Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 30
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əyyub öz halına yanır (1—31)

        • Fərsizlər ona gülür (1—15)

        • Köməksizdir (20, 21)

        • Dərim qapqara qaralıb (30)

Əyyub 30:1

Çarpaz istinadlar

  • +Əy 12:4

Əyyub 30:5

Çarpaz istinadlar

  • +Yr 4:12; Zb 109:10; Dn 4:25

Əyyub 30:9

Çarpaz istinadlar

  • +Əy 17:6
  • +Zb 69:12; Mrs 3:14

Əyyub 30:10

Çarpaz istinadlar

  • +Əy 19:13
  • +Sy 12:14; Qn 25:9; Əş 50:6; Mt 27:30

Əyyub 30:13

Haşiyələr

  • *

    Digər variant: heç kimdən kömək də almırlar.

Çarpaz istinadlar

  • +Əy 16:2; Zb 69:26

Əyyub 30:16

Çarpaz istinadlar

  • +Zb 22:14
  • +Əy 10:15

Əyyub 30:17

Çarpaz istinadlar

  • +Zb 6:2
  • +Əy 2:8, 13; 7:4

Əyyub 30:18

Haşiyələr

  • *

    Digər variant: şiddətli əzabdan görkəmim dəyişib.

Əyyub 30:20

Çarpaz istinadlar

  • +Əy 19:7; Zb 22:2

Əyyub 30:21

Çarpaz istinadlar

  • +Əy 7:20; 19:6

Əyyub 30:22

Haşiyələr

  • *

    Digər variant: məni əzib yox edirsən.

Əyyub 30:24

Çarpaz istinadlar

  • +Əy 13:25

Əyyub 30:25

Çarpaz istinadlar

  • +Ms 14:21, 31; 19:17

Əyyub 30:28

Çarpaz istinadlar

  • +Zb 38:6; 42:9; 43:2

Əyyub 30:29

Çarpaz istinadlar

  • +Mi 1:8

Əyyub 30:30

Haşiyələr

  • *

    Digər variant: qızdırmadan.

Çarpaz istinadlar

  • +Əy 7:5; Mrs 4:8

Digər

Əyy. 30:1Əy 12:4
Əyy. 30:5Yr 4:12; Zb 109:10; Dn 4:25
Əyy. 30:9Əy 17:6
Əyy. 30:9Zb 69:12; Mrs 3:14
Əyy. 30:10Əy 19:13
Əyy. 30:10Sy 12:14; Qn 25:9; Əş 50:6; Mt 27:30
Əyy. 30:13Əy 16:2; Zb 69:26
Əyy. 30:16Zb 22:14
Əyy. 30:16Əy 10:15
Əyy. 30:17Zb 6:2
Əyy. 30:17Əy 2:8, 13; 7:4
Əyy. 30:20Əy 19:7; Zb 22:2
Əyy. 30:21Əy 7:20; 19:6
Əyy. 30:24Əy 13:25
Əyy. 30:25Ms 14:21, 31; 19:17
Əyy. 30:28Zb 38:6; 42:9; 43:2
Əyy. 30:29Mi 1:8
Əyy. 30:30Əy 7:5; Mrs 4:8
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
Müqəddəs Kitab
Əyyub 30:1—31

Əyyub

30 Amma indi dünənki uşaqlar halıma gülür.+

Vaxtilə onların atalarını sürümü qoruyan itlərin yanına qoymazdım.

 2 Onların gücü nəyimə lazım idi?

Onlarda can qalmayıb,

 3 Yoxsulluq, aclıq taqətlərini kəsib.

Viran qalmış, bərbad olmuş

Quru torpağı çeynəyirlər.

 4 Kolluqdan duzlu bitki yığırlar,

Süpürgə kolunun köklərini yeyirlər.

 5 Camaat onları el arasından qovur,+

Oğru kimi üstlərinə çığırır.

 6 Onlar dərə yamaclarında,

Torpaqdakı, qayalardakı oyuqlarda yaşayırlar.

 7 Kolluqdan qışqırırlar,

Gicitkən altında bir-birinə qısılırlar.

 8 Axmaqların, adsız-sansız adamların oğulları kimi

Məmləkətdən qovulurlar.

 9 İndi isə məni məsxərəyə qoyurlar,+

Mahnı qoşub lağ edirlər.+

10 Məndən ikrah edir, gen gəzirlər,+

Çəkinmədən üzümə tüpürürlər.+

11 Çünki Allah yaraq-yasağımı aldı, məni zəlil etdi,

Onlar da qabağımda azğınlaşıblar.

12 Sağ tərəfdən dəstə ilə üstümə gəlirlər,

Məni qaçaq edirlər,

Yolumda ölüm sədləri qoyurlar.

13 Yolumu bərbad edirlər,

Dərdimə dərd qatırlar,+

Qabaqlarını alan yoxdur*.

14 Elə bil, divardakı iri yarıqdan çıxırlar,

Viranəliyin ortasında peyda olurlar.

15 Dəhşət məni çulğayıb,

Sanki, ləyaqətimi külək sovurub aparır,

Qurtuluşum bulud kimi tez keçib-gedir.

16 Canım əldən gedir,+

Qara günlər məni haqlayıb,+

17 Gecələr ağrıdan sümüklərim deşilir,+

Bədənim göynəyir, ağrı kəsilmir.+

18 Şiddətindən paltarım korlanıb*,

Yaxalıq kimi məni boğur.

19 Allah məni palçığa batırıb,

Toz kimi, kül kimi olmuşam.

20 Səndən imdad diləyirəm, amma cavab vermirsən,+

Durub dayanmışam, Sən isə hey mənə baxırsan.

21 Mənə qarşı rəhmsiz olmusan,+

Əlinin bütün gücü ilə hücum edirsən.

22 Məni qaldırıb küləklə sovurursan,

Tufanın içində çalxalayırsan*.

23 Bilirəm ki, məni ölümə,

Hamının gedəcəyi evə yollayacaqsan.

24 Amma qara günündə imdad diləyən, tapdanıb-əzilmiş insana+

Heç kim əl qaldırmaz.

25 Məgər mən dara düşənlər üçün ağlamırdım?

Məgər kasıblardan ötrü ürəyim ağrımırdı?+

26 Yaxşılıq gözlədiyim yerdə yamanlıq gəldi,

İşıq gözləyərkən zülmət gəldi.

27 Təlatüm içindəyəm, rahatlığım yoxdur,

Qara günlərlə üzləşdim.

28 Günəş şəfəq saçmır, qəm-qüssə içində gəzirəm,+

Camaat arasında qalxıb qışqırıram, imdad diləyirəm.

29 Mən çaqqallara qardaş olmuşam,

Dəvəquşu+ balalarına yoldaş olmuşam.

30 Dərim qapqara qaralıb, tökülüb,+

Sümüklərim istidən* yanır.

31 Çəngim ancaq ağı deyir,

Neyim ağlayır.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş