Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yaradılış 18
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Yaradılışın məzmunu

      • Üç mələk İbrahimin yanına gəlir (1—8)

      • Saranın oğlu olacağı vəd edilir; o gülür (9—15)

      • İbrahim Sədumdan ötrü xahiş edir (16—33)

Yaradılış 18:1

Çarpaz istinadlar

  • +Yr 16:7; Hk 13:21
  • +Yr 13:18; 14:13

Yaradılış 18:2

Çarpaz istinadlar

  • +Yr 19:1

Yaradılış 18:4

Çarpaz istinadlar

  • +Yr 19:2; 24:32

Yaradılış 18:6

Haşiyələr

  • *

    Hərfən: üç sea (təx. 10 kq). 1 sea 7,33 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

Yaradılış 18:8

Çarpaz istinadlar

  • +İb 13:2

Yaradılış 18:9

Çarpaz istinadlar

  • +Yr 17:15

Yaradılış 18:10

Çarpaz istinadlar

  • +Yr 17:21; 21:2; Rm 9:9

Yaradılış 18:11

Çarpaz istinadlar

  • +Yr 17:17
  • +Rm 4:19

Yaradılış 18:12

Çarpaz istinadlar

  • +İb 11:11; 1Bt 3:6

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (kütləvi),

    № 5, 2017 s. 14

Yaradılış 18:14

Çarpaz istinadlar

  • +Əş 40:29; Mt 19:26; Lk 1:36, 37

Yaradılış 18:16

Çarpaz istinadlar

  • +Yr 13:12

Yaradılış 18:17

Çarpaz istinadlar

  • +Zb 25:14; Am 3:7

Yaradılış 18:18

Çarpaz istinadlar

  • +Yr 12:1—3; Qt 3:14

Yaradılış 18:19

Çarpaz istinadlar

  • +Qn 4:9

Yaradılış 18:20

Çarpaz istinadlar

  • +2Bt 2:7, 8
  • +Yr 13:13; Yd 7

Yaradılış 18:21

Çarpaz istinadlar

  • +Yr 11:5; Çx 3:7, 8; Zb 14:2

Yaradılış 18:22

Çarpaz istinadlar

  • +Yr 31:11; 32:30

Yaradılış 18:23

Çarpaz istinadlar

  • +Sy 16:22

Yaradılış 18:25

Çarpaz istinadlar

  • +Zb 37:10, 11; Ms 29:16; Ml 3:18; Mt 13:49
  • +Qn 32:4
  • +Əy 34:12; Əş 33:22

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    4/2017 s. 18—19

    «Gözətçi qülləsi»,

    15/10/2010 s. 6

    15/4/2010 s. 14

    1/4/2009 s. 14

    1/8/2004 s. 4

    1/10/2003 s. 14—15

Yaradılış 18:28

Çarpaz istinadlar

  • +Sy 14:18; Zb 86:15

Yaradılış 18:30

Çarpaz istinadlar

  • +Çx 34:6

Yaradılış 18:33

Çarpaz istinadlar

  • +Yr 18:2, 22

Digər

Yar. 18:1Yr 16:7; Hk 13:21
Yar. 18:1Yr 13:18; 14:13
Yar. 18:2Yr 19:1
Yar. 18:4Yr 19:2; 24:32
Yar. 18:8İb 13:2
Yar. 18:9Yr 17:15
Yar. 18:10Yr 17:21; 21:2; Rm 9:9
Yar. 18:11Yr 17:17
Yar. 18:11Rm 4:19
Yar. 18:12İb 11:11; 1Bt 3:6
Yar. 18:14Əş 40:29; Mt 19:26; Lk 1:36, 37
Yar. 18:16Yr 13:12
Yar. 18:17Zb 25:14; Am 3:7
Yar. 18:18Yr 12:1—3; Qt 3:14
Yar. 18:19Qn 4:9
Yar. 18:202Bt 2:7, 8
Yar. 18:20Yr 13:13; Yd 7
Yar. 18:21Yr 11:5; Çx 3:7, 8; Zb 14:2
Yar. 18:22Yr 31:11; 32:30
Yar. 18:23Sy 16:22
Yar. 18:25Zb 37:10, 11; Ms 29:16; Ml 3:18; Mt 13:49
Yar. 18:25Qn 32:4
Yar. 18:25Əy 34:12; Əş 33:22
Yar. 18:28Sy 14:18; Zb 86:15
Yar. 18:30Çx 34:6
Yar. 18:33Yr 18:2, 22
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
Müqəddəs Kitab
Yaradılış 18:1—33

Yaradılış

18 Bundan sonra Yehova+ Mamredəki böyük ağaclar+ olan yerdə İbrahimə göründü. Günün qızmar vaxtı idi. İbrahim çadırın ağzında oturmuşdu. 2 O, başını qaldırıb baxanda bir az aralıda üç nəfərin dayandığını gördü.+ Onları görən kimi qabaqlarına yüyürdü və yerə qədər əyilib təzim etdi. 3 Sonra dedi: «Yehova, əgər gözündə lütf tapmışamsa, qulunun evindən yan keçmə. 4 Qoy su gətirib ayaqlarınızı yusunlar.+ Sonra ağacın altında dincələrsiniz. 5 Siz ki təşrif buyurub bu qulunuzun evinə gəlmisiniz, qoyun bir tikə çörək gətirim, yeyin, ürəyinizə qüvvət gəlsin, sonra yolunuza davam edərsiniz». Onlar cavab verib dedilər: «Yaxşı, qoy sən deyən olsun».

6 İbrahim çadıra, Saranın yanına qaçıb dedi: «Tez elə, üç qab* narın un götür, xəmir yoğurub çörək bişir». 7 Sonra İbrahim qaçıb naxırın arasından yaxşı bir cöngə seçdi və nökərinə verdi. O, cəld onu bişirdi. 8 Sonra İbrahim xörəyi götürüb yağ və südlə birlikdə qonaqların qarşısına düzdü. Onlar yeməyə başladılar, İbrahim isə onların yanında, ağacın altında durdu.+

9 Onlar İbrahimdən soruşdular: «Arvadın Sara+ haradadır?» O dedi: «Burada, çadırda». 10 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq».+ Sara onların arxasında, çadırın ağzında durub qulaq asırdı. 11 İbrahimlə Sara qocalıb yaşa dolmuşdular.+ Saranın artıq uşaq doğan yaşı keçmişdi.+ 12 Sara ürəyində gülüb dedi: «Haradandır bu xoşbəxtlik?! Hay-hayım gedib, vay-vayım qalıb, üstəlik, ağam da qocadır».+ 13 Onda Yehova İbrahimə dedi: «Nəyə görə Sara gülüb “bu qoca vaxtımda uşaqmı doğacağam?” deyir? 14 Yehovanın əlində mümkün olmayan bir şey varmı?+ Gələn il bu vaxt yenə sənin yanına gələcəyəm, Saranın bir oğlu olacaq». 15 Amma Sara qorxusundan: «Mən gülmürdüm», — deyə boynundan atmağa başladı. O isə dedi: «Xeyr, gülürdün».

16 Sonra onlar ayağa qalxıb Səduma+ tərəf baxdılar. İbrahim onları yola salırdı. 17 Yehova dedi: «Görəcəyim işi niyə İbrahimdən gizli saxlamalıyam ki?+ 18 Axı ondan böyük və güclü bir xalq törəyəcək, onun vasitəsilə yer üzünün bütün xalqları mübarək olacaq.+ 19 Mən onu Özümə yaxın etdim ki, o, oğullarına, özündən sonrakı bütün nəslinə haqq iş görüb ədalətlə davranmağı, Yehovanın yolu ilə getməyi tapşırsın,+ Yehova da İbrahimə verdiyi sözü yerinə yetirsin».

20 Sonra Yehova dedi: «Sədum və Əmurənin günahı çox ağırdır.+ Onların əlindən çəkilən nalələr ərşə qalxıb.+ 21 Aşağı enib Mənə çatan bu fəryadların haqlı olub-olmadığını yoxlayacağam, görüm, doğrudanmı, onların günahı bu dərəcədə ağırdır».+

22 Sonra adamlar oradan çıxıb Səduma tərəf yönəldilər. Yehova+ isə hələ də İbrahimlə idi. 23 İbrahim Ona yaxınlaşıb dedi: «Doğrudanmı, Sən şər adamla bir yerdə saleh adamı da məhv edəcəksən?+ 24 Tutalım, şəhərdə əlli nəfər saleh adam tapıldı, yenə də oranı dağıdacaqsan? Həmin əlli nəfərin xətrinə bu şəhərə rəhm etməyəcəksən? 25 Ola bilməz ki, Sən belə eləyəsən, saleh adamı şər adamla bir yerdə məhv edəsən. Sən saleh adamı şər adamla eyni aqibətə düçar etməzsən.+ Yox, bu mümkün deyil!+ Bütün dünyanın Hakimi ədalətsiz davrana bilməz».+ 26 Onda Yehova dedi: «Əgər Sədumda əlli nəfər saleh tapsam, onların xatirinə bütün o yerə rəhm edəcəyəm». 27 İbrahim yenə dedi: «Yehova, önündə torpaq və kül kimi bir şey olsam da, cürət edib soruşmaq istəyirəm. 28 Birdən əllidən beş nəfər az saleh olsa? Beş nəfər əskik olduğuna görə bütün şəhəri məhv edəcəksən?» O cavab verdi: «Əgər qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».+

29 İbrahim yenə soruşdu: «Birdən qırx nəfər oldu?» O cavab verdi: «Qırx nəfərin də xatirinə şəhərə heç nə etmərəm». 30 İbrahim sözünə davam edib dedi: «Yehova, mənə acığın tutmasın,+ amma yenə soruşmaq istəyirəm: bəs otuz nəfər tapılsa, onda necə?» O dedi: «Otuz nəfər tapsam, oraya dəyməyəcəyəm». 31 İbrahim əl çəkməyib dedi: «Yehova, yenə cürət edib soruşmaq istəyirəm: bəs iyirmi nəfər olsa?» O cavab verdi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». 32 Axırda İbrahim dedi: «Yehova, nə olar, acığın tutmasın, izin ver, bir dəfə də soruşum. On nəfər tapılsa, onda necə?» O dedi: «On nəfərin də xatirinə oranı dağıtmaram». 33 İbrahimlə söhbətini bitirəndən sonra Yehova ayrılıb getdi,+ İbrahim də evinə qayıtdı.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş