Titusa məktub
2 Sən isə həmişə sağlam təlimə uyğun sözlər danış.+ 2 Qoy yaşlı kişilər hər şeydə hədd bilsinlər, ciddi, sağlamdüşüncəli, imanda, məhəbbətdə və dözümdə möhkəm olsunlar. 3 Eynilə də ağbirçəklər möminlərə yaraşan tərzdə davransınlar. Onlar böhtançı və şərab düşkünü olmamalı, yaxşı şeylər öyrətməlidirlər. 4 Qoy onlar cavan gəlinlərə ərlərini və uşaqlarını sevməyi, 5 ağıllı-kamallı, ismətli, işli-güclü, xeyirxah olmağı, həmçinin ərlərinə tabe olmağı aşılasınlar+ ki, Allahın sözü bədnam edilməsin.
6 Eynilə də cavanları sağlamdüşüncəli olmağa təşviq et,+ 7 özün yaxşı işlər görərək hər sahədə onlara nümunə ol. Tam ciddiyyətlə pak şeyləri öyrət*,+ 8 danışığın təmiz olsun, heç kim sözlərində nöqsan tapmasın,+ əleyhdarlar əleyhimizə deməyə bir söz tapmayıb utansınlar.+ 9 Qoy qullar hər sahədə ağalarına tabe olsunlar+ və onları razı salsınlar, söz qaytarmasınlar, 10 onlardan oğurluq etməsinlər,+ əksinə, tam etibara layiq olduqlarını göstərib hər sahədə Xilaskarımız Allahın təlimini bəzəsinlər.+
11 Çünki Allahın lütfü aşkar olaraq hər cür insana xilas gətirdi.+ 12 Bu lütf bizə allahsızlığı və bu dünyaya xas istəkləri rədd edib+ bu zəmanədə sağlam düşüncə ilə, salehlik və möminliklə həyat sürməyi öyrədir.+ 13 Ulu Allahın və Xilaskarımız Məsih İsanın şanlı zühurunu və gözəl ümidimizin gerçəkləşəcəyini+ gözlədiyimiz vaxtda biz belə yaşamalıyıq. 14 Məsih özünü uğrumuzda fəda etdi+ ki, bizi hər cür qanunsuzluqdan azad edib+ təmizləyərək bizdən öz əmlakı olan və yaxşı işlərə can atan bir xalq təşkil etsin.+
15 Bundan sonra da tam ixtiyarla bu şeyləri danış, nəsihət ver*, tənbeh et.+ Qoy heç kəs sənə yuxarıdan aşağı baxmasın.