Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 2 İşmuil 7
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

2 İşmuilin məzmunu

      • Məbədi Davud tikməyəcək (1—7)

      • Yehova Davudla əhd bağlayır (8—17)

      • Davudun şükran duası (18—29)

2 İşmuil 7:1

Çarpaz istinadlar

  • +1Sm 17:1

2 İşmuil 7:2

Çarpaz istinadlar

  • +2İş 12:1; 1Sm 29:29
  • +2İş 5:11
  • +2İş 6:17

2 İşmuil 7:3

Çarpaz istinadlar

  • +1Pd 8:17; 1Sm 17:2; 22:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2012 s. 24—25

2 İşmuil 7:5

Çarpaz istinadlar

  • +1Pd 5:3; 8:17—19; 1Sm 17:4—6; 22:7, 8

2 İşmuil 7:6

Çarpaz istinadlar

  • +Yş 18:1
  • +Çx 40:18, 34

2 İşmuil 7:8

Çarpaz istinadlar

  • +1İş 16:11
  • +2İş 5:2; 1Sm 17:7—10; 28:4; Zb 78:70, 71

2 İşmuil 7:9

Çarpaz istinadlar

  • +1İş 18:14; 2İş 5:10
  • +2İş 22:1; Zb 18:37
  • +1Sm 14:2, 17

2 İşmuil 7:10

Çarpaz istinadlar

  • +Hk 2:14; Zb 89:20, 22

2 İşmuil 7:11

Çarpaz istinadlar

  • +Hk 2:16
  • +Qn 25:19
  • +1Pd 2:24; Zb 89:4

2 İşmuil 7:12

Haşiyələr

  • *

    Hərfən: toxumunu.

Çarpaz istinadlar

  • +1Pd 2:1
  • +Yr 49:10; 1Pd 8:20; 1Sm 17:11—14; Zb 132:11; Əş 9:7; 11:1; Mt 21:9; 22:42; Lk 1:32, 33; Yh 7:42; Hv 2:30

2 İşmuil 7:13

Çarpaz istinadlar

  • +1Pd 5:5; 6:12; Zk 6:12, 13
  • +1Pd 1:37; 1Sm 22:10; 28:7; Zb 89:4, 36

2 İşmuil 7:14

Haşiyələr

  • *

    Digər variant: Adəm.

Çarpaz istinadlar

  • +1Sm 28:6; Mt 3:17; İb 1:5
  • +Zb 89:30, 32; Ər 52:3

2 İşmuil 7:15

Çarpaz istinadlar

  • +1İş 15:23, 26

2 İşmuil 7:16

Çarpaz istinadlar

  • +Zb 45:6; 89:36; Dn 2:44; İb 1:8; Vh 11:15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/4/2010 s. 20

2 İşmuil 7:17

Çarpaz istinadlar

  • +1Sm 17:15

2 İşmuil 7:18

Çarpaz istinadlar

  • +1Sm 17:16—22

2 İşmuil 7:20

Çarpaz istinadlar

  • +1İş 16:7; Zb 17:3

2 İşmuil 7:21

Çarpaz istinadlar

  • +Zb 25:14

2 İşmuil 7:22

Çarpaz istinadlar

  • +Qn 3:24; 1Sm 16:25
  • +Çx 15:11; Zb 83:18
  • +Qn 4:35

2 İşmuil 7:23

Çarpaz istinadlar

  • +Qn 4:7; Zb 147:19, 20
  • +Çx 3:8; 19:5; Əş 63:9
  • +Qn 10:21
  • +Çx 9:16

2 İşmuil 7:24

Çarpaz istinadlar

  • +Qn 26:18
  • +Çx 15:2

2 İşmuil 7:25

Çarpaz istinadlar

  • +1Sm 17:23—27; Zb 89:20, 28

2 İşmuil 7:26

Çarpaz istinadlar

  • +1Sm 29:11; Zb 72:19; Mt 6:9; Yh 12:28
  • +Əş 9:7; Ər 33:22

2 İşmuil 7:27

Çarpaz istinadlar

  • +2İş 7:11

2 İşmuil 7:28

Çarpaz istinadlar

  • +Sy 23:19; Zb 89:35; 132:11; Yh 17:17

2 İşmuil 7:29

Çarpaz istinadlar

  • +Zb 89:20, 36; 132:12
  • +2İş 22:51; Zb 72:17

Digər

2 İşm. 7:11Sm 17:1
2 İşm. 7:22İş 12:1; 1Sm 29:29
2 İşm. 7:22İş 5:11
2 İşm. 7:22İş 6:17
2 İşm. 7:31Pd 8:17; 1Sm 17:2; 22:7
2 İşm. 7:51Pd 5:3; 8:17—19; 1Sm 17:4—6; 22:7, 8
2 İşm. 7:6Yş 18:1
2 İşm. 7:6Çx 40:18, 34
2 İşm. 7:81İş 16:11
2 İşm. 7:82İş 5:2; 1Sm 17:7—10; 28:4; Zb 78:70, 71
2 İşm. 7:91İş 18:14; 2İş 5:10
2 İşm. 7:92İş 22:1; Zb 18:37
2 İşm. 7:91Sm 14:2, 17
2 İşm. 7:10Hk 2:14; Zb 89:20, 22
2 İşm. 7:11Hk 2:16
2 İşm. 7:11Qn 25:19
2 İşm. 7:111Pd 2:24; Zb 89:4
2 İşm. 7:121Pd 2:1
2 İşm. 7:12Yr 49:10; 1Pd 8:20; 1Sm 17:11—14; Zb 132:11; Əş 9:7; 11:1; Mt 21:9; 22:42; Lk 1:32, 33; Yh 7:42; Hv 2:30
2 İşm. 7:131Pd 5:5; 6:12; Zk 6:12, 13
2 İşm. 7:131Pd 1:37; 1Sm 22:10; 28:7; Zb 89:4, 36
2 İşm. 7:141Sm 28:6; Mt 3:17; İb 1:5
2 İşm. 7:14Zb 89:30, 32; Ər 52:3
2 İşm. 7:151İş 15:23, 26
2 İşm. 7:16Zb 45:6; 89:36; Dn 2:44; İb 1:8; Vh 11:15
2 İşm. 7:171Sm 17:15
2 İşm. 7:181Sm 17:16—22
2 İşm. 7:201İş 16:7; Zb 17:3
2 İşm. 7:21Zb 25:14
2 İşm. 7:22Qn 3:24; 1Sm 16:25
2 İşm. 7:22Çx 15:11; Zb 83:18
2 İşm. 7:22Qn 4:35
2 İşm. 7:23Qn 4:7; Zb 147:19, 20
2 İşm. 7:23Çx 3:8; 19:5; Əş 63:9
2 İşm. 7:23Qn 10:21
2 İşm. 7:23Çx 9:16
2 İşm. 7:24Qn 26:18
2 İşm. 7:24Çx 15:2
2 İşm. 7:251Sm 17:23—27; Zb 89:20, 28
2 İşm. 7:261Sm 29:11; Zb 72:19; Mt 6:9; Yh 12:28
2 İşm. 7:26Əş 9:7; Ər 33:22
2 İşm. 7:272İş 7:11
2 İşm. 7:28Sy 23:19; Zb 89:35; 132:11; Yh 17:17
2 İşm. 7:29Zb 89:20, 36; 132:12
2 İşm. 7:292İş 22:51; Zb 72:17
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
Müqəddəs Kitab
2 İşmuil 7:1—29

İkinci işmuil

7 Padşah artıq öz evində məskunlaşdı+ və Yehova ona ətrafındakı bütün düşmənlərin əlindən rahatlıq verdi. 2 Onda o, Natan+ peyğəmbərə dedi: «Mən burada sidr ağacından olan+ evdə yaşayıram, Allahın sandığı isə çadırda qalır».+ 3 Natan padşaha dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Yehova səninlədir».+

4 Həmin gecə Yehovanın sözü Natana nazil oldu: 5 «Get qulum Davuda söylə ki, Yehova belə deyir: “Sən Mənə ev tikəcəksən ki, orada yaşayım?+ 6 İsraili Misirdən çıxartdığım gündən bəri Mən heç bir evdə qalmamışam.+ Ancaq çadırda+, alaçıqda oraya-buraya köçmüşəm. 7 İsraillə getdiyim bütün bu vaxt ərzində xalqımın üzərində çobanlıq etməyə qoyduğum qəbilə başçılarından hansı birinə bir dəfə də olsun “niyə Mənə sidr ağacından ev tikməmisiniz?” demişəm?” 8 Qulum Davuda söylə ki, ordular Allahı Yehova belə deyir: “Səni sürüləri otardığın otlaqlardan+ götürüb xalqım İsrailin başçısı qoymuşam.+ 9 Hara getsən, səninlə olacağam,+ düşmənlərini önündən yox edəcəyəm,+ sənin adını dünyadakı böyük adamların adı kimi böyük edəcəyəm.+ 10 Xalqım İsrail üçün bir yer təyin edib onu orada məskunlaşdıracağam. Onlar orada yaşayacaq və daha heç vaxt onları narahat edən olmayacaq, keçmişdə olduğu kimi zalımlar daha onları sıxışdırmayacaq.+ 11 Xalqım İsrail üzərində hakimlər qoyduğum+ günlərdən bəri olduğu kimi, bədxahlar daha onlara zülm etməyəcək. Səni bütün düşmənlərin əlindən qurtaracağam.+

Yehova həmçinin sənə demişdi ki, Yehova sənin sülaləni davamlı edəcək.+ 12 Ömrün tamam olub+ əcdadlarına qovuşmaq vaxtın çatanda səndən sonra sənin övladını*, oğlunu ortaya çıxaracağam, onun taxt-tacını bərqərar edəcəyəm.+ 13 Mənim adıma o, ev tikəcək.+ Mən də onun padşah taxtını əbədi bərqərar edəcəyəm.+ 14 Mən ona ata olacağam, o da Mənə oğul olacaq.+ Səhv edəndə onu insan dəyənəyi ilə, bəşər* övladının kötəyi ilə tərbiyə edəcəyəm.+ 15 Sənin qarşından götürdüyüm Talutdan lütfümü kəsdiyim kimi,+ ondan kəsməyəcəyəm. 16 Evin və səltənətin əbədiyyən asayişdə olacaq. Taxtın əbədi duracaq”».+

17 Natan bütün bu sözləri və vəhyi Davuda nəql etdi.+

18 Onda padşah Davud içəri girib Yehovanın önündə oturdu. O dedi: «Ey Külli-İxtiyar Yehova! Mən kiməm, əsil-nəcabətim kimdir ki, məni bu yerə gətirib çıxartmısan?+ 19 Ey Külli-İxtiyar Yehova, hələ üstəlik, quluna onun evinin uzaq gələcəyi barədə danışırsan. Ya Külli-İxtiyar Yehova, dediyin bu sözlər bütün bəşəriyyət üçün bir qanundur. 20 Bu qulun Davud Sənə nə deyə bilər, Sən ki məni yaxşı tanıyırsan,+ ya Külli-İxtiyar Yehova! 21 Sən bütün bu möhtəşəm işləri sözün xatirinə və ürəyinin niyyətinə görə etmisən, sonra onları quluna açmısan.+ 22 Doğrudan, Sən əzəmətlisən,+ ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur,+ Səndən başqa Allah yoxdur.+ Bütün eşitdiklərimiz buna sübutdur. 23 Dünyada xalqın İsrailə bənzər başqa xalq varmı?+ Ey Allah, onları Öz xalqın bilib azad etdin,+ onlardan ötrü əzəmətli, möhtəşəm işlər gördün,+ adını ucaltdın.+ Misirdən azad etdiyin ümmətin uğrunda xalqları, onların allahlarını qovdun. 24 İsraili həmişəlik Özünə xalq etdin.+ Ey Yehova, Özün də onların Allahı oldun.+

25 Ey Yehova Allah! Vəd etdiyin kimi et, qoy bu qulun və onun evi barədə verdiyin vəd həmişə gerçək olsun.+ 26 Qoy adın əbədilik ucalsın!+ Qoy hamı: “Ordular Allahı Yehova İsrailin Allahıdır!” — desin. Qoy qulun Davudun evi Sənin önündə möhkəm dursun.+ 27 Çünki Sən, ey İsrailin Allahı, ey ordular Allahı Yehova, quluna əyan elədin: “Sənin sülaləni bərqərar edəcəyəm”.+ Ona görə qulun Sənə bu duanı etməyə cəsarət tapdı. 28 Ey Külli-İxtiyar Yehova, Sən haqq Allahsan, sözlərin haqdır.+ Sən bu gözəl şeyləri quluna vəd etdin. 29 Qulunun evini mübarək qıl! Qoy o, əbədiyyən Sənin önündə dursun.+ Külli-İxtiyar Yehova, bunu Sən vəd etdin və qoy bu qulunun evi Sənin bəxşişlərinlə əbədi mübarək olsun!»+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş