Zəbur
Dirijora. Davudun məzmuru.
2 Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək.+
3 Günahlarım məni üstələdi.+
Lakin Sən təqsirlərimizi əfv edirsən.+
4 Həyətində yaşamaq üçün seçdiyin,
Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir.+
5 Möhtəşəm, haqq işlərinlə+ bizə hay verərsən,
Ey nicatımızın Allahı,
Dünyanın hüdudlarında,
Uzaqlarda, dənizin o tayında yaşayanların güvəncisən!+
6 Gücünlə dağları bərkitmisən,
Qüdrətinə qurşanmısan.+
8 Göstərdiyin əlamətlər dünyanın ucqarlarında yaşayanları lərzəyə salar;+
Gündoğandan günbatana kimi hər kəsə şənlik verərsən.
9 Sən Yerə qayğı göstərirsən,
Onu naz-nemətlə doldurursan.+
Ey Allah, çayların gursuludur,
İnsanın çörəyini Sən yetirirsən.+
Bəli, Yeri bu cür qurmusan.
10 Torpağın şırımlarını sulayır, şumunu hamarlayırsan,
Gur yağışlarla torpağı yumşaldır, cücərtilərinə bərəkət verirsən.+
11 Kəramətinlə ilin başına tac qoyursan,
Ləpirlərin naz-nemətlə aşıb-daşır.+
13 Sürülər otlaqlara yayılıb,
Düzlərə başdan-başa taxıldan xalı salınıb.+
Onlar sevincdən haray salıb nəğmə deyirlər.+