Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Üzeyir 7
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Üzeyirin məzmunu

      • Üzeyir Yerusəlimə gəlir (1—10)

      • Artakserksin Üzeyirə naməsi (11—26)

      • Üzeyir Yehovaya alqış oxuyur (27—28)

Üzeyir 7:1

Haşiyələr

  • *

    İbr. Ezra. Mənası: kömək.

Çarpaz istinadlar

  • +Nə 2:1
  • +Nə 8:2; 12:26
  • +1Sm 6:14
  • +2Pd 22:8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/1/2006 s. 11

Üzeyir 7:3

Çarpaz istinadlar

  • +2Sm 31:10

Üzeyir 7:5

Çarpaz istinadlar

  • +Sy 25:11; Hk 20:28
  • +Çx 6:23, 25; Sy 3:32; Qn 10:6
  • +Çx 7:1; 28:1

Üzeyir 7:6

Haşiyələr

  • *

    Yaxud peşəkar köçürücüsü.

Çarpaz istinadlar

  • +Nə 8:1, 4

Üzeyir 7:7

Çarpaz istinadlar

  • +Üz 8:18, 19
  • +1Sm 6:31, 32
  • +1Sm 9:22—27
  • +1Sm 9:2; Üz 8:20

Üzeyir 7:9

Çarpaz istinadlar

  • +Üz 8:22

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    Müqəddəs Kitab, s. 1687—1688, 1796

Üzeyir 7:10

Haşiyələr

  • *

    Yaxud öyrətməyə ürəyini hazırlamışdı.

Çarpaz istinadlar

  • +Qn 5:1; 17:10
  • +Qn 33:8, 10; Ml 2:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/1/2006 s. 12

    1/2/2002 s. 23—25

    1/12/2000 s. 21

Üzeyir 7:12

Haşiyələr

  • *

    Bu ayədən 7:26 ayəsinə kimi orijinal mətn arami dilində yazılıb.

Çarpaz istinadlar

  • +Üz 6:14; Nə 2:1

Üzeyir 7:13

Çarpaz istinadlar

  • +Üz 1:2, 3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/1/2006 s. 12

Üzeyir 7:16

Çarpaz istinadlar

  • +Üz 1:5, 6; 8:25

Üzeyir 7:17

Çarpaz istinadlar

  • +Lav 1:3
  • +Lav 1:10
  • +Sy 28:3
  • +Sy 15:4
  • +Sy 15:5

Üzeyir 7:19

Çarpaz istinadlar

  • +Üz 8:30

Üzeyir 7:20

Çarpaz istinadlar

  • +Üz 6:3, 4, 8

Üzeyir 7:21

Haşiyələr

  • *

    Fərat çayı.

Çarpaz istinadlar

  • +Üz 7:6; Nə 8:2

Üzeyir 7:22

Haşiyələr

  • *

    Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.

  • *

    Kor 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

  • *

    Bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.

Çarpaz istinadlar

  • +Sy 15:5
  • +Çx 27:20; Lav 2:1
  • +Lav 2:13

Üzeyir 7:23

Çarpaz istinadlar

  • +Üz 1:2
  • +Üz 6:9, 10

Üzeyir 7:24

Çarpaz istinadlar

  • +1Sm 15:16
  • +1Sm 9:2
  • +Nə 5:4

Üzeyir 7:25

Çarpaz istinadlar

  • +Nə 8:2, 3

Üzeyir 7:27

Çarpaz istinadlar

  • +Üz 6:22; Ms 21:1; Əş 60:13

Üzeyir 7:28

Çarpaz istinadlar

  • +Üz 7:14
  • +Üz 9:9; Nə 1:11

Digər

Üzr. 7:1Nə 2:1
Üzr. 7:1Nə 8:2; 12:26
Üzr. 7:11Sm 6:14
Üzr. 7:12Pd 22:8
Üzr. 7:32Sm 31:10
Üzr. 7:5Sy 25:11; Hk 20:28
Üzr. 7:5Çx 6:23, 25; Sy 3:32; Qn 10:6
Üzr. 7:5Çx 7:1; 28:1
Üzr. 7:6Nə 8:1, 4
Üzr. 7:7Üz 8:18, 19
Üzr. 7:71Sm 6:31, 32
Üzr. 7:71Sm 9:22—27
Üzr. 7:71Sm 9:2; Üz 8:20
Üzr. 7:9Üz 8:22
Üzr. 7:10Qn 5:1; 17:10
Üzr. 7:10Qn 33:8, 10; Ml 2:7
Üzr. 7:12Üz 6:14; Nə 2:1
Üzr. 7:13Üz 1:2, 3
Üzr. 7:16Üz 1:5, 6; 8:25
Üzr. 7:17Lav 1:3
Üzr. 7:17Lav 1:10
Üzr. 7:17Sy 28:3
Üzr. 7:17Sy 15:4
Üzr. 7:17Sy 15:5
Üzr. 7:19Üz 8:30
Üzr. 7:20Üz 6:3, 4, 8
Üzr. 7:21Üz 7:6; Nə 8:2
Üzr. 7:22Sy 15:5
Üzr. 7:22Çx 27:20; Lav 2:1
Üzr. 7:22Lav 2:13
Üzr. 7:23Üz 1:2
Üzr. 7:23Üz 6:9, 10
Üzr. 7:241Sm 15:16
Üzr. 7:241Sm 9:2
Üzr. 7:24Nə 5:4
Üzr. 7:25Nə 8:2, 3
Üzr. 7:27Üz 6:22; Ms 21:1; Əş 60:13
Üzr. 7:28Üz 7:14
Üzr. 7:28Üz 9:9; Nə 1:11
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
Müqəddəs Kitab
Üzeyir 7:1—28

Üzeyir

7 Bu hadisələrdən sonra, Fars şahı Artakserksin+ hakimiyyəti dövründə Üzeyir*+ Babildən çıxdı. Üzeyir Sərəyahın+, Sərəyah Əzriyanın, Əzriya Xilqiyyənin+, 2 Xilqiyyə Səllumun, Səllum Sadığın, Sadıq Əxitubun, 3 Əxitub Əmariyyənin, Əmariyyə Əzriyanın+, Əzriya Məryutun, 4 Məryut Zarahyanın, Zarahya Uzzinin, Uzzi Buqqinin, 5 Buqqi Abişunun, Abişu Fənhasın+, Fənhas Əlyazarın+, Əlyazar isə böyük kahin Harunun oğlu+ idi. 6 Babildən çıxan bu Üzeyir mirzə idi və İsrailin Allahı Yehovanın Musaya verdiyi Qanunun bilicisi* idi.+ Allahı Yehova Üzeyirə yar olduğu üçün şah onun hər xahişini yerinə yetirmişdi.

7 Şah Artakserksin hakimiyyətinin yeddinci ilində israillilərdən, kahinlərdən, lavililərdən+, məzmur oxuyanlardan+, darvaza keşikçilərindən+ və məbəd qulluqçularından+ bəziləri Yerusəlimə getdi. 8 Üzeyir şahın hakimiyyətinin yeddinci ilində, beşinci ayda Yerusəlimə gəldi. 9 O, Babildən birinci ayın birinci günündə yola çıxmışdı, Allahın köməyi ilə beşinci ayın birinci günündə Yerusəlimə çatdı.+ 10 Üzeyir Yehovanın Qanununu tədqiq və tətbiq etməyi+, İsraildə qayda-qanunları və hökmləri öyrətməyi ürəyində qət etmişdi*.+

11 Yehovanın İsrailə buyurduğu əmrlərin və qaydaların bilicisi olan mirzə və kahin Üzeyirə şah Artakserksin verdiyi namənin surəti budur:

12 * «Şahənşah Artakserksdən+ göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirə salamlar olsun! 13 Mən fərman verirəm ki, səltənətimdə yaşayan İsrail xalqından, kahinlərdən və lavililərdən kim səninlə Yerusəlimə getmək istəyirsə, getsin.+ 14 Şah və onun yeddi məsləhətçisi səni göndərir ki, gedib Yəhuda və Yerusəlimdə Allahın Qanununa, səndə olan qanuna əməl edilib-edilmədiyini öyrənəsən. 15 Məskəni Yerusəlimdə olan İsrailin Allahına şah və onun məsləhətçilərinin bəxşiş kimi verdiyi qızıl-gümüşü, 16 həmçinin Babil əyalətində sənə verilən bütün qızıl-gümüşü və kahinlərlə xalqın Allahın Yerusəlimdəki evinə verdikləri bəxşişləri özünlə apar.+ 17 Vaxt itirmədən bu pula buğa+, qoç+, quzu+, eləcə də taxıl təqdiməsi+ və şərab təqdiməsi+ al. Onları Allahınızın Yerusəlimdəki evinin qurbangahında təqdim et.

18 Qızıl-gümüşün qalanından isə sən və qardaşların Allahınızın iradəsinə uyğun olaraq, istədiyiniz kimi istifadə edə bilərsiniz. 19 Allahının evində ibadət zamanı istifadə edilən qabların hamısını götürüb Yerusəlimə, Allahın hüzuruna apar.+ 20 Allahının evi üçün başqa nəsə lazım olsa, saray xəzinəsindən ödəyərsən.+

21 Mən, şah Artakserks çayın* o tayındakı bölgənin bütün xəzinədarlarına əmr edirəm ki, göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirin+ sizdən istədiyi hər şeyi dərhal ona verəsiniz. 22 Ona 100 talanta* qədər gümüş, 100 kora* qədər buğda, 100 bata* qədər şərab+, 100 bata qədər yağ+ və istədiyi qədər duz+ verin. 23 Qoy göylərin Allahının Öz evi ilə əlaqədar buyurduğu hər şey səylə yerinə yetirilsin+ və beləcə, şahın səltənəti və oğulları Allahın qəzəbinə tuş gəlməsin.+ 24 Bunu da bilin ki, kahinlərdən, lavililərdən, musiqiçilərdən+, qapı keşikçilərindən, məbəd qulluqçularından+ və Allahın evində iş görənlərdən vergi, xərac+ və torpaqbasdı alınmamalıdır.

25 Sən Üzeyir, Allahın sənə verdiyi hikmətlə məmurlar və hakimlər təyin et ki, çayın o tayındakı bölgənin bütün əhalisinə, Allahının qanunlarını bilənlərin hamısına hakimlik etsinlər. Kim qanunları bilmirsə, öyrədin.+ 26 Kim sənin Allahının Qanununa və şahın qanununa əməl etməsə, dərhal layiq olduğu cəza ilə — ölüm, sürgün, cərimə, yaxud həbs cəzası ilə cəzalandırılsın».

27 Yehovanın Yerusəlimdəki evini gözəlləşdirmək fikrini şahın ürəyinə qoyan ata-babalarımızın Allahı Yehovaya alqış olsun!+ 28 O, şahın, onun məsləhətçilərinin+ və bütün nüfuzlu əyanlarının önündə mənə lütf göstərdi.+ Allahım Yehova mənə yar olduğu üçün ürəkləndim və mənimlə birgə getmək üçün İsrail başçılarını topladım.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş