Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əstər 2
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əstərin məzmunu

      • Təzə məlikə axtarılır (1—14)

      • Əstər məlikə olur (15—20)

      • Mərdəhay qəsdin üstünü açır (21—23)

Əstər 2:1

Çarpaz istinadlar

  • +Əs 1:1
  • +Əs 1:12
  • +Əs 1:19

Əstər 2:3

Çarpaz istinadlar

  • +Əs 8:9
  • +Əs 2:15

Əstər 2:4

Çarpaz istinadlar

  • +Əs 1:19

Əstər 2:5

Çarpaz istinadlar

  • +Üz 4:9; Nə 1:1; Əs 1:2; Dn 8:2
  • +Əs 3:2; 10:3
  • +Yr 49:27; 1İş 9:21

Əstər 2:6

Haşiyələr

  • *

    2Pd 24:8 ayəsində Yəhyakin.

Çarpaz istinadlar

  • +2Pd 24:14, 15; 1Sm 3:16; 2Sm 36:9, 10; Ər 22:28; 24:1; 37:1; 52:31; Mt 1:11

Əstər 2:7

Haşiyələr

  • *

    Mənası: mərsin. Əstərin ibrani adı.

Çarpaz istinadlar

  • +Əs 2:15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 127

Əstər 2:8

Çarpaz istinadlar

  • +Əs 2:3

Əstər 2:9

Çarpaz istinadlar

  • +Əs 2:12

Əstər 2:10

Çarpaz istinadlar

  • +Əs 2:7
  • +Əs 3:8; 4:12—14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 129—130

Əstər 2:12

Çarpaz istinadlar

  • +Ms 7:17; Nğ 3:6
  • +Yr 43:11; 1Pd 10:2; 2Pd 20:13

Əstər 2:14

Çarpaz istinadlar

  • +Əs 2:3
  • +Əs 4:11

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/3/2006 s. 9

Əstər 2:15

Çarpaz istinadlar

  • +Əs 2:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/3/2006 s. 9

Əstər 2:16

Haşiyələr

  • *

    B15 əlavəsinə bax.

Çarpaz istinadlar

  • +Əs 1:3

Əstər 2:17

Çarpaz istinadlar

  • +Əs 1:19
  • +Əs 4:14

Əstər 2:19

Çarpaz istinadlar

  • +Əs 2:3, 4

Əstər 2:20

Çarpaz istinadlar

  • +Əs 2:5, 6; 3:8
  • +Əs 2:7, 10

Əstər 2:23

Çarpaz istinadlar

  • +Əs 6:1, 2

Digər

Əst. 2:1Əs 1:1
Əst. 2:1Əs 1:12
Əst. 2:1Əs 1:19
Əst. 2:3Əs 8:9
Əst. 2:3Əs 2:15
Əst. 2:4Əs 1:19
Əst. 2:5Üz 4:9; Nə 1:1; Əs 1:2; Dn 8:2
Əst. 2:5Əs 3:2; 10:3
Əst. 2:5Yr 49:27; 1İş 9:21
Əst. 2:62Pd 24:14, 15; 1Sm 3:16; 2Sm 36:9, 10; Ər 22:28; 24:1; 37:1; 52:31; Mt 1:11
Əst. 2:7Əs 2:15
Əst. 2:8Əs 2:3
Əst. 2:9Əs 2:12
Əst. 2:10Əs 2:7
Əst. 2:10Əs 3:8; 4:12—14
Əst. 2:12Ms 7:17; Nğ 3:6
Əst. 2:12Yr 43:11; 1Pd 10:2; 2Pd 20:13
Əst. 2:14Əs 2:3
Əst. 2:14Əs 4:11
Əst. 2:15Əs 2:7
Əst. 2:16Əs 1:3
Əst. 2:17Əs 1:19
Əst. 2:17Əs 4:14
Əst. 2:19Əs 2:3, 4
Əst. 2:20Əs 2:5, 6; 3:8
Əst. 2:20Əs 2:7, 10
Əst. 2:23Əs 6:1, 2
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
Müqəddəs Kitab
Əstər 2:1—23

Əstər

2 Bir müddət keçdi. Şah Ahaşveroşun+ qəzəbi soyudu. Vaştinin hərəkəti+ və onun barəsində verilmiş qərar şahın yadına düşdü.+ 2 Onda şahın vəzir-vəkili ona dedi: «Qoy şah üçün gözəl bakirə qızlar axtarılsın. 3 Qoy şah səltənətinin bütün əyalətlərində adamlar təyin etsin.+ Onlar bütün gözəl bakirə qızları toplayıb Şuş qalasına, hərəmxanaya gətirsinlər. Qızlar şah xacəsi və hərəmağası Həqayın+ sərəncamına verilsin. Onlara ətirli yağlarla sığal verilsin. 4 Şahın xoşuna gələn qız Vaştinin yerinə məlikə olsun».+ Şah bu fikri bəyəndi və belə də etdi.

5 Şuş+ qalasında Mərdəhay+ adlı bir yəhudi var idi. O, binyaminli+ Kiş oğlu, Şimay oğlu, Yairin oğlu idi. 6 Onlar Babil padşahı Navuxodonosorun sürgün etdiyi Yəhuda padşahı Yəkunya*+ ilə birgə Yerusəlimdən çıxarılıb sürgün edilmiş camaatdan idilər. 7 Mərdəhay əmisi qızı+ Hədəssənin*, yəni Əstərin qəyyumu idi. Qızın ata-anası öləndə onu övladlığa götürmüşdü. Əstər şux qamətli gözəl bir qız idi. 8 Şahın əmri və fərmanı elan ediləndə çoxlu sayda qız Şuş qalasında toplanıb Həqayın sərəncamına verildi.+ Əstər də şahın sarayına gətirilib hərəmağası Həqayın sərəncamına verildi.

9 Bu qız Həqayın ürəyinə yatdı və onun hüsn-rəğbətini qazandı. Həqay qıza ətirli yağlarla sığal vermək+ və onu xüsusi yeməklərlə təmin etmək barədə dərhal göstəriş verdi. Üstəlik, o, şah evindən yeddi qız ayırıb Əstərin qulluğuna verdi, onu və qızları hərəmxananın ən gözəl hissəsinə keçirtdi. 10 Əstər Mərdəhayın+ tapşırdığı kimi, xalqı və nəsli barədə heç nə danışmadı.+ 11 Mərdəhay Əstərin halından, əhvalından xəbər tutmaq üçün hər gün hərəmxananın qarşısında gəzişirdi.

12 Qızların hər biri növbə ilə şah Ahaşveroşun yanına gətirilirdi. Buna qədər hər qıza on iki ay ərzində gözəllik qulluğu təyin edilirdi. Onlara altı ay mürr yağı+ ilə, altı ay balzam yağı+ və müxtəlif məlhəmlərlə sığal verilirdi. Hər bir qız bu cür gözəllik qulluğu keçməli idi. 13 Yalnız bundan sonra qız şahın yanına gələ bilərdi. Qız hərəmxanadan çıxıb şahın evinə gedəndə ürəyi istədiyi hər şey ona verilirdi. 14 O, axşam şahın yanına girir, səhər isə şah xacəsi, cariyələrin hərəmağası Şəşhazın sərəncamında olan o biri hərəmxanaya qayıdırdı.+ Şah onu bəyənib adı ilə çağırtdırmasa, o, bir daha şahın yanına gəlməzdi.+

15 Şahın yanına girmək üçün növbə Mərdəhayın övladlığa götürdüyü,+ əmisi Abihailin qızı Əstərə çatdı. Əstər şah xacəsi və hərəmağası Həqayın dediyindən savayı, heç bir şey istəmədi. (Bu müddət ərzində Əstər onu görən hər kəsin hüsn-rəğbətini qazanmışdı.) 16 Əstər şah Ahaşveroşun hakimiyyətinin yeddinci ilində,+ onuncu ay olan tevet* ayında saraya, şahın yanına aparıldı. 17 Şah Əstəri digər qızlardan çox sevdi. Bütün qızlar içində şahın ən çox xoşuna gələn və hüsn-rəğbətini qazanan o oldu. Şah məlikə örpəyini onun başına qoydu və onu Vaştinin yerinə+ məlikə etdi.+ 18 Sonra şah Əstərin şərəfinə məclis qurub bütün əyanlarına və qulluqçularına böyük ziyafət verdi. Şah əyalətlərdə əfv elan etdi və şaha layiq hədiyyələr payladı.

19 Qızlar+ ikinci dəfə toplananda Mərdəhay şah darvazasında oturmuşdu. 20 Əstər Mərdəhayın tapşırdığı kimi, xalqı və nəsli barədə heç nə danışmırdı.+ O, Mərdəhayın himayəsində olduğu vaxtlarda etdiyi kimi, indi də onun sözünə əməl edirdi.+

21 Mərdəhay şah darvazasında oturan vaxtlar şahın iki məmuru, qapı keşikçiləri Biqtan və Tərəş acıqlanıb şah Ahaşveroşa sui-qəsd hazırlamışdılar. 22 Bu işdən xəbər tutan Mərdəhay dərhal bunu məlikə Əstərə bildirdi, Əstər də Mərdəhayın adından şaha çatdırdı. 23 Məsələ araşdırıldı və sübuta yetirildi. Həmin iki nəfər dirəkdən asıldı. Bu hadisə şahın hüzurunda salnamələr kitabına yazıldı.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş