Salonikililərə birinci məktub
3 Bu səbəbdən daha buna tab gətirə bilmədiyimiz üçün fikirləşdik ki, Afinada+ tək qalsaq, yaxşı olar. 2 Buna görə də imanınızla bağlı sizi möhkəmləndirmək və sizə təsəlli vermək üçün Məsih haqqındakı müjdənin təbliği işində Allahın xidmətçisi* olan qardaşımız Timutini+ yanınıza göndərdik ki, 3 bu əziyyətlər heç kəsin imanını sarsıtmasın. Axı siz bilirsiniz ki, bütün bunlar bizimlə baş verməlidir.+ 4 Yanınızda olanda da bütün bu əziyyətlərin baş verəcəyindən sizi xəbərdar edirdik. Bildiyiniz kimi, belə də oldu.+ 5 Buna görə də daha buna dözə bilmədim, sizin sədaqətiniz barədə xəbər tutmaq üçün yanınıza adam göndərdim,+ qorxurdum ki, birdən İblis sizi yoldan çıxarar+ və zəhmətimiz hədər gedər.
6 Təzəlikcə yanınızdan qayıdan Timuti+ sizin sədaqətiniz və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O həmçinin söylədi ki, bizi həmişə xoş sözlərlə yad edirsiniz və biz sizin həsrətinizi çəkdiyimiz kimi, siz də bizim həsrətimizi çəkirsiniz. 7 Qardaşlar, sıxıntı və əzab-əziyyət içində olduğumuz bir vaxtda həm sizin özünüz, həm də sədaqətiniz bizə təsəlli gətirdi.+ 8 Çünki Ağanın yolunda mətanətlə yeriməyiniz bizə qol-qanad verir. 9 Allahımızın qarşısında bizə bəxş etdiyiniz böyük sevincin müqabilində Ona nə qədər şükür etsək, yenə də azdır. 10 Üzünüzü görmək və imanınızda çatışmayan cəhətləri düzəltmək üçün gecə-gündüz Allaha var gücümüzlə, hərarətlə yalvarırıq.+
11 Qoy Atamız Allah və Ağamız İsa yanınıza gəlmək üçün yolumuzu açıq etsin. 12 Sizə duyduğumuz məhəbbət aşıb-daşdığı kimi, qoy Ağa sizin də bir-birinizə+ və bütün insanlara olan məhəbbətinizi artırıb bol etsin. 13 Və Ağamız İsanın bütün müqəddəsləri ilə birlikdə hüzuru* zamanı+ Atamız Allahın qarşısında+ ürəyinizi əzmli, qüsursuz və müqəddəs etsin.