Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 37 s. 94—s. 95 abz. 1
  • Peyğəmbər dul qadının oğlunu dirildir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Peyğəmbər dul qadının oğlunu dirildir
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Dul ananın kədəri sevincə çevrilir
    İsa Məsihin həyatı və xidməti
  • Ölüm yuxusundan ayılmaq mümkündür!
    Böyük Müəllimdən öyrən
  • «Ola bilməz!»
    Sizə əziz adam öləndə...
  • İsanın möcüzələrindən nə öyrənirik?
    Gözətçi qülləsi 2023
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 37 s. 94—s. 95 abz. 1
İsa ilə şagirdləri dul qadının yeganə oğlunun dəfn mərasimin şahidi olurlar

FƏSİL 37

Peyğəmbər dul qadının oğlunu dirildir

LUKA 7:11—17

  • NAİN ŞƏHƏRİNDƏ DİRİLMƏ HADİSƏSİ

İsa Məsih Roma zabitinin nökərini sağaltdıqdan bir qədər sonra Nain şəhərinə gedir. Nain Kəfərnahumdan 32 kilometr aralıda, cənub-qərb istiqamətində yerləşir. Şagirdləri ilə yanaşı İsa peyğəmbəri xeyli adam müşayiət edir. Onlar Nain şəhərinin girəcəyinə, ehtimal ki, axşam düşəndə çatırlar. Bu vaxt şəhər darvazasından cənazə aparan bir dəstə adam çıxır. Onlar cavan bir oğlanı dəfn etməyə aparırlar.

Ən çox ağlayıb-sızlayan isə bu oğlanın anasıdır. O, ərini itirmişdi, indi də gözünün ağı-qarası yeganə övladını itirib. O, dul qalandan bəri oğlu ilə nəfəs alırdı. Oğlu ona çox əziz idi, bütün arzuları bu uşaqla bağlı idi, onun böyüyüb anasına dayaq olacağına ümidi edirdi. Amma onu da dəfn etməyə aparır. Bəs indi kim onun yanında olub dəstək olacaq?

Bu ananın göz yaşlarını, tək qaldığını görmək peyğəmbərə ürək ağrısı verir. O, şəfqətli, eyni zamanda xatircəmlik yaradan bir səslə ona deyir: «Ağlama». O bununla kifayətlənmir, yaxınlaşıb mafəyə toxunur (Luka 7:13, 14). Mafəni aparanlar onun etdiklərini görüb ayaq saxlayırlar. Camaat intizar içindədir: o, niyə belə edir? Görəsən, nə olacaq?

İsa oğlanı dirildir. Camaat təəccüb içində onlara baxır

İsa peyğəmbərlə gələnlər onun insanlara şəfa vermək kimi möhtəşəm işlər gördüyünün şahidi olublar. Amma bu vaxtacan kimisə diriltdiyini, deyəsən, heç görməyiblər. Düzdür, keçmişdə Allahın mömin bəndələri bəzi insanları diriltmişdilər, bəs görəsən, İsa peyğəmbərdə belə bir şey edə biləcək? (1 Padşahlar 17:17—23; 2 Padşahlar 4:32—37). İsa peyğəmbər mərhuma amiranə səslə deyir: «Ey cavan, səninləyəm, ayağa qalx!» (Luka 7:14). Elə o andaca ölən oğlan qalxıb oturur və danışmağa başlayır. Anası oğlunun sağ olduğunu görəndə gözlərinə inana bilmir, onun sevinci aşıb-daşır. Bəli, o daha tək deyil.

Camaat bu cavan oğlanın dirildiyini görəndə Yaradana şükür edib deyir: «Aramızda böyük bir peyğəmbər zühur edib». Digərləri İsa peyğəmbərin göstərdiyi möcüzənin nə məna kəsb etdiyini başa düşüb: «Allah öz xalqına nəzər salıb», — sözlərini dilə gətirirlər (Luka 7:16). Bu xəbər ətrafa elə tez yayılır ki, sorağı doğulduğu şəhərə, Nain şəhərindən təxminən 10 kilometr uzaqda yerləşən Nasirəyə, hətta cənuba, Yəhudiyyəyə gedib çıxır.

Bu vədədə Vəftizçi Yəhya hələ də həbsxanadadır. İsa peyğəmbərin nələr etdiyi onu çox maraqlandırır. Yəhyanın şagirdləri onun yanına gəlib İsa peyğəmbərin göstərdiyi möcüzələr haqda danışırlar. Eşitdikləri ona necə təsir edir?

  • İsa peyğəmbər Nain şəhərində nəyin şahidi olur?

  • Gördüyü hadisə İsa peyğəmbər necə təsir edir və o, nə edir?

  • Camaat İsa peyğəmbərin möcüzəsini necə qarşılayır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş