Yer üzündəki həyata əbədiyyən sevin!
Bu kitabça onun üçün nəşr edilib ki, Yeri və onun üzündə olan bütün hər şeyi kim yaratdığını öyrənməyə sənə kömək olsun. Sən öyrənəcəksən ki, Yeri yaradan Allahın adı var. Burada, Allah insanı nə üçün yaratdığını və yer üzündə olan həyatda sən necə əbədiyyən sevinə bilməyini də izah edəcəyik.
Biz ümidvarıq ki, çoxlu rəngli şəkillər bütün bunları daha yaxşı təsəvvür etməkdə sənə köməkdir. Daha çox fayda əldə etməyin üçün şəkillərdə göstərilən Müjdə ayələrini oxumalısan. Beləliklə sən, Müqəddəs Kitabda yazılan, Allahın gözəl və’dlərini oxuyub və Allahın göstərişilə həmin və’dlərin yerinə yetməsində iştirakın üçün, sənə nə etmək lazım olduğunu öyrənə bilərsən.
İstəsən, bu kitabçanı başqa insanlara kömək etmək üçün də istifadə edə bilərsən. Əgər sənin övladların varsa, onda bu kitabçanın vasitəsilə onların Allah haqqında öyrənmələrinə kömək göstərə bilərsən. Əgər sənin yaşadığın ölkədə yaşlı adamlar oxumaq bacarmırlarsa, şəkillərin köməyi ilə Allahın niyyətlərini onlara başa sala bilərsən, onlar da öz növbəsində, yaxın adamlarına kömək etmək imkanında olarlar.
Biz səmimi qəlbdən ümid edirik ki, bu mə’lumatı öyrənmək, sənə çoxlu xeyir-duaları almaq yolunu açacaq və başqa insanların burada — yer üzündə əbədiyyən necə yaşaya bilmələrini göstərməkdə sənə kömək edəcək.