Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 oktyabr s. 10—11
  • Belizə səyahət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Belizə səyahət
  • Oyanın! 2014
Oyanın! 2014
g14 oktyabr s. 10—11
Beliz sahilləri

ÖLKƏLƏR VƏ XALQLAR | BELİZ

Belizə səyahət

Beliz dünya xəritəsində

BELİZ üçün «bambalaca boyu var, dam dolusu toyu var» desək, yanılmarıq. Bu diyarda tropik meşələrdən tutmuş, firuzəyi suların boynuna dolandığı sahil boyu səpələnmiş adalara kimi hər şey var. Amma Beliz möcüzələri bununla bitmir.

Təbiət mənzərələri qədər, heyvanat aləmi də çox rəngarəngdir. Burada yüzlərlə quş və heyvan növlərinə rast gəlmək olar. Məsələn, göyqurşağı dimdikli tukan (Ramphastos sulfuratus), suda və quruda çevik olan, begemota oxşayan, elastik xortumlu Mərkəzi Amerika tapiri (Tapirus bairdii), eləcə də yalquzaq yaquar (Panthera onca). Beliz dünyada ilk yaquar qoruğunun onun ərazisində yaradılması ilə fəxr edir.

Yaquar

Beliz dünyada ilk yaquar qoruğunun onun ərazisində yaradılması ilə fəxr edir

Beliz Mayya sivilizasiyasının bir parçası olub. İspan müstəmləkəçiləri 16-cı əsrdə buraya gəlmiş, lakin mayyaları tam qırmamışdılar. Sonra Britaniya idarəni ələ keçirir və 1862-ci ildə Belizi rəsmən öz müstəmləkəsi elan edərək Britaniya Hondurası adlandırır. Beliz 1981-ci ildə müstəqillik əldə edir.

Belizin sakinləri, təbiəti kimi, müxtəlifdir. Əsas etnik qrupların bəziləri kreol, cənubi hindlilər, qarifuna, mayya və metislərdir. Buranın xalqı mehriban və ədəb-ərkanlıdır. Uşaqlar böyüklərə «mister», «miss» deyə müraciət edirlər, nəyə isə cavab verərkən «bəli, mem», «xeyr, ser» deyirlər.

Qadınlar bazarda

Beliz şəhərinin bazarı

Burada Yehovanın Şahidlərinin yığıncaqları Amerika jest dilində, Beliz kreolu, ingilis, aşağı alman, Çin, mayya (mopan), ispan dillərində keçirilir. Beliz əhalisinin hər 40 nəfərindən 1-i Yehovanın Şahidlərinin 2013-cü ildə keçirdikləri İsa Məsihin ölümünün Xatirə gecəsində iştirak etmişdi.

BİLİRSİNİZMİ? Beliz mərcan rifinin uzunluğu 290 kilometrdən çoxdur. Bu rif Avstraliyanın Böyük Sədd rifindən sonra böyüklüyünə görə dünyada ikinci yerdə olan rifin bir hissəsidir.

Beliz mərcan rifi

Beliz mərcan rifi dünyada böyüklüyünə görə ikinci yerdə olan rifin bir hissəsidir

QISA MƏLUMAT

  • Əhalisi: 333 000

  • Paytaxtı: Belmopan

  • İdarə sistemi: parlament demokratiyası

  • Dilləri: Beliz kreolu, ingilis, ispan

  • İqlimi: subtropik

  • Təbiəti: materik hissədə tropik meşələr, dağlar və bataqlıqlar var. Dayaz sahil boyu manqrov ağaclarının bitdiyi yüzlərlə adalar və «adacıqlar» səpələnib

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş