Zəbur
Dirijora. Şeminit* üstündə. Davudun məzmuru.
12 Ey Yehova, məni qurtar, çünki sadiq adam qalmayıb,
Vəfalı adam bəşər oğulları arasından yoxa çıxıb.
3 Yehova yalan dili qoparsın,
Yekəxana danışan ağzı yumsun;+
4 Deyirlər: «Dilimizlə üstün gələrik,
Ağız bizim, dil bizim,
Kim bizə ağalıq edə bilər?»+
5 Yehova deyir: «Budur, ayağa qalxıram,
Çünki məzlumlar sıxışdırılır, yoxsullar ah-nalə edir,+
Onları həqarət edənlərdən qoruyacağam».
7 Ey Yehova, Sən Özün onları qoruyacaqsan,+
Hər birini bu nəsildən əbədilik hifz edəcəksən.
8 Şər adamlar asudə gəzir,
Çünki bəşər oğulları azğınlığı tərənnüm edir.+