Lav 6:4, 5

Saylar 5:8

Çarpaz istinadlar

  • +Lav 5:16; 6:6, 7; 7:7

Saylar 5:9

Çarpaz istinadlar

  • +Lav 6:14, 17; 7:1, 6; 10:12, 13
  • +Çx 29:27, 28; Sy 18:8; Qn 18:3; Hz 44:29; 1Kr 9:13

Saylar 5:13

Çarpaz istinadlar

  • +Lav 18:20; Qn 5:18

Saylar 5:15

Haşiyələr

  • *

    Efa 22 litrlik qabın tutumuna bə­rabərdir. B14 əlavəsinə bax.

Saylar 5:16

Çarpaz istinadlar

  • +Ər 17:10; İb 13:4

Saylar 5:18

Çarpaz istinadlar

  • +Sy 5:15, 25
  • +Sy 5:22, 24

Saylar 5:19

Çarpaz istinadlar

  • +Rm 7:2

Saylar 5:20

Çarpaz istinadlar

  • +Lav 18:20; 1Kr 6:9, 10

Saylar 5:21

Haşiyələr

  • *

    Hərfən: ombanı. Görünür, nəsilartırma orqanları nəzərdə tutulur.

Saylar 5:25

Çarpaz istinadlar

  • +Sy 5:15

Saylar 5:26

Çarpaz istinadlar

  • +Lav 2:9

Saylar 5:27

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/10/2004 s. 29

Saylar 5:29

Çarpaz istinadlar

  • +Sy 5:14, 15

Digər

Say. 5:2Lav 13:45, 46
Say. 5:2Lav 15:2
Say. 5:2Lav 22:4; Sy 19:11
Say. 5:3Çx 25:8; Lav 26:11; Sy 19:22
Say. 5:6Lav 5:1, 17
Say. 5:7Lav 5:5; Yş 7:19; Yq 5:16
Say. 5:7Lav 6:4, 5
Say. 5:8Lav 5:16; 6:6, 7; 7:7
Say. 5:9Lav 6:14, 17; 7:1, 6; 10:12, 13
Say. 5:9Çx 29:27, 28; Sy 18:8; Qn 18:3; Hz 44:29; 1Kr 9:13
Say. 5:13Lav 18:20; Qn 5:18
Say. 5:16Ər 17:10; İb 13:4
Say. 5:18Sy 5:15, 25
Say. 5:18Sy 5:22, 24
Say. 5:19Rm 7:2
Say. 5:20Lav 18:20; 1Kr 6:9, 10
Say. 5:25Sy 5:15
Say. 5:26Lav 2:9
Say. 5:29Sy 5:14, 15
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
Müqəddəs Kitab
Saylar 5:1—31

Saylar

5 Yehova Musa ilə danışıb ona belə dedi: 2 «İsraillilərə əmr et, qoy cüzamlı+, bədənindən ifrazat axan+ və ölüyə toxunub murdarlanan hər kəsi düşərgədən kənara çıxarsınlar.+ 3 İstər kişi olsun, istərsə də qadın, hər kəsi düşərgədən kənara çıxarın ki, məskən saldığım düşərgəni murdarlamasınlar».+ 4 İsraillilər əmrə tabe olub belələrini düşərgədən kənara çıxardılar. Yehova Musaya necə əmr etmişdisə, israillilər elə də etdilər.

5 Yehova sözünə davam edib Musaya dedi: 6 «İsraillilərə belə söylə: “Əgər hansısa kişi və ya qadın bəşəri günahlardan birini edib Yehovaya xəyanət edərsə, həmin adam günahkardır.+ 7 Belə adam günahını etiraf etməli,+ günahının qarşılığı olaraq tələb olunan dəyəri, üstünə beşdə birini də əlavə edərək, tamlığı ilə ödəməlidir.+ Dəyəri zərər vurduğu adama verməlidir. 8 Lakin zərərçəkən ölübsə və onun yaxın qohumu yoxdursa, onda günahın qarşılığı olan dəyər Yehovaya verilməlidir. Bu dəyər, eləcə də kahinin günahkar üçün təqdim etdiyi kəffarə qoçu kahinin olacaq.+

9 İsraillilərin kahinə təqdim etdiyi müqəddəs bəxşişlər+ kahinin olacaq.+ 10 Hər kəsin gətirdiyi müqəddəs şeylər onun olacaq. Kim kahinə nə versə, həmin şey kahinə məxsus olacaq”».

11 Yehova yenə Musaya dedi: 12 «İsraillilərə belə söylə: “Kiminsə arvadı yolunu azar, ərinə xəyanət edib 13 başqa kişi ilə yaxınlıq edər,+ ancaq o, bundan xəbər tutmaz və işin üstü açılmazsa, qadın özünü ləkələsə də, heç kim buna şahid olmaz və o, günah üstə tutulmazsa, 14 amma ləkələnən qadının ərində qısqanclıq baş qaldırar və o, arvadının sədaqətinə şübhə etməyə başlayarsa, yaxud da ola bilsin, özünü ləkələməyən qadının ərində qısqanclıq baş qaldırar və o, arvadının sədaqətinə şübhə etməyə başlayarsa, 15 onda kişi arvadını kahinin yanına gətirməlidir. Həmçinin onun üçün efanın* onda biri qədər arpa unu təqdimə olaraq gətirməlidir. Unun üstünə nə yağ tökməlidir, nə də kündür qoymalıdır, çünki bu, qısqanclıq təqdiməsi, günahı yada salan taxıl təqdiməsidir.

16 Kahin qadını Yehovanın önünə gətirməlidir.+ 17 Sonra saxsı qabla müqəddəs sudan götürməli, içinə bir qədər Müqəddəs çadırın döşəməsindəki torpaqdan tökməlidir. 18 Kahin qadını Yehovanın önünə gətirməli, saçlarını açmalı, xatırlatma üçün olan taxıl təqdiməsini və qısqanclıq təqdiməsini onun ovuclarına qoymalıdır.+ Kahinin əlində lənət gətirən acı su olacaq.+

19 Sonra kahin ona and içdirməli və deməlidir: “Əgər sən ərdə olduğun müddətdə başqa kişi ilə yaxınlıq etməmisənsə,+ yolunu azıb ləkələnməmisənsə, qoy lənət gətirən bu acı sudan sənə zərər dəyməsin. 20 Yox əgər, doğrudan da, ərin ola-ola yolunu azıb ləkələnmisənsə, ərindən başqa kiminləsə yaxınlıq etmisənsə...”+ 21 Sonra kahinin əmri ilə qadın and içsin ki, əgər, doğrudan, da bu işi tutubsa, qoy ona lənət olsun. Kahin qadına belə desin: “Qoy Yehovanın hökmü ilə xalqın içində sənin adınla lənət oxunub and içilsin. Əgər sən bu işi tutmusansa, qoy Yehova bətnini* qurutsun və qarnını şişirtsin. 22 Lənət gətirən bu su bağırsaqlarına dolub qarnını şişirtsin və bətnini qurutsun”. Qadın isə “amin, amin” deyə cavab versin.

23 Kahin bu lənət sözlərini kitaba yazsın və kitabı acı suya salıb yazını yuyub silsin. 24 Sonra lənət gətirən suyu qadına içirtsin. Su qadının içinə dolub ona ağrı verəcək. 25 Kahin qısqanclıq təqdiməsini qadının əlindən alıb Yehovanın önündə yellətsin və qurbangahın yanına gətirsin.+ 26 Kahin taxıl təqdiməsindən xatirə təqdiməsi olaraq ovucdolusu götürüb qurbangahda yandırsın,+ sonra isə suyu qadına içirtsin. 27 Əgər qadın ləkələnibsə və ərinə xəyanət edibsə, lənət gətirən suyu içəndə su onun içinə dolub, ona ağrı verəcək, qarnı şişəcək və onun bətni quruyacaq. Bundan sonra xalq onun adı ilə lənət oxuyacaq. 28 Yox əgər qadın ləkələnməyibsə, təmizdirsə, onda cəza ondan yan keçəcək. O hamilə qalıb uşaq doğa biləcək.

29 Qısqanclıq halları ilə bağlı qanun budur.+ Qadının əri ola-ola yolunu azıb ləkələndiyi zaman, 30 yaxud ərdə qısqanclıq baş qaldırıb arvadının sədaqətinə şübhə etdiyi vaxt bu qanunla hərəkət edilməlidir; ər arvadını Yehovanın önünə gətirməli və kahin onunla bu qanuna əsasən davranmalıdır. 31 Kişinin boynuna heç bir günah yazılmayacaq, qadın isə günahına görə cavab verməli olacaq”».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş