Birinci İşmuil
27 Davud öz-özünə dedi: «Bir gün Talutun əlində öləcəyəm. Yaxşısı budur, Filişt məmləkətinə qaçım+. Onda Talut məni İsraildə axtarmaqdan+ bezər, mənim də canım onun əlindən qurtular». 2 Davud altı yüz adamı ilə+ qalxıb Cat padşahı Məuh oğlu Axışın yanına getdi.+ 3 Onun adamları da öz külfətlərilə bərabər Catda, Axışın yanında qaldı. Davudun hər iki arvadı, yizrailli Ahnaam+ və Nabalın dul qalmış arvadı karmelli Abiqayil+ onunla idi. 4 Davudun Cata qaçdığını Taluta xəbər verdilər. Talut daha onu axtarmadı.+
5 Davud Axışa dedi: «Əgər gözündə lütf tapmışamsa, qoy mənə kiçik şəhərlərdən birində yer versinlər, orada yaşayım. Nəyə görə bu qulun padşah şəhərində səninlə birgə yaşasın?» 6 Həmin gün Axış ona Sığlağı+ verdi. Buna görə də Sığlaq indiyədək Yəhuda padşahlarına məxsusdur.
7 Davud filiştlilərin məmləkətində bir il dörd ay qaldı.+ 8 Davud adamları ilə qəşurilərə+, gizrilərə, əmaliqələrə+ basqınlar edirdi. Onlar Təlamdan tutmuş Şura+ və aşağıda Misirə qədər olan ərazilərdə yaşayırdılar. 9 Davud hücum etdiyi yerlərdə heç kimi — nə kişiləri, nə də qadınları sağ buraxmırdı.+ Lakin qoyunları, malları, eşşəkləri, dəvələri və pal-paltarı götürür, sonra Axışın yanına qayıdırdı. 10 Axış: «Bu gün hara basqın etmişdiniz?» — deyə soruşanda Davud gah «Yəhudadan+ cənuba», gah «yarəhmiillərdən+ cənuba», gah da «qənilərdən+ cənuba» deyirdi. 11 Davud heç bir kişini, qadını sağ saxlamırdı, istəmirdi ki, onları Cata gətirsinlər. O deyirdi: «Qoy “Davud belə-belə etdi” deyib bizi ələ verməsinlər». (Filiştlilərin məmləkətində yaşadığı bütün vaxt ərzində o, belə edirdi.) 12 Beləcə, Davud Axışın etibarını qazandı. Axış öz-özünə deyirdi: «Davud öz xalqı İsrailin nifrətini qazanıb, daha həmişəlik mənim qulluğumda duracaq».