Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/9 s. 3
  • Həlimlər yeri miras alacaqlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həlimlər yeri miras alacaqlar
  • Gözətçi qülləsi 2006
  • Oxşar material
  • «Cənnətdə görüşənədək!»
    Gözətçi qülləsi 2018
  • «Göydə olduğu kimi, yerdə də»
    Gözətçi qülləsi 2006
  • Yer üzündə cənnət — Xəyaldır, yoxsa real?
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Cənnətə olan ümidin möhkəmdirmi?
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/9 s. 3

Həlimlər yeri miras alacaqlar

«Mən düşünürəm ki, təbiət kökündən dəyişərək bərpa olunacaqdır... Sabah səhər yox, uzaq bir gələcəkdə — yeni göylər və yeni yer olanda» (Jan-Mari Pelt, fransız ekoloqu).

ƏTRAF mühitin və cəmiyyətin acınacaqlı vəziyyətinə görə narahat olan insanlar planetimizin Cənnətə çevrilməsini arzulayırlar. Amma bu arzu XXI əsrdə yaranmayıb. Ta qədimdə Müqəddəs Kitabda yerüzü Cənnətin bərpası barədə və’d edilmişdir. İsa Məsihin «həlimlər... yeri miras alacaqlar» və «göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» sözləri çoxlarına tanışdır (Matta 5:5; 6:10). Lakin bu gün az adam tapılar ki, həlimlərin yaşayacağı yerüzü Cənnətin olacağına inansın. Özlərini İsanın davamçısı adlandıranların çoxu üçün Cənnət itirilib.

Fransanın həftəlik «La Vie» jurnalında çoxlarının, ən azı isə katoliklərin, istər yerüzü, istərsə də göydəki cənnətə artıq nə üçün inanmadıqları izah edilir: «On doqquz əsr ərzində cənnət [anlayışı] katolik dininin əsas tə’limlərindən biri olmuşdur. Lakin indi... bazar günü moizələrində, ilahiyyat dərslərində və katexizis məşğələlərində bu haqda danışılmır». «Cənnət» sözü haqqında isə deyilir ki, o, «sirli və anlaşılmazdır». Bə’zi vaizlər qəsdən bu sözü işlətməkdən qaçınırlar, çünki o, «yerüzü səadəti olduqca parlaq təsvir edir».

Din üzrə ixtisaslaşmış sosioloq Frederik Lenuarın fikrincə, Cənnət anlayışı «çeynənmiş stereotipə» çevrilmişdir. Bu mövzu üzrə bir neçə kitablar yazmış tarixçi Jan Delumo da zənn edir ki, Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi əsas e’tibarilə simvolik mə’na daşıyır. O yazır: «“Cənnət ümidindən nə qalıb?” sualına Xristian dinin tə’limləri hələ də belə cavab verir: “Xilaskarın dirilməsi sayəsində, nə vaxtsa hamımız ümidimizin doğrulduğunu görəcəyik”».

Yerüzü Cənnət mövzusu bu gün də əhəmiyyət kəsb edirmi? Planetimizi qabaqda nə gözləyir? Gələcəyimiz qatı duman içindədir, yoxsa onu görmək mümkündür? Növbəti məqalədə bu suallara cavab verilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş