İkinci Salnamələr
16 Asanın hakimiyyətinin otuz altıncı ilində İsrail padşahı Başa+ Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gedib-gələnlərin qarşısını almaq üçün Ramanı+ möhkəmləndirməyə başladı.+ 2 Onda Asa Yehovanın evindəki və padşahın sarayındakı xəzinədən qızıl-gümüş götürüb+ Dəməşqdə yaşayan Aram padşahı Bənhədada+ göndərdi və dedi: 3 «Mənimlə sənin, mənim atamla sənin atan arasında saziş var. Mən sənə qızıl və gümüş göndərirəm. Gəl, İsrailin padşahı Başa ilə bağladığın sazişi poz. Qoy o, torpaqlarımdan çəkilsin».
4 Bənhədad Asa padşahın sözünü qəbul etdi və sərkərdələrini İsrail şəhərlərinin üstünə göndərdi. Onlar İyunu+, Danı+, Abil-Maimi və Niftalı şəhərlərindəki bütün anbarları darmadağın etdilər.+ 5 Başa bunları eşidən kimi Ramadakı tikintini dayandırdı. 6 Asa padşah bütün Yəhudanı səfərbər etdi. Onlar Başanın tikintidə istifadə etdiyi daşları,+ tirləri Ramadan+ daşıdılar. Asa padşah onlarla Gibanı+ və Mispahı+ möhkəmləndirdi.
7 Həmin vaxt görücü Hənani+ Yəhuda padşahı Asanın yanına gəlib dedi: «Sən Allahın Yehovaya yox, Aram padşahına arxalandığın üçün Aram padşahının ordusu sənin əlindən qurtuldu.+ 8 Məgər həbəşlərin, liviyalıların qoşunları az idi? Onların o qədər cəng arabaları, süvariləri var idi. Amma Yehova Ona arxalandığın üçün onları sənə təslim etdi.+ 9 Yehova bütün yer üzünü nəzərdən keçirir ki,+ sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin.+ Sən isə axmaqlıq etdin, bundan sonra həmişə müharibə içində olacaqsan».+
10 Bu sözlər Asaya toxundu. O, bərk qəzəbləndi və görücünü zindana saldı. O vaxt Asa başqalarına da zülm etməyə başladı. 11 Asanın ilk işlərindən son işlərinə qədər hamısı Yəhuda və İsrail padşahlarının kitabında yazılıb.+
12 Hakimiyyətinin otuz doqquzuncu ilində Asanın ayaqları xəstəliyə tutuldu. Get-gedə xəstəliyi şiddətləndi. Hətta xəstə halında da o, Yehovaya yox, təbiblərə üz tutdu. 13 Asa hakimiyyətinin qırx birinci ilində ölüb ata-babalarına qovuşdu.+ 14 Onu Davud şəhərində+ özü üçün düzəltdiyi möhtəşəm qəbirdə dəfn etdilər. Onu balzamla, müxtəlif yağlardan xüsusi hazırlanmış ətirlə dolu yatağa qoydular.+ Həmçinin onun şərəfinə misli görünməmiş miqdarda buxur yandırdılar.