Zəbur
Evin açılışı üçün Davudun məzmuru.
30 Səni ucaldacağam, ey Yehova, məni qaldırdın,
Qoymadın düşmənlərim sevinsin.+
2 Ey Allahım Yehova, Səndən imdad dilədim, mənə şəfa verdin.+
4 Yehovanı nəğmələrdə tərənnüm edin, ey Onun sadiq bəndələri,+
Onun müqəddəs adına+ şükür edin,
Lütfü isə ömür boyu davam edər.+
Axşam şivən qoparsa, sabah sevinc sədaları ilə açılar.+
6 Mən dinclik tapanda dedim:
«Heç vaxt sarsılmaram».
7 Ey Yehova, lütfünlə məni dağtək sarsılmaz etdin.+
Amma məndən üz döndərəndə canıma qorxu düşdü.+
8 Səni çağırdım, ey Yehova.+
Yehovadan lütf dilədim.
9 Ölsəm, qəbrə düşsəm, nə faydası?+
Torpaq Səni mədh edərmi?+ Sədaqətindən danışarmı?+
10 Səsimi eşit, mənə lütf göstər, ey Yehova.+
Yehova, mənim köməyim ol.+
11 Sən yasımı şənliyə çevirdin,
Çulu çıxardıb əynimdən məni sevincə bürüyürsən,
12 Ta ki könlüm* susmasın, Səni tərənnüm etsin.
Ey Yehova, ey Allahım, Səni əbədiyyən ucaldacağam!