Ölüm nədir?
15 İnsan ölən zaman, torpağa qayıdır. Artıq o, heç nə bilmir (Məzmurlar 146:4). Ölmüş adamlar səninlə danışa və yaxud sənə bir şey edə bilmirlər (Vaiz 9:5, 10).
16 Lakin bə’zi mələklər pis oldular. İndi onlar özlərini ölmüş adamların simasında göstərirlər. Onlar bizi əmin etmək istəyirlər ki, əslində biz ölmürük (Təkvin 6:1, 2; Yəhuda 6).
17 Buna görə də Yeqova Allah istəmir ki, biz, cinlər adlanan bu pis mələklərə inanaq (Çıxış 22:18; Təsniyə 18:10, 11; 32:17).
O, istəmir ki, biz cadugərlik, falçılıq və bu kimi işlərlə məşğul olaq (Qalatiyalılara 5:19—21).