Zəbur
Dirijora. Davudun məzmuru.
Ədalətin naminə məni qurtar.+
2 Qulağını mənə sarı əy,
İmdadıma çat, məni xilas et.+
Dağ üstündə istehkamım ol,
Möhkəm bir qalatək hifz et məni.+
5 Ruhumu Sənin əlinə əmanət edirəm.+
Ey haqq Allahı*+ Yehova, Sən məni qurtarmısan.
6 Mənasız, boş bütlərə səcdə qılanlara nifrət edirəm,
Mən Sənə arxalanıram, ey Yehova.
7 Sənin məhəbbətində hədsiz sevinc tapacağam,
Çünki əzab-əziyyətimi gördün,+
Qəlbimdəki dərdi bilirsən.
8 Məni düşmən əlinə salmadın,
Ayaq qoyduğum yeri genişləndirirsən.
Təqsirim ucbatından məndə taqət qalmayıb,
Sümüklərim əriyib gedir.+
11 Mənə rişxənd edir bütün düşmənlər,+
Qonum-qonşu isə onlardan betər,
Tanış-biliş məndən səksənir,
Çöl-bayırda məni görəndə qaçırlar.+
12 Ölmüş adam kimi yadlarından çıxmışam, unudulmuşam.
Sınıq qab kimi olmuşam.
13 Çoxlu iftiralar eşidirəm,
Hər yandan məni dəhşət bürüyür.+
Onlar mənə qarşı birləşir,
Canımı almaq üçün tədbir tökürlər.+
14 Amma mən, ey Yehova, Sənə güvənirəm.+
«Allahım Sənsən!»+ — deyirəm.
15 Həyatım Sənin əlindədir,
Məni düşmənlərin, təqibçilərin əlindən qurtar.+
16 Üzünün nurunu qulunun üstünə sal,+
Məhəbbətinlə məni qurtar.
17 Ey Yehova, Səni çağıranda qoyma xəcil olum.+
18 Yalançı dillər,
Salehin əleyhinə lovğalıqla, həqarətlə danışan azğın dillər lal olsun.+
19 Sənin kəramətin necə boldur!+
20 Onları insanların qəsdindən qoruyub
Hüzurunun pənahına alırsan;+
Davakar dillərdən
Çadırında gizlədirsən.+
21 Şükür olsun Yehovaya!
Mühasirəyə düşmüş şəhərdə ağlasığmaz yollarla mənə məhəbbətini göstərdi.+
22 Təlaşa düşüb demişdim:
«Gözlərinin qabağından yox olacağam».+
Lakin Səndən imdad diləyəndə fəryadımı eşitdin.+