Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 12 s. 26—27
  • Bulusun cəsarətli bacısı oğlu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bulusun cəsarətli bacısı oğlu
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • «Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Cəsarətli olun, Yehova dayağınızdır
    Gözətçi qülləsi 2020
  • «Hər kəsin qanından» təmizəm
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Cəsarətli insan
    Müqəddəs Kitab hekayələri
Əlavə
Övladlarımızı öyrədək
yc d. 12 s. 26—27
Bulusun bacısı oğlu sərkərdə ilə danışır

DƏRS 12

Bulusun cəsarətli bacısı oğlu

Gəl səninlə dayısının həyatını xilas edən gənc oğlan haqqında öyrənək. Bu gənc oğlanın dayısı həvari Bulus idi. Düzdür, bu gənc oğlanın adını bilməsək də, onun çox cəsarətli olduğu bizə məlumdur. Bilirsən, o nə edib? ~

Bulus Yerusəlimdə zindanda idi. O, insanlara İsa haqqında danışdığı üçün həbs olunmuşdu. Bəzi pis insanlar Bulusa nifrət edirdilər və onu öldürmək üçün hiyləgər bir plan qurmuşdular. Onlar öz aralarında sözləşdilər: «Gəlin sərkərdəyə deyək ki, o, əsgərlərinə Bulusu məhkəməyə gətirməyi tapşırsın. Biz isə yolda gizlənərik. Bulus əsgərlərlə həmin yoldan keçəndə ona hücum çəkərik».

Zindanda olan Bulusa bacısı oğlu xəbər gətirir

Bulusun bacısı oğlu dayısını və sərkərdəni sui-qəsd barədə xəbərdar etdi

Bulusun bacısı oğlu bu plandan xəbər tutur. O nə edir? Bu gənc həbsxanaya gedir və eşitdiklərini dayısına danışır. Bulus ona dedi ki, bildiklərini yubanmadan gedib sərkərdəyə danışsın. Səncə, bu gənc oğlana sərkərdə ilə danışmaq asan idi? ~ Təbii ki, yox. Çünki sərkərdə səlahiyyətli birisi idi. Ancaq bu gənc cəsarətli davranaraq hər şeyi sərkərdəyə danışdı.

Bu söhbətdən sonra sərkərdə nə etmək lazım olduğunu çox gözəl bilirdi. Bulusu qorumaq üçün o, təxminən 500 əsgər seçdi və onlara tapşırdı ki, Bulusu elə həmin gecə Qeysəriyyəyə aparsınlar. Bulusun həyatını xilas edə bildilərmi? ~ Bəli. Mərdimazar adamlar Bulusa hücum çəkə bilmədiklərinə görə plan baş tutmadı.

Bu əhvalatdan nə öyrəndin? ~ Sən də Bulusun bacısı oğlu kimi cəsarətli ola bilərsən. Başqalarına Yehova haqqında danışanda bizdən cəsarətli olmaq tələb oluna bilər. Bəs, sən səmavi Atan Yehova haqqında cəsarətlə danışa bilərsənmi? ~ Əgər cəsarətli olsan, sən də kiminsə həyatını xilas edə bilərsən.

MÜQƏDDƏS KİTABDAN OXU

  • Həvarilərin işləri 23:12—24

  • Mətta 24:14; 28:18—20

  • 1 Timutiyə 4:16

SUALLAR:

  • Bəzi mərdimazar adamlar Bulusa nə etmək istəyirdilər?

  • Bulusun bacısı oğlu nə etdi? Nəyə görə bunun üçün cəsarət tələb olunurdu?

  • Sən də Bulusun bacısı oğlu kimi cəsarətli olduğunu necə göstərə bilərsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş