Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 33 s. 82—83
  • Rut və Naimə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rut və Naimə
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Rut və Naomi
    Müqəddəs Kitab hekayələri
  • «Sən hara getsən, mən də ora gedəcəyəm»
    İman örnəkləri
  • «Rut» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • «Ləyaqətli qadın»
    İman örnəkləri
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 33 s. 82—83
Naimə evinə qayıtması üçün Rutu dilə tutur

DƏRS 33

Rut və Naimə

İsraildə qıtlıq başlayır. Buna görə də Naimə adlı israilli qadın əri və iki oğlu ilə birgə Muaba köçür. Bir müddət sonra Naimənin əri ölür. Onun oğulları Rut və Orpa adlı muablı qızlarla evlənirlər. Təəssüf ki, bir müddət sonra Naimənin oğulları da ölür.

Naimə eşidir ki, İsraildə xalq daha aclıq çəkmir. Buna görə də geri qayıtmaq qərarına gəlir. Rut və Orpa onunla birgə gedirlər, ancaq yarı yolda Naimə onlara deyir: «Siz oğullarım üçün yaxşı həyat yoldaşı, mənim üçün isə yaxşı gəlin oldunuz. İstəyirəm siz yenidən ərə gedəsiniz. Muaba qayıdın». Onlar isə deyirlər: «Səni çox istəyirik! Səndən ayrılmaq istəmirik». Naimə onları dilə tutub geri göndərmək istəyir. Axırda Orpa geri qayıdır, ancaq Rut qalır. Naimə ona deyir: «Orpa öz xalqının və allahlarının yanına qayıdır. Sən də onunla get, qayıt ananın evinǝ». Ancaq Rut deyir: «Səni tərk etməyəcəm. Xalqın xalqım olacaq, Allahın Allahım». Səncə, Naimə Rutun bu sözlərini eşidəndə hansı hissləri keçirir?

Rut və Naimə İsrailə çatanda arpa biçini təzə başlayır. Bir gün Rut başaq yığmaq üçün Rahabın oğlu olan Buəzin zəmisinə gedir. Buəz eşidir ki, Rut Naiməyə sadiq qalan həmin muabi qadındır. O, işçilərinə deyir ki, Rutun yığması üçün dərzlərin arasından əlavə sünbül çəkib qoysunlar.

Rut Buəzin zəmisində dərz yığır

Həmin axşam Naimə Rutdan soruşur: «Bu gün kimin zəmisində işləmisən?» Rut cavab verir: «Buəz adlı bir kişinin zəmisində işləmişəm». Naimə ona deyir: «Buəz ərimin qohumudur. Digər qadınlarla birgə onun tarlasında işlə. Orada heç kim səni incitməz».

Naimə Buəz, Rut və Abidlə birgə

Biçin vaxtı qurtarana qədər Rut Buəzin zəmisində işləyir. Buəz fikir verir ki, Rut zəhmətkeş və çox yaxşı qadındır. O dövrdə qadının əri ölərdisə və oğlu olmazdısa, o, ərinin qohumu ilə evlənməli idi. Buna görə də Buəz Rutla evlənir. Onların Abid adlı oğulları olur. Abid sonralar padşah olan Davudun babası olur. Naimənin rəfiqələri ona gözaydınlığı verirlər. Deyirlər: «Əvvəlcə Yehova sənə xeyir-dua olaraq Rutu verdi, sonra da nəvə payı verdi. Yehovaya alqış olsun».

«Dost var, qardaşdan yaxındır» (Məsəllər 18:24)

Suallar: Rut Naiməni çox istədiyini necə göstərir? Yehova Rut və Naimənin necə qeydinə qalır?

Rut 1:1—4:22; Mətta 1:5

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş