Zəbur
3 Ağalar Ağasına şükür edin,
Məhəbbəti əbədidir.
6 Odur Yeri sular üzərində quran,+
Məhəbbəti əbədidir.
7 Odur səmadakı gur işıqları yaradan,+
Məhəbbəti əbədidir.
8 Odur gündüzü günəşin ixtiyarına verən,+
Məhəbbəti əbədidir.
9 Odur gecəni ayın, ulduzların ixtiyarına verən,+
Məhəbbəti əbədidir.
10 Odur Misirin ilkinlərini qıran,+
Məhəbbəti əbədidir.
11 Odur İsraili oradan çıxaran,+
Məhəbbəti əbədidir.
12 Onları güclü əli,+ qüvvətli qolu ilə çıxaran,
Məhəbbəti əbədidir.
13 Odur Qırmızı dənizi ikiyə ayıran,+
Məhəbbəti əbədidir.
14 İsraili dənizin dibi ilə aparan,+
Məhəbbəti əbədidir.
15 Fironla ordusunu Qırmızı dənizə atan,+
Məhəbbəti əbədidir.
16 Xalqını səhradan keçirib aparan,+
Məhəbbəti əbədidir.
17 Odur şanlı padşahları yerə vuran,+
Məhəbbəti əbədidir.
18 Odur qüdrətli padşahları qıran,
Məhəbbəti əbədidir.
19 Amorilərin padşahı Sihunu+ məhv edən,
Məhəbbəti əbədidir.
20 Başan padşahı Oqu+ məhv edən,
Məhəbbəti əbədidir.
21 Onların məmləkətini miras verən,+
Məhəbbəti əbədidir.
22 Qulu İsrailə miras verən,
Məhəbbəti əbədidir.
24 Bizi dəfələrlə düşməndən qurtaran,+
Məhəbbəti əbədidir.
25 Odur bütün canlılara ruzi verən,+
Məhəbbəti əbədidir.
26 Şükür edin göylərin Allahına,
Məhəbbəti əbədidir!