Birinci Salnamələr
20 İlin əvvəlində*, padşahlar yürüşə çıxan vaxt Yuab+ hərbi səfərə çıxıb əmunilərin ölkəsini darmadağın etdi. O gəlib Rabbahı+ mühasirəyə aldı. Davud isə Yerusəlimdə qalmışdı.+ Yuab Rabbaha hücum edib şəhəri tar-mar etdi.+ 2 Onda Davud Məlkumun başından qızıl tacı götürdü. Qızılın çəkisi bir talant* idi, tac daş-qaşla bəzədilmişdi. Tacı Davudun başına qoydular. O həm də şəhərdən çoxlu qənimət ələ keçirdi.+ 3 Şəhərin əhalisini köçürdü. Onları daş kəsən mişarlarla, kəsici dəmir alətlərlə, baltalarla görülən işlərə təhkim etdi.+ Davud əmunilərin bütün şəhərlərində belə etdi. Axırda o, qoşunu ilə birlikdə Yerusəlimə qayıtdı.
4 Sonra Cəzərdə filiştlilərlə müharibə oldu. O vaxt huşahlı Sibbikay+ Rəfa övladlarından+ olan Sippayı öldürdü. Filiştlilər israillilərin tabeliyinə keçdi.
5 Yenə filiştlilərlə müharibə oldu. Yair oğlu İlkənan catlı Calutun+ qardaşı Lahmini öldürdü. Catlının nizəsinin sapı toxucu ağacı boyda idi.+
6 Catda+ yenə müharibə oldu. Orada pəzəvəng+ bir adam var idi. Onun ayaqları və əlləri altı barmaqlı idi, iyirmi dörd barmağı var idi. O da Rəfa övladlarından idi.+ 7 O, İsrailə meydan oxuyurdu.+ Davudun qardaşı Şimanın+ oğlu Yonatan onu vurub öldürdü.
8 Bunlar Catdakı+ Rəfa övladlarından+ idi. Davudla adamları onları öldürdülər.