Müqəddəs Kitab Əyyubun məzmunu ƏYYUB MƏZMUN 1 Əyyub; onun dövləti (1—5) Şeytan Əyyubun kamilliyinə şəkk gətirir (6—12) Əyyub var-dövlətini və övladlarını itirir (13—19) Əyyub Allahı təqsirləndirmir (20—22) 2 Şeytan yenə Əyyubun kamilliyinə şəkk gətirir (1—5) Şeytan Əyyubu azara düçar edir (6—8) Əyyubun arvadı: «Lənət et Allaha, öl qurtar!» (9, 10) Əyyubun üç yoldaşının gəlişi (11—13) 3 Əyyub doğulduğu günü lənətləyir (1—26) Əzablarının səbəbini arayır (20, 21) 4 Əlifəzin birinci nitqi (1—21) Əyyubun təmizliyini lağa qoyur (7, 8) «Ruh»dan eşitdiyi sözlər (12—17) «Allah qulluqçularına etibar etmir» (18) 5 Əlifəzin nitqinin davamı (1—27) «Allah ağıllıları elə öz fəndləri ilə tutur» (13) «Sən Qüdrət Sahibinin tərbiyəsini rədd etmə!» (17) 6 Əyyubun cavabı (1—30) Fəryadına haqq qazandırır (2—6) Təsəlli verməyə gələn yoldaşları xaindir (15—18) «Düz söz heç də acı olmaz!» (25) 7 Əyyubun cavabının davamı (1—21) Həyat ağır zəhmətdir (1, 2) «Niyə məni Özünə hədəf seçmisən?» (20) 8 Bildadın birinci nitqi (1—22) Əyyubun oğlanlarının günah iş tutduğuna eyham (4) «Sən doğrudan da pak adam olsaydın» (6) Əyyubun «Allahsız adam» olduğuna işarə edir (13) 9 Əyyubun cavabı (1—35) Fani insan Allahla çəkişmədə necə haqlı çıxa bilər? (2—4) Allah dərkedilməz işlər görür (10) İnsan Allahla mübahisə edə bilməz (32) 10 Əyyubun cavabının davamı (1—22) «Niyə mənimlə çəkişirsən?» (2) Allahla fani insan arasındakı fərq (4—12) Qoy bir azca üzüm gülsün (20) 11 Söfərin birinci nitqi (1—20) Əyyubu boş-boş söhbətlərdə ittiham edir (2, 3) Pisliyi kənara qoy (14) 12 Əyyubun cavabı (1—25) «Sizdən əskik deyiləm» (3) «Yoldaşlarımın gözündə gülünc olmuşam» (4) Hikmət Allahdadır (13) Allah hakimlərdən, padşahlardan ucadır (17, 18) 13 Əyyubun cavabının davamı (1—28) «Mən Qüdrət Sahibi ilə danışmaq istərdim» (3) Yararsız təbiblər (4) «Bilirəm ki, haqlıyam» (18) «Niyə məni düşmən sanırsan?» (24) 14 Əyyubun cavabının davamı (1—22) İnsanın ömrü gödəkdir, əziyyətlə doludur (1) Hətta ağac üçün ümid var (7) «Kaş məni Məzarda gizlədəydin» (13) «İnsan ölsə, bir də yaşarmı?» (14) Allah əllərinin işinin həsrətini çəkir (15) 15 Əlifəzin ikinci nitqi (1—35) Əyyubun Allahdan qorxmadığını iddia edir (4) Əyyubu lovğalıqda ittiham edir (7—9) «O, mələklərinə belə güvənmir» (15) Şər adam işgəncə çəkir (20—24) 16 Əyyubun cavabı (1—22) «Siz təsəlli əvəzinə əzab verirsiniz!» (2) Allah məni Özünə hədəf seçdi (12) 17 Əyyubun cavabının davamı (1—16) «Rişxəndçilər məni dövrəyə alıb» (2) «Allah məni dilə-dişə salıb» (6) «Məzar evim olar» (13) 18 Bildadın ikinci nitqi (1—21) Günahlı adamların aqibəti (5—20) Əyyubun Allahı tanımadığına eyham vurur (21) 19 Əyyubun cavabı (1—29) Yoldaşlarının qınaqlarını rədd edir (1—6) «Tanış-biliş məndən üz döndərib» (13—19) «Xilaskarım yaşayır» (25) 20 Söfərin ikinci nitqi (1—29) Əyyubun qınağı şəninə toxunur (2) Əyyubun şər adam olduğuna eyham vurur (5) Əyyubun pislikdən xoşlandığına işarə edir (12, 13) 21 Əyyubun cavabı (1—34) «Nə üçün şər adam uzun ömür sürür?» (7—13) Yoldaşlarını ifşa edir (27—34) 22 Əlifəzin üçüncü nitqi (1—30) İnsandan Allaha xeyir varmı? (2, 3) Əyyubu xəsislikdə və haqsızlıqda ittiham edir (9) Allaha tərəf qayıtsan, firavanlığın qayıdar (23) 23 Əyyubun cavabı (1—17) İşini Allahın hüzurunda ərz etmək istəyir (1—7) Allahı tapa bilmədiyini deyir (8, 9) Onun yolunu tutmuşam, azmamışam (11) 24 Əyyubun cavabının davamı (1—25) Niyə Allah hökm vaxtını təyin etmir? (1) Allahın pisliyə məhəl qoymadığını deyir (12) Günah sahibləri qaranlığı sevirlər (13—17) 25 Bildadın üçüncü nitqi (1—6) İnsan Allah qarşısında haqlı çıxa bilərmi? (4) İnsanın dürüstlüyünün əbəs olduğunu iddia edir (5, 6) 26 Əyyubun cavabı (1—14) «Gücsüz adama əcəb kömək etdin!» (1—4) Allah Yeri heçlikdə asıb (7) Allahın işlərinin bir zərrəsi (14) 27 Əyyub paklığını qorumaq qətiyyətindədir (1—23) «Son nəfəsimədək təmiz qalacağam!» (5) Allahsız adam üçün ümid yoxdur (8) «Niyə boş-boş danışırsınız?» (12) Pis adamın alacağı pay (13—23) 28 Əyyub yerin sərvətini hikmətlə müqayisə edir (1—28) İnsan əməyi (1—11) Hikmət mirvaridən də qiymətlidir (18) Yehovadan qorxmaq əsil hikmətdir (28) 29 Əyyub imtahandan qabaqkı xoşbəxt günlərini xatırlayır (1—25) Şəhər darvazasında hörməti vardı (7—10) Haqq-ədalət yolundan ayrılmırdı (11—17) Hamı məsləhətini dinləyirdi (21—23) 30 Əyyub öz halına yanır (1—31) Fərsizlər ona gülür (1—15) Köməksizdir (20, 21) Dərim qapqara qaralıb (30) 31 Əyyub kamilliyini müdafiə edir (1—40) «Gözlərimlə əhd bağlamışam» (1) «Qoy Allah məni düz tərəzidə çəksin» (6) Zinakar olmayıb (9—12) Pulpərəst olmayıb (24, 25) Bütpərəst olmayıb (26—28) 32 Əlihu söhbətə qatılır (1—22) Əyyuba və yoldaşlarına qəzəbi tutub (2, 3) Ehtiramla kənarda durub söz almağı gözlədi (6, 7) Ağıl yaşda deyil (9) Əlihunun ürəyi doludur (18—20) 33 Əyyub özünü Allahdan haqlı saydığı üçün Əlihu onu qınayır (1—33) Allah fidyə tapır (24) Cavanlıqdakı gümrahlığa qayıdış (25) 34 Əlihu Allahın ədalətini və işlərini ucaldır (1—37) Əyyubun dediyinə görə, Allah ondan ədaləti əsirgəyib (5) Allah pislik, haqsızlıq etməz (10) Əyyubun sözlərində hikmət yoxdur (35) 35 Əlihu Əyyubun yanıldığını göstərir (1—16) Əyyub özünü Allahdan haqlı sayır (2) Allah ucalardadır, günahın Onun üzərində hökmü yoxdur (5, 6) Əyyub səbirlə Allahı gözləməlidir (14) 36 Əlihu Allahın ağlasığmaz böyüklüyündən danışır (1—33) İtaətkar adamlar firavan yaşayır; Allahsızlar rədd edilir (11—13) Allah kimi nəsihətçi varmı? (22) Əyyub Allahı ucaltmalıdır (24) Allahın böyüklüyü ağlasığmazdır (26) Allah yağış və ildırımın ağasıdır (27—33) 37 Təbiət qüvvələri Allahın böyüklüyünə dəlalət edir (1—24) Allah insanın əlini işdən saxlaya bilər (7) Allahın xariqüladə işlərinə nəzər sal (14) İnsan Qüdrət Sahibini dərk edə bilməz (23) Allah özünü ağıllı sayanları bəyənmir (24) 38 Yaradanla müqayisədə insanın kiçikliyi (1—41) «Mən dünyanın təməlini qoyanda sən harada idin?» (4—6) Allah oğulları sevinib-şadlanırdılar (7) Təbiət hadisələri ilə bağlı suallar (8—32) Fəza qanunları (33) 39 İnsan heyvanat aləmindən bixəbərdir (1—30) Dağ keçiləri, marallar (1—4) Çöl eşşəyi (5—8) Çöl öküzü (9—12) Dəvəquşu (13—18) At (19—25) Şahin və qartal (26—30) 40 Yehova Əyyubu sorğu-suala çəkir (1—24) Əyyubun deməyə sözü yoxdur (3—5) «Sən ədalətimə şəkk edəcəksən?» (8) Behemotun gücü (15—24) 41 Livyatan (1—34) 42 Əyyubun Yehovaya cavabı (1—6) Üç yoldaşa məzəmmət (7—9) Əyyubun firavanlığı qayıdır (10—17) Əyyubun oğlanları və qızları (13—15)