Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 2 Salnamələr 18
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

2 Salnamələrin məzmunu

      • Yəhuşafat Əhəblə ittifaq bağlayır (1—11)

      • Mikay məğlubiyyət haqda peyğəmbərlik edir (12—27)

      • Əhəb Ramut-Giladda həlak olur (28—34)

2 Salnamələr 18:1

Çarpaz istinadlar

  • +2Sm 17:5
  • +1Pd 16:28, 33; 21:25

2 Salnamələr 18:2

Çarpaz istinadlar

  • +1Pd 22:2—4; 2Sm 19:2
  • +Qn 4:41—43; 1Sm 6:77, 80

2 Salnamələr 18:4

Çarpaz istinadlar

  • +2İş 2:1; 1Pd 22:5, 6

2 Salnamələr 18:6

Çarpaz istinadlar

  • +2Pd 3:11
  • +1Pd 22:7, 8

2 Salnamələr 18:7

Çarpaz istinadlar

  • +1Pd 18:4; 19:9, 10
  • +Ər 38:4

2 Salnamələr 18:8

Çarpaz istinadlar

  • +1Pd 22:9—12

2 Salnamələr 18:11

Çarpaz istinadlar

  • +Mi 3:5

2 Salnamələr 18:12

Çarpaz istinadlar

  • +Əş 30:9, 10
  • +1Pd 22:13—17

2 Salnamələr 18:13

Çarpaz istinadlar

  • +Ər 23:28; Hv 20:27

2 Salnamələr 18:16

Çarpaz istinadlar

  • +Lav 26:14, 17; Sy 27:16, 17

2 Salnamələr 18:17

Çarpaz istinadlar

  • +1Pd 22:18

2 Salnamələr 18:18

Çarpaz istinadlar

  • +Əş 6:1; Hz 1:26; Vh 20:11
  • +Əy 1:6; Dn 7:9, 10
  • +1Pd 22:19—23

2 Salnamələr 18:20

Haşiyələr

  • *

    Hərfən: ruh. Lüğətdə «ruh» sözünə bax.

Çarpaz istinadlar

  • +Zb 104:4

2 Salnamələr 18:22

Çarpaz istinadlar

  • +Əş 19:14; Hz 14:9

2 Salnamələr 18:23

Çarpaz istinadlar

  • +2Sm 18:10
  • +2Sm 18:7
  • +Ər 20:2; Mr 14:65
  • +1Pd 22:24—28

2 Salnamələr 18:26

Çarpaz istinadlar

  • +2Sm 16:10; Hv 5:18

2 Salnamələr 18:27

Çarpaz istinadlar

  • +Sy 16:29

2 Salnamələr 18:28

Çarpaz istinadlar

  • +Yş 20:8; 1Pd 22:29—33; 2Sm 18:2

2 Salnamələr 18:31

Çarpaz istinadlar

  • +Çx 14:10; 2Sm 13:14

2 Salnamələr 18:33

Çarpaz istinadlar

  • +1Pd 22:34, 35

2 Salnamələr 18:34

Çarpaz istinadlar

  • +2Sm 18:22

Digər

2 Saln. 18:12Sm 17:5
2 Saln. 18:11Pd 16:28, 33; 21:25
2 Saln. 18:21Pd 22:2—4; 2Sm 19:2
2 Saln. 18:2Qn 4:41—43; 1Sm 6:77, 80
2 Saln. 18:42İş 2:1; 1Pd 22:5, 6
2 Saln. 18:62Pd 3:11
2 Saln. 18:61Pd 22:7, 8
2 Saln. 18:71Pd 18:4; 19:9, 10
2 Saln. 18:7Ər 38:4
2 Saln. 18:81Pd 22:9—12
2 Saln. 18:11Mi 3:5
2 Saln. 18:12Əş 30:9, 10
2 Saln. 18:121Pd 22:13—17
2 Saln. 18:13Ər 23:28; Hv 20:27
2 Saln. 18:16Lav 26:14, 17; Sy 27:16, 17
2 Saln. 18:171Pd 22:18
2 Saln. 18:18Əş 6:1; Hz 1:26; Vh 20:11
2 Saln. 18:18Əy 1:6; Dn 7:9, 10
2 Saln. 18:181Pd 22:19—23
2 Saln. 18:20Zb 104:4
2 Saln. 18:22Əş 19:14; Hz 14:9
2 Saln. 18:232Sm 18:10
2 Saln. 18:232Sm 18:7
2 Saln. 18:23Ər 20:2; Mr 14:65
2 Saln. 18:231Pd 22:24—28
2 Saln. 18:262Sm 16:10; Hv 5:18
2 Saln. 18:27Sy 16:29
2 Saln. 18:28Yş 20:8; 1Pd 22:29—33; 2Sm 18:2
2 Saln. 18:31Çx 14:10; 2Sm 13:14
2 Saln. 18:331Pd 22:34, 35
2 Saln. 18:342Sm 18:22
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
Müqəddəs Kitab
2 Salnamələr 18:1—34

İkinci Salnamələr

18 Yəhuşafatın zəngin sərvəti, böyük şöhrəti var idi.+ Amma o, Əhəblə qohum oldu.+ 2 Bir neçə il sonra Yəhuşafat Səməriyyəyə Əhəbin yanına getdi.+ Əhəb Yəhuşafatla adamları üçün çoxlu qoyun-keçi, mal-qara qurban kəsdi. Sonra onu Ramut-Giladın+ üstünə yürüş etməyə təhrik etdi. 3 İsrail padşahı Əhəb Yəhuda padşahı Yəhuşafata dedi: «Mənimlə Ramut-Gilada gedərsən?» O cavab verdi: «Sən necə, mən də elə. Elə bil ki, mənim xalqım sənin xalqındır. Səninlə çiyin-çiyinə döyüşəcəyik».

4 Yəhuşafat İsrail padşahına dedi: «Gəl əvvəlcə görək Yehova nə deyir».+ 5 İsrail padşahı dörd yüzə qədər peyğəmbəri bir yerə yığıb onlardan soruşdu: «Ramut-Gilada qarşı yürüşə gedək, yoxsa yox?» Onlar dedilər: «Get, Allah oranı padşaha təslim edəcək».

6 Onda Yəhuşafat soruşdu: «Burada Yehovanın peyğəmbəri var?+ Gəl onun da vasitəsilə Allaha müraciət edək».+ 7 Onda İsrail padşahı Yəhuşafata dedi: «Yehovaya müraciət etmək üçün bir nəfər də var,+ Yimla oğlu Mikay. Amma ondan zəhləm gedir. O, heç vaxt mənim xeyrimə peyğəmbərlik etmir, ancaq pisliyimə edir».+ Yəhuşafat dedi: «Yox, padşah, belə demə».

8 İsrail padşahı saray məmurunu çağırıb dedi: «Tez Yimla oğlu Mikayı bura gətir».+ 9 Bu vaxt İsrail padşahı və Yəhuda padşahı Yəhuşafat əyinlərində şah libası Səməriyyə darvazasının ağzındakı xırmanda taxt qurub oturmuşdular. Bütün peyğəmbərlər onların qarşısında peyğəmbərlik edirdi. 10 Kənanah oğlu Sidqiyyə özü üçün dəmir buynuzlar düzəldib dedi: «Yehova belə deyir: “Aramiləri bunlarla vurub məhv edəcəksən”». 11 Başqa peyğəmbərlər də eyni cür peyğəmbərlik edirdilər: «Ramut-Gilada get, qələbə sənindir!+ Yehova oranı padşaha təslim edəcək».

12 Mikayı çağırmağa gedən qasid ona dedi: «Bura bax, bütün peyğəmbərlər bir ağızdan padşahın xeyrinə peyğəmbərlik edirlər. Qoy sənin də sözlərin onlarınkı ilə üst-üstə düşsün,+ padşahın xeyrinə danış».+ 13 Mikay dedi: «Yehovaya and olsun, Allahım mənə nə söyləyəcək, onu da deyəcəyəm».+ 14 Sonra o, padşahın hüzuruna gəldi. Padşah ondan soruşdu: «Mikay, Ramut-Gilada qarşı yürüşə gedək, yoxsa yox?» O dedi: «Get, qələbə sənindir! Onlar sizə təslim ediləcək». 15 Padşah ona dedi: «Səni neçə dəfə Yehovanın adına and verim ki, mənə həqiqəti deyəsən?» 16 Mikay dedi: «Mən israillilərin çobansız qoyunlar kimi+ dağlara səpələndiyini görürəm. Yehova dedi: “Onların ağası yoxdur, qoy hərə sağ-salamat evinə qayıtsın”».

17 İsrail padşahı Yəhuşafata dedi: «Mən sənə demədim, o, mənim xeyrimə peyğəmbərlik etməyəcək, pisliyimə edəcək?»+

18 Mikay sözünə davam etdi: «Yehovanın sözünü dinləyin. Mən Yehovanı taxtında oturan gördüm.+ Göylərin ordusu+ Onun sağında-solunda durmuşdu.+ 19 Yehova dedi: “Kim Əhəbi tovlayıb Ramut-Gilada göndərə bilər ki, orada ölsün?” Hərə bir şey dedi. 20 Axırda bir mələk*+ qabağa çıxıb Yehovanın hüzurunda durdu və dedi: “Mən tovlayaram”. Yehova soruşdu: “Necə?” 21 O dedi: “Mən gedib peyğəmbərlərin ağzına yalan sözlər qoyaram”. Allah dedi: “Sən onu tovlayacaqsan, səndə alınacaq. Get, dediyin kimi elə”. 22 İndi Yehova bütün bu peyğəmbərlərin dilinə yalan sözlər qoyub.+ Yehova sənin başına fəlakət gətirməyə fərman verib».

23 Kənanah oğlu Sidqiyyə+ Mikaya+ yaxınlaşıb onun üzünə şillə vurdu+ və dedi: «Görəsən, Yehovanın ruhu hansı yolla mənim yanımdan keçib səninlə danışdı?»+ 24 Mikay dedi: «İçəri otağa girib gizlənməyə yer axtaranda biləcəksən hansı yolla». 25 İsrail padşahı dedi: «Mikayı şəhər darğası Amunla şahzadə Yuəşin yanına aparın. 26 Onlara deyin ki, padşah belə buyurur: “Bu adamı zindana salın.+ Mən salamat qayıdana qədər ona qısım-qısım çörək və su verin”». 27 Onda Mikay: «Əgər sən sağ-salamat qayıtsan, deməli, mənimlə Yehova danışmayıb»,+ — dedi və sonra əlavə etdi: «Ay camaat, hamınız eşidin!»

28 İsrail padşahı və Yəhuda padşahı Yəhuşafat Ramut-Gilada getdilər.+ 29 İsrail padşahı Yəhuşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm. Sən isə şah libasını geyin». İsrail padşahı qiyafəsini dəyişdi və onlar döyüş meydanına atıldılar. 30 Aram padşahı cəng arabalarının başçılarına əmr etmişdi: «Baxın, heç kimlə döyüşmürsünüz, yalnız İsrail padşahı ilə döyüşürsünüz!» 31 Araba başçıları Yəhuşafatı görəndə dedilər: «Bu, İsrail padşahıdır». Onlar Yəhuşafata qarşı döyüşmək üçün ona tərəf döndülər. Bu zaman Yəhuşafat çığırıb kömək istədi+ və Yehova ona kömək etdi, aramiləri başqa istiqamətə yönəltdi. 32 Araba başçıları görəndə ki, bu, İsrail padşahı deyil, daha onu təqib etmədilər.

33 Bir nəfər nişan almadan ox atdı. Ox İsrail padşahının zirehinin tikişləri arasından keçib onu yaraladı. Padşah arabaçısına dedi: «Ağır yaralanmışam, dön məni meydandan çıxart».+ 34 Bütün günü şiddətli döyüş getdi. Padşahı axşama qədər üzü aramilərə tərəf arabada ayaq üstə saxladılar. Gün batanda o öldü.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş