Salonikililərə birinci məktub
1 Bulus, Silvan*+ və Timutidən+ Atamız Allahla və Ağamız İsa Məsihlə vəhdətdə olan salonikililərin yığıncağına məktub.
Allahdan gələn lütf və sülh sizə yar olsun!
2 Hamınızı dualarımızda yad edib daima Allaha şükür edirik.+ 3 İmandan irəli gələn işinizi, məhəbbətlə çəkdiyiniz zəhməti və Ağamız İsa Məsihə olan ümiddən+ doğan dözümü Atamız Allahın qarşısında həmişə anırıq. 4 Allahın sevimliləri, əziz qardaşlar! Biz bilirik ki, sizi Allah seçib, 5 axı təbliğ etdiyimiz müjdə sizə yalnız sözlə yox, qüdrətlə, müqəddəs ruhla və güclü əminliklə çatmışdı. Aranızda olarkən sizin rifahınız üçün necə davrandığımızı özünüz də yaxşı bilirsiniz. 6 Siz bizi və Ağanı örnək tutdunuz,+ çoxlu əziyyətlərə baxmayaraq,+ Allahın sözünü müqəddəs ruhun hasil etdiyi sevinclə qəbul etdiniz 7 və bununla Makedoniya və Axayyadakı* bütün imanlılara nümunə oldunuz.
8 Yehovanın sözü sizin vasitənizlə tək Makedoniyaya və Axayyaya çatmayıb, Allaha olan imanınız bütün aləmə yayılıb,+ belə ki, bizim nə isə deməyimizə ehtiyac yoxdur. 9 Sizinlə ilk tanışlığımızı və var olan tək bir Allaha qulluq etmək üçün bütlərdən necə əl çəkdiyinizi+ onların özləri danışırlar. 10 Allaha tərəf həm də ona görə döndünüz ki, Onun diriltdiyi Oğlunun, bizi qarşıdan gələn qəzəbdən qurtaracaq İsanın göydən+ gəlişini gözləyəsiniz.+